İQTİsadiyyat və İdarəetmə faküLTƏSİ Bİznesin təŞKİLİ VƏ menecment kafedrasi təŞKİlati davraniş FƏNNİNDƏN



Yüklə 100,82 Kb.
səhifə1/7
tarix21.12.2023
ölçüsü100,82 Kb.
#188208
  1   2   3   4   5   6   7
Cəfərov Nicat. Təşkilati davranış


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti



İQTİSADİYYAT VƏ İDARƏETMƏ FAKÜLTƏSİ
BİZNESİN TƏŞKİLİ VƏ MENECMENT
KAFEDRASI


TƏŞKİLATİ DAVRANIŞ FƏNNİNDƏN
SƏRBƏST İŞLƏR

İxtisas: 050402 – Biznesin idarə edilməsi
Qrup: 742-1
Kurs: 3
Tələbə: Cəfərov Nicat
Fənn müəllimi: Hacıyeva Zülfiyyə
Kafedra müdiri: dos. Hüseynov Q.S


MÜNDƏRİCAT


Giriş 2
1.Davranışın öyrənilməsi 4
2.Münaqişənin həll edilməsi üsulları. 7
3.Təşkilati mədəniyyət 10
4. Rəhbər qarşısında duran əsas tələblər. 12
5. İşçi qruplar və komandaların işinin təşkili. 15
Nəticə 17
Ədəbiyyat siyahısı 18











Giriş


Təşkilati davranış - elmin nisbətən gənc sahəsidir. Bu sahə 50 il əvvəl ABŞ-da yaranmışdır. Praktiki tədqiqatların ayrıca bir fənni kimi, təşkilati davranış, 1959-cu ildə R.Qordon və D.Hauell tərəfindən dərc edilən hesabatdan başlayır. Onların gəldiyi nəticəyə görə, psixologiya, bir akademik fənn kimi rəhbər işçilərin tələbatını ödəyə bilmir. R.Qordon və D.Hauell nəzəri nəticələri təcrübədə tətbiq edərkən, bir sıra çətinliklərlə qarşılaşmışdılar. Ona görə də ayrı-ayrı insanların və qrupların təşkilatlarda davranışları sahəsində tədqiqatlar, qiymətləndirmə, proqnozlaşdırma, məsləhət təcrübələrinə əsaslanan yeni bir yanaşma tələb olunurdu. Təşkilati davranış öz-özlüyündə çox mürəkkəb fəndir, belə ki, o, digər fənlərin də (təşkilatçılığın nəzəriyyəsi, ümumi və sosial psixologiya, menecment, heyətin idarə edilməsi, sosiologiya, psixologiya) prinsip və metodlarına istinad edir. Təşkilati davranışın mahiyyəti, ətraf mühitin təsirini nəzərə almaqla, təşkilatın fərdi davranışını və fəaliyyətini anlamaq, qabaqcadan proqnozlaşdırmaq və təkmilləşdirmək məqsədilə, fərdlərin, qrupların, təşkilatların davranışının sistematik şəkildə elmi təhlilə cəlb olunmasından ibarətdir. Bu fənnin qarşısında dörd vəzifə durur:
- təsvir (əməklə bağlı müxtəlif situasiyalarda insanların davranışının sistematik təsviri);
- dərketmə (müəyyən şəraitdə fərdlərin etdiyi hərəkətlərin izahı);
- proqnozlaşdırma (vəziyyəti qabaqcadan görmək qabiliyyəti və menecerin peşəkar biliyi, habelə intuisiyası əsasında onun inkişaf etdirilməsi);
- müəyyən hadisə və proseslərin idarə edilməsi (iş prosesində insanların davranışının idarəedilməsi bacarığına yiyələnmə və onların fəaliyyətinin səmərəliliyinin artırılması yollarının axtarılması).
Beləliklə, demək olar ki, təşkilati davranış - insanın əmək fəaliyyətinin səmərəliliyinin artırılması üçün əldə edilən biliklərin praktiki istifadəsi məqsədilə, təşkilatlarda insanların (fərdlərin və qrupların) davranışını öyrənən bir elmdir.
Hal-hazırda, əvvəlki texnoloji imkanlar özlərini doğrultmur. Yuxarıda qeyd edildiyi kimi, bu fənnin qarşısında dörd vəzifə vardır: təsviretmə; dərketmə; proqnozlaşdırma; müəyyən hadisə və proseslərin idarə edilməsi. Belə bir ehtimal var ki, bu yanaşma üsulu tətbiq edilərkən işçilərə daimi psixoloji təzyiq göstəriləcək, onların hüquq və azadlıqları pozulacaqdır. Lakin, eyni zamanda, rəhbər işçilərin özləri də daim ictimai nəzarət altında olurlar, təşkilati davranışın mahiyyəti isə - təşkilat və onun işçiləri arasında qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsidir.

Yüklə 100,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin