fəaliyyət qaydaları Aərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq
edilmiş əsasnamə ilə tənzim edilir. Əmək qanunvericiliyinə əməl olunmasına
dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və
göstərişlərindən məhkəməyə şikayət verilə bilər.
Əməyin mühafizəsi üzrə qaydalara və müvafiq normativ aktlara əməl
edilməsinə dövlət nəzarəti Əmək məcəlləsinin 235-ci maddəsində göstərilmişdir.
Həmin maddəyə əsasən əməyin mühafizəsi normalarının, qaydalarının, habalə
əməyin mühafizəsinə dair normativ hüquqi aktların
tələblərinin yerinə
yetirilməsinə, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata
keçirən orqan(Dövlət Əmək Müfəttişliyi) nəzarət edir.
Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən
orqanın və onun vəzifəsi şəxslərinin öz səlahiyyətləri daxilində qəbul etdikləri
qərarlar hökmən icra olunmalıdır.
Əmək məcəlləsinin 308-ci
maddəsinə görə işə götürənlər, işçilər, icra
hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən əmək məcəlləsinin, eləcə
də bütövlükdə əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların
dürüst və eyni cür tətbiq edilməsinə, onların tələblərinin düzgün yerinə
yetirilməsinə nəzarəti öz səlahiyyətləri daxilində prokurorluq orqanları, habelə
Əmək məcəlləsinin 15-ci maddəsi ilə müəyyən edilmiş Dövlət Əmək Müfəttişliyi
orqanı həyata keçirir.
Azərbaycan Respublikası ərazisində əmək qanunvericiliyinə
və normativ
hüquqi aktların tələblərinə, norma və qaydalarına dürüst və eyni cür əməl
olunmasına dövlət nəzarəti Azərbaycan Respublikası prokurorluğu tərəfəndən
həyata keçirilir.
Əməyin mühafizəsi sahəsində qüvvədə olan
qayda və normalara düzgün
əməl edilməsinə Dövlət nəzarətini aşağıdakı səlahiyyətli orqanlar və müəyyən
sahələr üzrə inspeksiyalar üzrə həyata keçirirlər.
1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək
Müfəttişliyi.
2. Sahə həmkarlar ittifaqının, yaxud Respublika Həmkarlar İttifaqları
Konfederasiyasının texniki əmək inspeksiyaları
3. Dövlət Sənayesdə işlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ Mədən
Nəzarəti Komitəsi nəzdində «Dövlətdağnəzarət» inspeksiyası.
4. Respublika Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət
sanitariya nəzarətçiləri
5. Respublika Energetika Nazirliyinin Dövlət Energetika nəzarətçiləri
6. Respublika Daxili İşlər Nazirliyində Dövlət Yanğın Müfəttişliyi
7. Respublika Daxili İşlər Nazirliyi yanında Dövlət
Avtomobili Müfəttişliyi
və başqaları.
Əmək qanunvericiliyinə uyğun dövlət nəzarət orqanlarının hər biri özünün
xidməti sahəsində əməyin mühafizəsinə dair norma və qaydaların pozulmasına
görə təqsiri olan işçini, işəgötürəni, müəssisə rəhbərini müəyyən olunmuş formada
və məbləğdə cərimə etmək hüququna malikdir.
Dostları ilə paylaş: