Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə24/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   20   21   22   23   24   25   26   27   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

Monoqrafik üsulda bədbəxt hadisə baş verdiyi yerdə əmək prosesləri və 
texnoloji proseslər iş yeri, əsas və köməkçi avadanlıq, fərdi mühafızə vasitələri, 
əməyin təşkili səviyyəsi, sanitariya-gigiyena şəraiti birlikdə tədqiq olunur. Bu 
tədqiqat üsulunda bədbəxt hadisələrin aşkar və gizli səbəbləri ilə bərabər istehsalın 
potensial təhlükələri və zərərli olması aşkara çıxarılır. Müəyyən istehsalat 


sahəsinin monoqrafık təhlilində texniki tədqiqat vasitələrindən (mühiti xarakterizə 
edən amillərın öiçülməsi, alətlərin sınağı) də istifadə edilir, nəticədə bədbəxt 
hadisələrin səbəblərini aradan qaldırmaq üçün tədbirlərin görülməsinə imkan 
yaranır. 
İqtisadi üsul zədələnmələrin iqtisadi ziyanını təyin etməkdən ibarətdir. Bu 
üsul müəssisənin əməyin mühafızəsi tədbirlərinə çəkdiyi xərclərin iqtisadi 
səmərəsini təyin etməyə imkan verir. 
Erqonomik üsul “insan-maşın-istehsalat mühiti” sisteminin kompleks halda 
öyrənilməsinə əsaslanır. Bu üsulda insanın fızioloji, psixo-fizioloji və şəxsi (əqli) 
keyfıyyətlərinin, onun əmək fəaliyyətinin növünə uyğunluğu tədqiq edilir. İnsanın 
göstərilən xassələrinin konkret iş fəaliyyətinə tam uyğunluğu şəraitində əmək 
səmərəli və təhlükəsiz olur. Bunun qeyri-uyğunluğu isə bədbəxt hadisəyə səbəb 
ola bilir. 
Psixofizioloji təhlil üsulunda zədələnmələrin fizioloji, psixoloji və sosial 
səbəbləri birlikdə öyrənilir. Bu üsulun tətbiqi üçün “istehsalat zədələnmələrinin 
xüsusi təhqiqat və təhlil xəritəsi” tərtib edilir. Xəritənin doldurulmasında 
təhlükəsizlik texnikası mühəndisi, iş rəhbəri, hadisənin şahidləri, fızioloq və ya 
psixoloq, tibb işçiləri iştirak edir.
 
Zədələnmə və peşə xəstəliklərinin maddi nəticələri 
İnsanın işləmə qabiliyyəti istehsalatın əçək şəraitindən bilavasitə asılıdır. 
Əmək şəraitinin qeyri-normal vəziyyəti texnoloji proses rejiminin pozulmasına, 
əmək məhsuldarlığı və hazır məhsulun keyfiyyətinin azalmasına, istehsalat 
xəstələnmələri və travmatizmin artmasına, habelə, vəsait itkilərinin əmələ 
gəlməsinə səbəb olur. Bunların nəticəsində müəssisəyə böyük məbləğdə iqtisadi 
ziyan dəyir.
Pis əmək şəraitinin nəticəsində yaranan xəstəlik və travmatizmlə əlaqədar 
əmələ gələn itkilərin təhlil və hesabatından sonra əldə edilən nəticələri nəzərə 
almaqla əmək mühafizəsi sahəsində tədbirlər planı hazırlanır. Bundan sonra 
işlənmiş tədbirlərin tətbiq edilməsi sahəsində lazımi işlər aparılır. Əmək 
mühafizəsi üzrə tədbirlərin tətbiqi nəticəsində hər bir işçinin orta illik 
məhsuldarlığı artır, sosial sığortalanmaya çəkilən xərclərə qənaət olunur və əmək 
itkisi azalır.
İstehsalat xəstələnmələri və zədələnmələri ilə əlaqədar müəssisəyə dəyən 
ümumi itkinin cəmi aşağıdakı kimi tapılır:
man
x
t
:







burada 

- istehsalat xəstələnmə və zərərçəkmələrindən əmələ gələn 
itkilərin ümumi cəmi, man. 


t
- travmalarla əlaqədar itkilərin cəmi, man. 


x
- xəstəliklərlə əlaqədar itkilərin cəmi: man. 
Hər bir zərərçəkmələrin nəticəsində yaranan itkilərin tam cəmi C - aşağıdakı 
düsturla hesablanır. 
9
8
7
6
5
4
3
2
1
C
Ñ
C
C
C
C
C
C
C
C









burada 


C
1
- ambulatoriya müalicəsinin qiyməti, man; 
C

- kliniki müalicənin qiyməti, man; 
C
3
- müalicə dövründə verilmiş əmək haqqı, man; 
C
4
- bülletenlə alınan puldan tutulmayan verginin, miqdarı. 
C
5
- bülletenlə işçiyə verilən pul, man; 
C
6
- bədbəxt hadisənin tədqiq edilməsi xərci, man; 
C
7
- hadisə nəticəsində xarab olmuş avadanlığın qiyməti və ya onun təmirinə 
çəkilən xərc, man; 
C
8
- travma (zərərçəkmə) nəticəsində alınmayan məhsulun ümumi dəyəri, 
man. 
C

– müalicədən qayıdan zərərçəkmiş şəxsin müvəqqəti yüngül işə 
keçirilməsi ilə əlaqədar müəssisəyə dəyən ziyandır, man.
İş şəraitinin pisliyi nəticəsində baş vermiş zədələnmələrdən və 
xəstələnmələrdən əmələ gələn itgilərin hesabatı aparılır, nəticəsi analiz edildikdən 
sonra bu analizin nəticəsi nəzərə alınmaqla əmək mühafizəsi üzrə tədbirlər planı 
işiənib hazırlanır. 
Bundan sonra işlənib-hazırlanmış tədbirlər həyata keçirilir, nəhayət ən azı 
bir il yeni həm yaxşılaşdırılmış, həm də təhlükəsizləşdirilmiş iş şəraitində 
işlədikdən sonra əmək mühafızəsi üzrə tədbirlərin iqtisadi səınərəliliyinin hesabatı 
aparılır. 
Ümumi qənaət Q aşağıdakı düsturla təyin ediür. 
2
1




Q
man 
burada 
1

- tədbirlərdən əvvəl travma və xəstələnmələrdən baş verən itki, 
man. 
2

- əmək mühafızəsi tədbirləri həyata keçirildikdən sonra travma və 
xəstələnmələr nəticəsində itkilər; man. 
Təhlükəsiz iş şəraitinin tətbiqinin səmərəliliyinin hesabatının nəticələri və 
travmatizmin, xəstələnmələrin iqtisadi nəticələri hər il mütəxəssislərlə müzakirə 
olunmalı, nəticədə buraxılan nöqsanlar aradan qaldırılmalı və gələcəkdə əmək 
mühafızəsi tədbirlərini daha səmərəli planlaşdırmağa zəmin yaradılmalıdır. 
Əmək mühafizəsi tədbirlərinin tətbiqi hər işçiyə düşən orta illik məhsul 
istehsalını artırmaqla bərabər, maddi təminat xərclərinə qənaət edilməsinə və əmək 
itkilərinin azaldılmasına səbəb olur. 
Mühazirə 6

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin