perpendikulyar vəziyyətdə möhkəm oturmalı və qabaq tərəfdən polad pazla
möhkəmləndirilməlıdir.
Çilingər qələmlərinin uzunluğu 0,15m, yastı hissəsi 0,06 m olmalı və 65-75°
bucaq altında itilənməlidir. Qələmlərin zərbə qəbul edən arxa hissəsi hamar və
azacıq qabarıq olmalıdır. Arxa hissəsi əzilmiş və qəlpə qopacaq vəziyyət almış
qələmlərdən istifadə olunması qadağandır. Əlləri çəkicin zərbəsindən qorumalı,
metalı çapan zaman
qələmin zərbə sahəsinə deyil, kəsən ucuna baxmaq lazımdır.
Sərt və ya qəlpələnən metalı çaparkən əlcək və müdafıə eynəyi taxmaq lazımdır.
Yeyələr, şaberlər, metalkəsən mişarlar, vintaçanlar və s. kimi alətlərin işlək
olmayan dəstək hissəsinə bərk ağac növündən 0,14... 0,16 m uzunluğunda fıqurlu
dəstək, dəstəyin qabaq hissəsinə isə sıxıcı metal halqa geydirilməlidir.
Açarların ağızlarında əzilmə və genəlmə olmamalı, qayka və boltun ölçüsünə
uyğun gəlməlidir. Böyük ölçülü açarlarla kiçik ölçülü qayka və ya boltları açmaq
üçün açarla qayka arasına əlavə metal parçası qoymaq,
habelə əlavə açarla, yaxud
boru ilə açarın boyunu uzatmaq olmaz.
Metalların mişarlarla kəsilməsi zamanı mişarların tiyəsi möhkəm çəkilib
bağlanmalıdır. Kənarları iti və ya çıxıntılı olan hissələr emal edilərkən əlcək
geyməli və ya xüsusi tutucu quruluşdan istifadə etmək lazımdır.
Çilingər - quraşdırma işlərində çalışan işçilər xüsusi geyim və fərdi mühafizə
vasitələri (kombinezon, əlcək, sınmayan şüşəli eynək və s.) ilə təmin olunmalı və
şəxsi gigiyena qaydalarını yerinə yetirmələri üçün şərait yaradılmalıdır.
Metalların emalı zamanı tokar, burğu, itiləyici, cilalayıcı və s. kimi
dəzgahlardan geniş istifadə olunur.
Dəzgah işə buraxılıb dayandırılarkən və ya yoxlama apararkən patronun əl ilə
tormozlanması, habelə bəzi hissələrin çilingər yiyələri vasitəsilə cilalanması,
dəzgahda fırlanan hissənin ölçülməsi qadağandır.
Cilalanma üçiin xüsusi
quruluşlardan istifadə edilməlidir. Dəzgahda uzun metallar emal edilərsə, mütləq
arxa dayaqdan istifadə olunmalıdır. Ağır hissələr (l0kq-dan artıq) dəzgaha bağlanıb
emal olunarsa və ya dəzgahın üst hissələri sökülüb yığılarsa, qaldırma
mexanizmlərindən və xüsusi asma tərtibatlarından istifadə edilməlidir.
Emal edilən məmulatı və kəskini möhkəm bərkitmək lazımdır. Məmulatı
patronda bərkitdikdən sonra açarı patronda qoymaq olmaz, çünki təsadüfən dəzgah
işə düşərsə, açar sıçrayaraq ətrafdakıları zədələyə bilər.
Burğu dəzgahmda işləyərkən metal mütləq dəzgahın məngənəsinə
bağlanmalı, burğu düzgün mərkəzləşdirilməlidir. Dəzgah iş sahəsini aydın görməyə
imkan verən və şpindel ilə bloklanmış qoruyucu çəpərlə təchiz edilməlidir. Burğu
saxlayan başlıq şpindeldə möhkəm oturmaqla burğunu möhkəm saxlamalı və
düzgün mərkəzləşdirməyə imkan verməlidir.
