Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə35/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   31   32   33   34   35   36   37   38   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

MÜHAZIRƏ 8 
 
 
SƏS- KÜY VƏ TĠTRƏYĠġLƏRDƏN MÜHAFĠZƏ MƏSƏLƏLƏRĠ 
 
 
 
Plan 
 
1. 
Səs-küyün insan orqanizminə təsiri 
2. 
Səs-küydən mühafizə üsulları 
3. 
Səs-küydən fərdi mühafizə vasitələri 
4. 
Titrəyişlərin insan orqanizminə təsiri 
5. 
Titrəyişlərlə mübarizə üsulları 
Səs-küyün insan orqanizmə təsiri 
Səs-fiziki hadisə olub, səs mənbəyinin elastik mühitdə yaratdığı hərəkət 
dalğalarına deyilir.
Müxtəlif intensivlikdə və tezlikdə səslər məcmusunun insanda yaratdığı xoşa 
gəlməz təəssürat səs-küy adlanır. Səs dalğalarının yayılma sürəti mühitin 
elastikliyindən və sıxlığından asılıdır. Məsələn: səsin havada yayılma sürəti 344 
m/san, suda 1500 m/san, poladda 5000 m/san, parçada 500…1200 m/san, rezində 
40…150 m/san-dır. 


Açıq fəzada səs dalğaları mənbədən hər tərəfə eyni sürətlə yayılır, məsafə 
artdıqca səs səviyyəsi zəifləyir. Səs dalğaları hər hansı bir maneəyə rast gəldikdə 
onun bir hissəsi əks olunur, bir hissəsi udularaq istiliyə çevrilir, qalığı isə maneənin 
o biri üzünə keçir. Buna görə də qapalı mühitdə səs dalğaları əşyalardan və 
divarlardan dəfələrlə əks olunaraq səsin ucalığını artırır.
Səs-küy bioloji qıcıqlandırıcıdır, yorğunluğa, diqqətsizliyə, baş ağrılarına, 
əsəbiliyə səbəb olur. Səs-küy eşitmə qabiliyyətini azaldır və tədricən karlığa gətirib 
çıxarır. Səs-küyün təsirindən əmək məhsuldarlığı 10…20% aşağı düşür, hesablama 
işlərində səhvlərin sayı 50 %-ə çatır.
Ehtizaz və titrəyişlərin təsirindən əllərin soyuması, keyləşməsi, yorğunluq
yuxusuzluq, baş ağrıları, qan təzyiqinin yüksəlməsi, ürək damarlarının spazması və 
s. baş verir. Ehtizaz və titrəyişlər eyni zamanda maşın və mexanizmlərə, nəzarət-
ölçmə aparatlarına və binaların konstruksiyasına dağıdıcı təsir göstərir.
Səs-küyün səviyyəsindən (ucalığından), xarakterindən, davamiyyətindən və 
insanın xüsusiyyətindən asılı olaraq onun insan orqanizminə təsiri də müxtəlifdir.
İnsanın qulağı səs dalğalarının tezliyi 16 hs-dən 20000 hc-ə qədər olan 
rəqslərini eşitdiyi üçün həmin rəqslərin intervalı səs diapazonu, rəqslər özü isə səs 
rəqsləri adlanır. İnsanın eşitmədiyi, tezliyi 16 hs-dən aşağı olan rəqslər infrasəs
tezliyi 20000 hs-dən yuxarı olan rəqslər isə ultrasəs adlanır.
İstər infrasəslər, istərsə də ultrasəslər səs kimi deyil, duyğu orqanları 
tərəfindən bu ehtizaz və titrəyiş kimi hiss edilir.
Səs fiziki cəhətdən intensivlik və tezliklə, fizioloji cəhətdən isə gurluğu
(şiddəti) və yüksəkliyi ilə xarakterizə olunur.
Səsin şiddəti (gurluğu) desibellə ölçülür. 10-20 db gurluq səviyyəsi pıçıltılı 
danışığın səviyyəsinə, 30…70 db isə sakit, orta ucalıqda və ucadan danışıq 
səviyyəsinə uyğundur. 
Hətta kiçik səs-küy (50…60 db) belə insanın sinir sistemini gərginləşdirir, 
ona psixoloji təsir göstərir. Bu xüsusən, zehni fəaliyyətdə olan insanlarda daha çox 
müşahidə olunur. Zəif səs-küyün müxtəlif adamlara müxtəlif cür təsir göstərməsi 
insanın yaşı, səhhəti, işinin növü, həmin anda fiziki və rühi vəziyyəti və s. 
amillərlə izah edilir. 
Səs-küyün səviyyəsi 70 db və daha çox olduqda insanda müəyyən fizioloji 
təsirlər yaranır. Səviyyəsi 85…90 db-dən yüksək olan səs-küy insanın eşitmə 
həssaslığını azaldır, daha güclü səslər isə insanın səhhətinə və işgüzarlığına zərərli 
təsir göstərir. İnsan qulağının dözə bildiyi maksimal səs intensivliyinin səviyyəsi 
130 db-dir.
150 db səs-küyün qısa müddətli təsirinə insan qulağı dözmür və həmişəlik 
karlıq baş verir.
180 db şiddəti bütün canlıları öldürür, metallarda yorğurluq əmələ gətirir, 
190 db səs pərçimləri qopardır, metal lövhələri dağıdır, qaynaq tikişlərində əyilmə, 
bükülmə yaradır.
Səs-küyün eşitmə üzvlərinə təsiri üç formada təzahür edir: yorğunluq, səs-
küy zədəsi və peşə ağıreşitməsi . 
Səs-küy eşitmə üzvlərinə yerli təsirdən əlavə, bütün orqanizmə ümumi 
zərərli təsir də göstərir. Böyük intensivlikdə, dəvamiyyətli səs-küy insanın 


mərkəzi sinir sisteminə xeyli zərərli təsir göstərir. Nəticədə insanlar baş ağrısı, baş 
gicəllənməsi və qulağa səs düşməsindən şikayətlənirlər. Tibbi müayinə zamanı isə 
onlarda hipertoniya, qastrit, xora və digər xəstəliklər, eləcə də istehsalat səs-
küyünün təsirindən müxtəlif peşə xəstəlikləri - arterial təzyiqin və ürək ritminin 
pozulması, eşitmə qabiliyyətinin zəifləməsi, yaddaşın, diqqətin, görmə itiliyinin və 
siqnallara həssaslığının zəifləməsi və s. aşkara çıxır. 
Son illərdə həkimlər səs-küyün təsirindən insanda yaranmış kompleks 
dəyişiklikləri “səs-küy xəstəliyi” adlandırırlar.
İstehsalat səs-küyü əmək məhsuldarlığının aşağı düşməsinə, işdə xətaların və 
ya səhvlərin, eləcə də travmatizmin yüksəlməsinə səsbəb ola bilər. 
Səs-küyün insan orqanizminə qarşı zərərli təsirinə qarşı əsas vasitə onun 
parametrlərinin buraxıla bilən səviyyələrinin normallaşdırılmasıdır. İstehsalat 
otaqları və iş yerləri üçün buraxılabilən səs-küy səviyyələrinin qiymətləri uzun 
müddətli tibbi tədqiqatların nəticələrinə əsaslanır. 
 
 
 
 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin