5. İşçilərin kollektiv və fərdi mühafizə vasitələri
Əmək gigiyenası və istehsalat sanitariyası haqqında anlayış
Əmək gigiyenası əmək prosesinin və istehsalat mühitinin insanın
işgüzarlığına və sağlamlığına təsirini öyrənən elmdir.
Əmək qiqiyenasının əsas məqsədi zəhmətkeşlərin sağlamlığının
təmin
olunmasına və onlar üçün ən əlverişli əmək şəraiti yaradılmasına yönəldilmiş
sanitariya-gigiyena və müalicə-profilaktika tədbirlərini hazırlamaqdan ibarətdir.
Əməyin gigiyenası
əməyin təşkilini, istirahəti onun forma və üsullarını,
əmək fəaliyyəti prosesində orqanizmin vəziyyətini,
işçinin hərəkətlərinin
xarakterini və xüsusiyyətini, iş vaxtı insan bədəninin vəziyyətini, əmək alətləri və
vasitələrinin, işlədilən xammalın, prosesin texnologiyasının, istehsalat mühitinin
fiziki,
kimyəvi və bioloji amillərinin, əmək proseslərinin və mühitin müxtəlif
şəraitinin işçiyə fizioloji təsirini öyrənir.
Əmək gigiyenası sahəsində aparılan tədqiqatlar
nətiçəsində istehsalat
prosesləri və avadanlığının layihələrinə verilən gigiyenik tələblər, gigiyenik norma
və qaydalar,
şəxsi gigiyena tədbirləri, əmək və istirahətin səmərəli təşkili üzrə
təkliflər hazirlanib həyata keçirilir.
İstehsalat sanitariyası işçilərə zərərli istehsalat amillərinin təsirinin qarşısını
alan təşkilatı, gigiyenik və sanitariya-texniki tədbirlər sistemidir.
Istehsalat
sanitariyası aşağıdakı məsələləri həll edir.
1. İstehsalat mühitinin müxtəlif amillərinin optimal nisbətlərinin
təyin
edilməsi.
2. Hər bir zərərli istehsalat amili ücün buraxıla bilən normaların təyin
edilməsi, onların qanuniləşdirilməsi və düzgün tətbiqinə müntəzam
nəzarət olunması.
3.
Həm işçinin özü, həm də ətrafdakılar üçün işin təhlükəsiz aparılmasının
təmin edilməsi.
4. Elm
və
texnikanın
müasir
nailiyyətləri
əsasında
əməyin
sağlamlaşdırılması üçün konkret tədbirlərin tərtib edilməsi.
5. İşləyənləri istehsalatın əlverişsiz amillərindən qorumaq üçün texniki
vasitələrin tətbiqi və onların təsirini azaltmaq
üçün təşkilati-profiliktik
tədbirlərin görülməsi.
6. Əmək şəraitinin sağlamlaşdırılması üçün planlaşdırılan və görülən
tədbirlərin səmərəliliyinin təyini üsullarının işlənib hazırlanması.
Dostları ilə paylaş: