Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


İstehsalat zədələnmələrinin uçotu və təhqiqi



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə21/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   17   18   19   20   21   22   23   24   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

İstehsalat zədələnmələrinin uçotu və təhqiqi 
Qüvvədə olan əmək mühafizəsi norma və qaydaları işçilər və işə götürənlər 
tərəfindən pozulduqda istehsalatla əlaqədər bədbəxt hadisə baş verir.Bədbəxt 
hadisə nəticəsində işçi əmək qabiliyyətini müvəqqəti itirir, yüngül yaralanır, 
müəyyən dərəcədə əlil qalır, ölüm hadisəsi baş verir, qrup halında ağır nəticəli 
xəsarət alma yaranır.
Müəssisədə bədbəxt hadisələr baş vermə şəraitinə, xüsusiyyətinə və 
vəziyyətinə görə 3 qrupa bölünür: 
1. İstehsalatla əlaqədar olmayan bədbəxt hadisələr. 
2. İstehsalatla əlaqədar bədbəxt hadisələr. 
3. Məişətlə əlaqədar hadisələr. 
İstehsalatla əlaqədar olmayan hadisələr - işçinin müəssisənin maşınından, 
materialından, nəqliyyat vasitələrindən, işçi yerlərindən və s. .şəxsi məqsəd üçün 
istifadə edərkən baş verən bədbəxt hadisələrdir.
İstehsalatla əlaqədar bədbəxt hadisələr - işçilərin hər hansı istehsalat 
tapşırığını yerinə yetirdikdə, müəssisənin daxili intizam qaydasına zidd olmayan 
müəssisədə yanğın söndürürməsində kömək göstərdikdə baş vermiş bədbəxt 
hadisələr, habelə istehsalat tapşırıqlarını yerinə yetirərkən baş vermiş 
zəhərlənmələr, gün vurma, donma, suda boğulma və s. hallarda olan hadisələr 
hesab edilir.
Məişətlə əlaqədar hadisələr - evdə, ailədə, istirahət günlərində, 
məzuniyyətdə olduqda və şəxsi maşınla işə gedib- gəldikdə, yolda və s. baş verən 
hadisələr hesab edilir. 
Müəssisələrdə yalnız istehsalatla əlaqədar bədbəxt hadisələrdə işçilərə 
güzəştlər verilir və dəyən zərərlər ödənilir. İstehsalat müəssisələri qalan hər iki 
qrup (istehsalatla əlaqədar olmayan və məişətlə əlaqadar hadisələr) hadisələri 
təhqiq edib səbəblərini müəyyənləşdirir və bunları aradan qaldırmaq üçün tədbirlər 
görür. İstehsalatla əlaqədar olmayan və məişətlə əlaqədar bədbəxt hadisələr İZ 
formalı aktla sənədləşdirilmir, müəssisədə qeydə alınmır və buna heç bir təzminat 
verilmir. 
Qanunvericiliyə uyğun olaraq müəssisə istehsalatla əlaqədar olaraq 
zərərçəkmələrə görə İZ formalı akt əsasında işçinin iş stajından asılı olmayaraq 
orta əmək haqqını 100% məbləğində verir. 
İstehsalatda bədbəxt hadisələr təsadüfı deyil, müəyyən səbəblərdən əmələ 
gəlir. Buna görə də hər bir bədbəxt hadisə fövqəladə hadisə kimi dərindən təhqiq 


edilməlidir.Bədbəxt hadisələrin təhqiqində məqsəd onun başvermə şəraitini və 
səbəblərini müəyyən etməkdən, onun təkrar olunmaması üçün tədbirlər görmək və 
eləcə də hadisədə müqəssir olan vəzifəli şəxsləri məsuliyyətə cəlb etməkdir. 
Azərbaycan 
Respublikası Əmək məcəlləsinin 217-ci maddəsində 
istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları 
müəyyən olunmuşdur. Yəni işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin 
ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal, 
həmin hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət 
nəzarətini həyta keçirən orqana məlumat verməyə borcludur. 
Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir 
gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafıq akt 
tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. 
Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 
“İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması haqqında 
əsasnamə” mövcuddur. Əsasnamənin qüvvəsi mülkiyyət və təşkilati- hüquq 
formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət 
göstərən hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə 
məşğul olan fıziki şəxslərə, eləcə də xarici hüquqi şəxslərin filial və 
nümayəndəliklərinə şamil edilir. 
Müəyyən istehsalat sahələrində baş vermiş bədbəxt hadisələr müvafıq 
nazirliklər tərəfindən müəyyən edilmiş, Əmək və Əhalinin Sosial Müdafıəsi 
nazirliyi və sahə həmkarlar ittifaqları ilə razılaşdırılmış qaydada təhqiq edilir və 
uçota alınır. 
Qüvvədə olan əsasnaməyə uyğun olaraq işçilərin səhhətinin pozulması 
aşağıdakı hallarda təhqiq edilməli və uçota alınmalıdır: 
6. 
əmək vəzifələrini yerinə yetirərkən, eləcə də müdiriyyətin tapşırığı 
olmadıqda belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; 
7. 
müəssisənin, kənar təşkilatın, müqavilə əsasında verilmiş 
nəqliyyatında işə gedərkən, yaxud işdən qayıdarkən; 
8. 
müəssisənin ərazisində, yaxud başqa iş yerinde iş vaxtı ərzində 
müəyyən edilmiş fasilələr də daxil olmaqla, işin bağlanmasından əvvəl və ya 
qurtarmasından sonra geyimini, istehsal alətlərinin və s. qaydaya salmaq üçün 
lazım olan vaxt ərzində; 
9. 
keçirildiyi yerdən asılı olmayaraq müəssisə tərəfindən iməcilik 
keçirilən müddətdə, eləcə də müəssisə tərəfindən hamiçilik tədbirləri keçirildiyi 
müddətdə; 
10. 
istehsal avadanlıqları və obyektlərində qəza zamanı; 
11. 
fəaliyyəti xidmət obyektlərinin arasında hərəkət etməklə əlaqədar olan 
işçilərlə (iş vaxtı, ictimai nəqliyyatda, yaxud piyada gedərkən, eləcə də 
müdiriyyətın tapşırığı ilə iş yerinə gedərkən); 
12. 
iş vaxtı şəxsi minik nəqliyyatında (ondan xidməti gedişlər üçün 
istifadə etmək ixtiyarına müdiriyyətin sərəncamı olduğu halda), yaxud 
müdiriyyətin tapşırığı ilə ondan istifadə edilərkən; 
13. 
iş vaxtı başqa şəxs tərəfındən bədən xəsarətləri yetirildiyinə, yaxud 
işçinin əmək vəzifələrini yerinə yetirərkən qəsdən öldürüldüyünə görə baş vermiş 