İstər tokar, istər burğu və frez dəzgahlarında yonqar əl ilə deyil, metal şotka,
qarmaq və s. tərtibatlarla təmizlənməlidir. İtiləyici dəzgahlarda
işçi orqan əsasən
sürətlə fırlanan dairə formalı daşdan ibarətdir. Süni daşlarda çevrə sürəti 35 m/san,
təbii daşlarda isə 12m/san-dən artıq olmamalıdır. İtiləyici daşların saxlanmasına və
yoxlanıb saz halda işlədilməsinə xüsusi fikir verilməlidir. Belə ki, itiləyici daşlar azı
3°S temperatur və 65% nəmlik şəraitində saxlanmalıdır. İstifadə edilərkən
qablaşdırma materiallarından təmizlənib hər hansı metal çubuğa keçirilərkən taxta
çəkiclə yüngül zərbə ilə vurulmalıdır. Bu zaman cingiltili səs alınarsa, bu daşdan
istifadə etmək olmaz.
Daşlar dəzgahda bağlanarkən ciddi mərkəzləşdirilməli və möhkəm
bağlanmalıdır.
Daşlar elə seçilməlidir ki, daş və mühafizə örtüyünün diametrləri
fərqi 0,02...0,03 m, yan səthlər arasındakı məsafə isə 0,1...0,015 m olsun. Əgər
diametrlər fərqi 0,l m-dən çox olarsa (istər işlənib yeyildikdən sonra və istərsə də
yeni qoyularkən), onda ya daş, ya da örtük dəyişdirilməlidir.
Bundan başqa, dəzgahda qoyulan saxlayıcı dayaq nizamlanan olmalı və
bunun qabaq tərəfi ilə daş arasındakı məsafə 0,003m-dən artıq olmamalıdır ki,
itilənəcək alət daşın mərkəzindən keçən üfüqi müstəvi səviyyəsində və ya ondan
0,01.. .0,015m yuxarıda daşa toxunsun. Dəzgahlarda yerli sorma sistemi və ya toz-
yonqartutan quruluş qoyulmalıdır.
Dəzgahlarda hərəkətli və elektrikli bloklama mühafizə ekranı (ekranın baxış
sahəsi sınmayan üzvi şüşə olmalıdır) olmalıdır ki, işçinin sifəti və gözləri isti metal
ovuntusundan mühafızə olunsun. Ekran elə bloklanmalıdır ki, yalnız işçi vəziyyətdə
olduqda dəzgah işə düşsün. Dəzgahların, habelə dəzgah üzərində quraşdırılıb
dəzgahdan izolə edilmiş elektrik avadanlıqlarının gövdələri ümumi mühafizə yerlə
birləşdirilmə sisteminə birləşdirilməlidir.
Əgər dəzgahda
mühafizə örtüyu yoxdursa, onda işçiyə mütləq mühafizə
eynəyi verilməlidir. Dəzgahlarda işləmək üçün yalnız xüsusi kurs keçib texniki
bilikdən və təhlükəsizlik texnikasından imtahan verərək müstəqil işləməyə vəsiqə
almış şəxslərə icazə verilməli və bunlar ildə bir dəfədən gec olmayaraq yoxlamadan
keçirilməlidir. Təhsil alan tələbələr və şagirdlər tibbi müayinədən keçirilməli və
onun sağlamlıq vəziyyətinin bu işə yol verib-vermədiyi müəyyənləşdirilməlidir. Hər
bir dəzgahın yanında təhlükəsiz iş üsullarını göstərən plakatlar vurulmalı və iş
yerində təlimat olmalıdır. İşçilər qıpçaq iş paltarı (kombinezon) geyinməli,
paltarların qollarının ağzı və kəməri bağlanmalıdır. Saçlar baş geyiminin altına
yığışdırılmalıdır.
Dostları ilə paylaş: