Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə27/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   23   24   25   26   27   28   29   30   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

Havanın nəmliyi. Hava qızdıqda və su buxarları ilə doymuş olduqda insanın 
ağ ciyərlərində və dərisinin səthində olan nəmliyin buxarlanması çətinləşir, bəzən 
isə bu heç mümkün olmur. Bu da binanın havasındakı və bədənin səthindəki su 
buxarlarının elastikləri fərqinin azalması ilə izah edilir. Otaq havasında mütləq 
nəmlik çox (85% və daha artıq) və temperatur insan dərisinin temperaturuna 
bərabər olursa, (32-33
0
C) tərin buxarlanması mümkün olmur, tərləmə davam edir, 
nəticədə insanda tez yoruma və zəifləmə müşahidə olunur. 
Alçaq temperaturlu və yüksək nisbi nəmlikli havada bədən səthindən 
istiliyin verilməsi güclənir. 


Havanın nəmliyi mütləq və nisbi qiymətlərlə ölçülür. Havada olan su 
buxarlarının qramlarla miqdarına mütləq nəmlik deyilir. Nisbi nəmlik ölçü 
vaxtındakı temperaturda havann mütləq nəmliyinin maksimal nəmliyinə olan 
nisbətinə bərabərdir:
%
100


maks
müt
n
B
B
B
burada,
müt
B
- müəyyən temperaturda
3
1m
havada su buxarlarının həqiqi miqdarı 
q/kq;
maks
B
- həmin temperaturda havada doymuş su buxarlarının maksimal 
miqdarıdır, q/kq. 
Havadakı su buxarlarının maksimal miqdarı və onun temperaturdan asılılığı 
statistik cədvəldə verilir. 
Nəmliyi ölçmək üçün hiqrometr, hiqroqraf və psixrometr işlədilir. Avqust və 
aspirasiyalı Assman psixrometrlərindən daha geniş istifadə olunur (şəkil 1). 
Hər iki psixrometr iki eyni termometrdən ibarətdir. Bunlardan birinin 
tutumu (ucu) tənzif və ya batistlə sarınır. Avqust psixrometrinin batistli ucu içində 
distillə edilmiş su olan kolbaya salınır. Batist hiqrosqopik xassəli olduğundan suyu 
özünə çəkir və civəli yaxud spirtli tutumu isladır.
Parçadan nəmliyin buxarlanması
istiliyin udulması prosesi ilə eyni
zamanda getdiyi üçün bu termometrin
göstərişi quru termometrin göstərişindən
az olur. Temperatur fərqinə görə mütləq
nəmlik aşağıdakı düsturla hesablanır:


D
y
q
müt
H
t
t
a
E
B



burada E – yaş termometrin göstərdiyi
temperaturda su buxarlarının maksimal
miqdarı, q/kq; 
q
t
və 
y
t
- uyğun olaraq quru və yaş Şəkil 1. Avqust (a) və 
aspirasiyalı
termometrlərin göstərişi, 
0
C; Assman (b) psixrometrləri. 
D
H
- barametriq təzyiqin düzəlişli qiyməti, mm c süt 
a – psixrometr əmsalıdır (cədvəldən götürülür). 
Aspirasiyalı Assman psixrometrinin civəli rezervuarı sarınmış batist parça 
pipetka vasitəsilə isladılır. Ölçünü aparmazdan əvvəl aspirasiya mexanizmi işə 
salınır və cihaz xüsusi dirsəkdən asılır. Ventilyator havanı civəli rezervuarlar 
yerləşdirilmiş metal borulardan bərabər miqdarda qovub çıxarır. 4-5 dəq keçdikdən 
sonra termometrlərin göstərişləri qeyd olunur və yenə temperaturlar fərqinə görə 
mütləq nəmlik hesablanır. Mütləq nəmliyin qiymətini tapdıqdan sonra nisbi nəmlik 
hesablanır. Nisbi nəmliyin qiymətini yoxlamaq üçün quru və yaş termometrlərin
göstərişlərinə əsasən xüsusi cədvəl və nomoqramlardan istifadə edilir və qiymətlər 
tutuşdurulur. 
Nisbi nəmliyi birbaşa təyin etmək üçün hiqrometr və hiqroqraflardan istifadə 
edilir. Bu cihazların iş prinsipi yağsızlaşdırılmış insan saçının nəm havada uzanma 
a b 


və quru havada qısalma xüsusiyyətinə əsaslanır. Başqa prinsipli hiqrometrlər də 
mövcuddur. Bəzi hallarda elektron psixrometrlərdən istifadə edilir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin