Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə23/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   19   20   21   22   23   24   25   26   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

Zədələnmələrin təhlili üsulları
İstehsalat bədbəxt hadisələrinə qarşı tədbirlərin vaxtında və səmərəli 
görülməsi üçün onların baş vermə səbəblərini müntəzəm təhlil edib 
ümumiləşdirmək lazımdır. İstehsalat zədələnmələri və peşə xəstələnmələrinin 
səbəbləri müxtəlif, məsələn statistik, qrup, topoqrafık, texniki, monoqrafık, 
iqtisadi, erqonomik və psixofızioloji üsullarla təhlil edilir. 
Statistik üsulda müəssisənin hər hansı bir sahəsində zədələnmələr 
(travmalar) haqqında bir neçə il ərzində toplanmış statistika materialı tədqiq edilir. 
Bu üsulda ilk məlumatlar İZ formalı aktlardan və illik hesabat formalarından 
götürülür. Müəssisələrdə zədələnmələrə qarşı mübarizə işinin nəticələri 
araşdırılarkən zədələnmələrin vaxta görə tezlik və ağrlıq göstəricilərinin 
dinamikası təhlil olunur. İstehsalat sahələrində zədələnmələri müqayisə edərkən 
profilaktik cəhətdən onlardan hansına daha çox diqqət verilməsini bu göstəricilərlə 
təyin edirlər. Nəticədə bədbəxt hadisələrin səbəblərini aradan qaldırmaqdan ötrü 
müvafıq tədbirlər görülür. 
Qrup üsulunda zədələnmələr ayrı-ayrı cəhətlərinə görə, məsələn baş vermə 
vaxtına, zərər çəkmiş şəxslərin yaşına, ixtisas dərəcəsinə, peşəsinə, işlərin növünə, 
bədbəxt hadisələrin səbəblərinə və s. görə qruplaşdırılaraq təhlil edilir. Bu üsul 
işlərin təşkilində əmək şəraitinin və ya avadanlığın vəziyyətindəki çatışmazlıqları 
aşkara çıxarmağa və onların aradan qaldırılması üçün əməli tədbirlər hazırlamağa 
imkan verir. 
Topoqrafik üsul bədbəxt hadisələr sex və ya sahədə avadanlığın yerləşmə 
planında şərti işarələrlə müntəzəm qeydə alınır. Müəyyən vaxtdan sonra həmin 
işarələrin hər hansı bir avadanlıqda və ya iş yerində daha çox olması və yüksək 
zədələnmə təhlükəliyini müəyyən edərək müvafıq profılaktik tədbirlərinin 
zəruriliyini göstərir. 
Texniki üsul istehsalatdakı əlverişsiz amillərin (havadakı tozluluğu, səs-
küyün səviyyəsini, materialın yanma qabiliyyətini və s.) təhlükəlilik dərəcələrini 
təyin etmək lazım gəldikdə tətbiq edilir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin