adlanır.
Peşə xəstələnmələri. Əmək prosesində əmələ gələn zərərli istehsalat
amillərinin işçinin orqanizminə uzun müddət təsiri onun sağlamlığının
pozulmasına səbəb olur. Bununla müəyyən iş üçün səciyyəvi olan zərərli istehsalat
amillərinin təsiri nəticəsində inkişaf edən xəstəlik – peşə xəstəliyi yaranır.
Peşə zəhərlənməsi. Peşə xəstəliyinin xüsusi halıdır. Peşə zəhərlənmələri
şiddətli və xronik formada ola bilər. İstehsalat prosesində zəhərli preparatlardan
ayrılan hissəciklərin insan orqanizminə təsiri nəticəsində zəhərlənmə baş verir.
İstehsalat zərərçəkmələri və peşə xəstəliklərinin əsas səbəblərini aşağıdakı
altı qruppa ayırmaq olar:
a) texniki səbəblər – texnoloji proseslərin qeyri mükəmməlliyi; maşın və
mexanizmlərin, avadanlığın, təchizat və alətlərin konstruktiv nöqsanları;
çəpərlərin, qoruyucu qurğuların siqnal və bloklama
vasitələrinin qeyri-
mükəmməlliliyi,
nasazlığı;
ağır
və
təhlükəli
işlərin
lazımi
qədər
mexanikləşdirilməməsi; material və konstruksiyaların qüsurları, maşınlarda
gözlənilmədən alınan qüsurlar və s.
b) təşkilati səbəblər – istehsalat işlərinin düzgün təşkil edilməməsi; əmək
intizamı qaydalarının pozulması; işçilərə əmək mühifizəsi qaydalarının və
öyrətmələrinin düzgün aparılmaması; avadanlıq və alətlərin istismar qaydalaranın
pozulması; işçilərin fərdi mühafizə vasitələri ilə kifayət qədər təmin edilməməsi; iş
yerinin təşkilində nöqsanlar və.s.
c) sanitar gigiyenik səbəblər – iş zonasının havasında zərərli qarışıqların
qatılığının buraxılabilən həddən artıq olması; əlverişsiz işıqlandırma, səs-küy və
titrəyişlər; qeyri normal meteroloji şərait; şəxsi gigiyena qaydalarının pozulması,
ventilyasiya sistemində qüsurların olması.
ç) psixofizioloji səbəblər –
yorğunluq, diqqətsizlik, yaddaşın zəifləməsi,
gözlənilmədən keçirilən fizioloji hallar, orqanizmdəki qüsur və çatışmamazlıqlar
və.s.
d) yanğın səbəbləri – yanğın təhlükəsizliyi qaydalarının pozulması;
yanğından təhlükəli materialların saxlanılması qaydalarının pozulması;
materialların öz-özünə alışması; texnoloji proseslərdə yanğın
təhlükəsizliyi
rejiminin pozulması.
e) maddi səbəblər – təbii fəlakətlərin (məsələn, sel,zəlzələ, ildırım vurması,
körpünün uçması və .s) baş verməsi.
İstehsalatda baş verən bədbəxt hadisələrin qarşısını almaq məqsədilə
aşağıdakı tədbirlərin görülməsi və həyata keçirilməsi lazımdır:
1. İşçilərin müvafiq qaydada təlimatlandırılması
2. Görüləcək işin xüsusiyyətlərinə görə işçilərə təhlükəsiz iş üsullarının
öyrədilməsi.
3. Maşınlar üzərində yazıların və təhlükəli iş yerlərinin hasarlanmasının
təşkili.
4. İş yerlərində fırlanan hissələrin olması ilə əlaqədar yerlərdə mühafizə
örtüklərinin və çəpərləmənin qoyulması.
5. Təhlükənin xəbərdarlığı məqsədi ilə əyani təbliğat vasitələrindən
(plakatlardan, yazılardan) istifadə etmək.
6. Fərdi mühafizə vasitələrindən və qoruyucu
ləvazimatlardan istifadə
etmək.
7. Avtomatik açma qurğularından, siqnal sistemindən və uzaqdan işarə
vasitələrindən istifadə etmək.
8. Elektirik avadanlıqlarının gövdəsinin yerlə birləşdirilmə konturu və
sıfırlama sistemini tələbata uyğun təmin etmək.
9. Qüvvədə olan əmək mühafizəsi təhlükəsizlik texnikası, istehsalat
sanitariyası və yanğın təhlükəsizliyi tələblərini müntəzəm olaraq təbliğ etmək.
10.İşçi yerlərini və istehsalat proseslərini elmi
əsaslara uyğun təşkil etmək
və s.
Dostları ilə paylaş: