MÜHAZĠRƏ 7
BĠNALARIN QIZDIRILMA, VENTĠLYASĠYA, ĠġIQLANMA
SĠSTEMLƏRĠ VƏ ONLARA VERĠLƏN GĠGĠYENĠK TƏLƏBLƏR
Plan
1. Binaların isidilməsinin təşkili
2. Binaların ventilyasiya sistemləri və onlara verilən tələblər
3. Binaların işıqlanma sistemləri və onlara verilən gigiyenik tələblər
Binaların isidilməsinin təşkili
İş zonasında havanın normal əmək şəraitinə uyğun temperaturunu təmin
etmək üçün yerli və mərkəzi isitmə sistemləri tətbiq edilir.
Yerli isitmə sistemində istilik mənbəyi kimi sobalar, qaz və elektrik cihazları
işlədilir ki, bunlar bilavasitə isidilən otaqlarda qurulur. Yerli isitmə sistemləri əsas
istehsalatdan uzaqda yerləşmiş, sahəsi 500m
2
-ə qədər olan otaqların qızdırılması
üçün tətbiq olunur. Bütün digər hallarda mərkəzi isitmə sistemindən istifadə
olunur.
Mərkəzi isitmə sistemləri istilik daşıyıcısının növünə görə: su, buxar və hava
sistemlərinə; istilik daşıyıcısının parametrlərinə görə: aşağı və yüksək təzyiqli su
və buxar sistemlərinə; istiliyi otağa vermə üsuluna görə: konveksiyalı və şüalı;
sirkulyasiya üsuluna görə: təbii (cazibə qüvvəsi ilə) və süni (nasoslar) sistemlərə
bölünür.
İnsanların müntəzəm və ya uzun müddət (2 saatdan çox) işlədiyi bina, tikili
və otaqlar, habelə texnoloji şərtlərə görə müsbət temperatur saxlanılan otaqlar
sanitariya normalarında göstərilmiş hədlərə qədər isidilməlidir.
İstehsalat otağında hər bir işləyənə 50m
2
– dən çox sahə düşdükdə isitmə
sistemi ilə havanın tələb olunan temperaturu yalnız daimi iş yerlərində təmin edilir,
İş yerlərindən kənarda isə temperatur normadan aşağı ola bilər.
Mərkəzi isitmə sistemlərinin istilik generatorları qızdırılan otaqlardan
kənarda qoyulur. İsidici sistemlər əmək mühafizəsi cəhətdən aşağıdakı tələbləri
ödəməlidir:
a) bütün mövsüm ərzində otaqların havası müntəzəm qızdırılmalı.
b) yanğın və partlayışa təhlükəsiz olmalı
ç) istiliyin miqdarı tənzimlənə bilməli
c) ventilyasiya sistemi ilə əlaqələndirilməli.
d) otaqların havasını zərərli ayrılmalarla və pis iylərlə çirkləməməli.
e) istismarı və təmiri asan olmalı
Otaqda havanın temperaturu o vaxt hesab olunur ki, xarici və daxili
divarların yaxınlığında temperaturlar fərqi ən çoxu 2
o
S, otaq hündürlüyünün hər bir
metrində isə ən çoxu 2,5
0
S olsun. Otaqda gün ərzində temperatur dəyişkənliyi su
ilə isidilmə sistemində 2,3
0
S-dən soba ilə isidilmədə isə 4,5
0
S –dən artıq
olmamalıdır.
İstilik daşıyıcısı kimi su və buxar tətbiq edildikdə bunlar xüsusi
qazanxanalarda qızdırılır və otaqlarda qoyulmuş qızdırıcı cihazlara borular
vasitəsilə verilir.Hava ilə isidilmə sistemində otaqlara verilən hava kaloriferlərdə
qızdırılır.
Sanitariya-gigiyena cəhətdən su ilə isidilmə sistemləri daha əlverişlidir.
Bunlar suyun 100
0
S-ə qədər və 100
0
S-dən çox qızdırılması sistemlərinə ayrılır.
Suyun sistemdə hərəkətini su nasosları və ya ejektor qurğuları təmin edir.
İnzibati-məişət otaqlarının isidilməsi üçün qızdırıcı panellərdə tətbiq edilir.
Otaqda qızdırıcı cihazlar, bir qayda olaraq, pəncərələrin altında, eyni ox üzrə
qurulur. Əgər iş yeri pəncərənin yanında yerləşirsə, o aşağı enən soyuq hava
axınlarından mühafizə olunmalıdır.
|