bədbəxt hadisələr; itkin düşənlər, zədələnmələr, kəskin peşə xəstəlikləri və 
zəhərlənmələr, istivurmalar, yanıqlar, donmalar, suda boğulmalar, ildırım 
vurmalar, eləcə də təbii fəlakətlər (zəlzələlər, sürüşmələr, daşqınlar, qasırğalar) 
zamanı; 
14. 
növbə istirahətində olan işçilər növbə qəsəbəsinin ərazisində, 
nəqliyyat vasitələrində olduqları vaxt. 
İstehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində xəsarətlərin dərəcələri 
aşağıdakı anlayışlar əsasında müəyyənləşdirilir. 
Xəsaratlər – hər hansı bir xarici faktorun təsirindən toxumanın və orqanın 
anatomik tamlığını və ya anatomik tamlığı saxlanmaqla fızioloji funksiyasının 
pozulmasına deylir. Xəsarətlər yüngül bədən xəsarətləri, az agır dərəcəli bədən 
xəsarətləri, ağır bədən xəsarətləri növlərinə bölünür. 
Yüngül bədən xəsarətləri dedikdə səhhətin qısa müddətə pozulmasına və ya 
əmək qabiliyyətinin uzun müddətə cüzi itirilməsinə səbəb olmuş xəsarət nəzərdə 
tutulur. 
Az ağır dərəcəli bədən xəsarətləri dedikdə həyat üçün təhlükəli olmayan, 
lakin səhhətin uzun zaman pozulmasına səbəb olmuş və ya əmək qabiliyyətinin 
üçdə bir hissəsindən az olmaqla uzun müddətə itirilməsi ilə nəticələnən xəsarət 
nəzərdə tutulur. 
Ağır bədən xəsarətləri dedikdə həyat üçün təhlükəli olan və ya hər hansı 
orqanın funksiyasının itirilməsinə, ruhi xəstəliyə və ya səhhətin başqa cür 
pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uızun 
müddət itirilməsi ilə əlaqədar olan və ya hamiləliyiın pozulmasına səbəb olan, 
yaxud sifətin izi silinməz dərəcədə eybəcərləşməsində ifadə olunan xəsarət 
nəzərdə tutulur. 
Xəsarətlərin dərəcələri tibbi ekspertlər, yaxud səhiyyə mütəxəssisi tərəfndən 
verilən rəylər əsasında müəyyənləşdirilir. 
İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirilrməsinə və ya 
tibbi rəy əsasında bir gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olduqda 
istehsalatda baş vermiş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir və qeydə 
alınır. 
İstehsalatda bədbəxt hadisələrin vaxtında və düzgün təhqiq edilməsi və 
uçota alınmasına, İZ formalı aktların tərtib edilməsinə, bədbəxt hadisələrin 
səbəblərinin arada qaldırılması üzrə tədbirlərin tərtib edılməsi və həyata 
keçirilməsinə görə müəssisənin rəhbəri məsuliyyət daşıyır. 
Müdiriyyətin İZ formalı akt tərtib etməkdən imtina etdiyi halda, eləcə də 
zərərçəkən və ya başqa marağı olan şəxs İZ formalı aktivn məzmunu ilə 
razılaşmadıqda mübahisəyə müəssisənin əməyin mühafızəsi üzrə komissiyası, belə 
komissiya olmadıqda həmkarlar ittifaqları komitəsi tərəfindən ərizə verilən 
vaxtdan 7 gündən gec olmayaraq baxılır. Komissiyanın qərarının müəssisə 
müdiriyyəti tərəfindən icrası məcburidir. 
İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı: 
15. 
yüngül bədən xəsarətləri, az ağır dərəcəli bədən xəsarətləri ilə bağlı 
təhqiqatlar müəssisədə yaradılmış komissiya tərəfindən aparılır; 


16. 
ağır bədən xəsarətləri, qrup halında xəsarət alma halları və ölümlə 
nəticələnən bədbəxt hadisələrlə bağlı təhqiqatlar isə Dövlət Əmək Müfəttişliyinin 
rəisinin əmri ilə yaradılan komissiya tərəfindən aparılır.

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin