və dayaq-hərəkət aparatlarını zədələyir və periferik damarların yığılmasına
səbəb
olur. Titrəyişlərin təsirindən insanda pataloji vibrasiya xəstəliyi yarana bilər. Bu
xəstəliyin əlamətləri əl barmaqlarının titrəməsi, soyuğa həsaslığı, oynaqların
ağrımasıdır. Bundan əlavə xəstəlik baş ağrısı, yuxusuzluq, əsəbilik və yorğunluqla
müşaiyət olunur. Vibrasiya xəstəlikləri peşə xəstəliklərinə aiddir və yalnız ilk
mərhələlərdə müalicə oluna bilər. Müxtəlif tezlikdə
titrəyişlər insana müxtəlif
dərəcədə təsir göstərir. Məsələn, titrəyən səth üzərində dayanmış şəxs üçün iki
rezonans zirvəsi yaranır. 5…12 Hs və 17…25 Hs, oturmuş şəxs üçün isə 4…6 Hs,
insanın başı
üçün
rezonans tezliklər 20…30
Hs-dir. Titrəyişlərin
normallaşdırılmasında bu xüsusiyyətlər nəzərə alınır.
Dostları ilə paylaş: