Zədələnmələrin təhlili üsulları İstehsalat bədbəxt hadisələrinə qarşı tədbirlərin vaxtında və səmərəli
görülməsi üçün onların baş vermə səbəblərini müntəzəm təhlil edib
ümumiləşdirmək lazımdır. İstehsalat zədələnmələri və peşə xəstələnmələrinin
səbəbləri müxtəlif, məsələn statistik, qrup, topoqrafık, texniki, monoqrafık,
iqtisadi, erqonomik və psixofızioloji üsullarla təhlil edilir.
Statistik üsulda müəssisənin hər hansı bir sahəsində zədələnmələr
(travmalar) haqqında bir neçə il ərzində toplanmış statistika materialı tədqiq edilir.
Bu üsulda ilk məlumatlar İZ formalı aktlardan və illik hesabat formalarından
götürülür. Müəssisələrdə zədələnmələrə qarşı mübarizə işinin nəticələri
araşdırılarkən zədələnmələrin vaxta görə tezlik və ağrlıq göstəricilərinin
dinamikası təhlil olunur. İstehsalat sahələrində zədələnmələri müqayisə edərkən
profilaktik cəhətdən onlardan hansına daha çox diqqət verilməsini bu göstəricilərlə
təyin edirlər. Nəticədə bədbəxt hadisələrin səbəblərini aradan qaldırmaqdan ötrü
müvafıq tədbirlər görülür.
Qrup üsulunda zədələnmələr ayrı-ayrı cəhətlərinə görə, məsələn baş vermə
vaxtına, zərər çəkmiş şəxslərin yaşına, ixtisas dərəcəsinə, peşəsinə, işlərin növünə,
bədbəxt hadisələrin səbəblərinə və s. görə qruplaşdırılaraq təhlil edilir. Bu üsul
işlərin təşkilində əmək şəraitinin və ya avadanlığın vəziyyətindəki çatışmazlıqları
aşkara çıxarmağa və onların aradan qaldırılması üçün əməli tədbirlər hazırlamağa
imkan verir.
Topoqrafik üsul bədbəxt hadisələr sex və ya sahədə avadanlığın yerləşmə
planında şərti işarələrlə müntəzəm qeydə alınır. Müəyyən vaxtdan sonra həmin
işarələrin hər hansı bir avadanlıqda və ya iş yerində daha çox olması və yüksək
zədələnmə təhlükəliyini müəyyən edərək müvafıq profılaktik tədbirlərinin
zəruriliyini göstərir.
Texniki üsul istehsalatdakı əlverişsiz amillərin (havadakı tozluluğu, səs-
küyün səviyyəsini, materialın yanma qabiliyyətini və s.) təhlükəlilik dərəcələrini
təyin etmək lazım gəldikdə tətbiq edilir.