tələb olunan hava mübadiləsi
V=
1
2
K
K
Q
Burada , Q-otaqda əmələ gələn zərərli maddənin miqdarı mq/saat
K
2
- otağın havasında zərərli maddələrin buraxıla bilən qatılıq həddi,
mq/m
3
K
1
-otağa verilən havada zərərli maddələrin miqdarıdır, mq/m
3
Otaqda əmələ gələn izafi istiliyi kənar etmək
üçün tələb olunan hava
mübadiləsi belə hesablanır.
V=
)
(
6
,
3
x
d
i
t
t
C
Q
burada, Q
i
otaqda bütün mənbələrdən ayrılan izafi istiliyin miqdarı, kC/saat
(kilocoul/saat)
C-quru havanın istilik tutumu, kC/kq, C=1 götürülür.
-verilən havanın xüsusi çəkisi, kq/m
3
t
d
– otağın daxilində sanitariya normasına görə tələb olunan temperatur,
0
S ilə
t
x
otağın xaricində havanın temperaturudur,
0
S ilə
Sanitariya normalarına əsasən vurulan hava ilə otaq havasının temperaturu
arasındakı fərqi 5-8
0
S-dən çox olmamalıdır.
Hava mübadiləsinin təşkili üsuluna görə ventilyasiya təbii və süni
(mexaniki) sistemlərə bölünür.
Təbii ventilyasiyada hava mübadiləsi otağın daxilində və xaricindəki
havanın temperaturlar fərqi və külək təzyiqi nəticəsində gedir. Otağın daxilində və
xaricindəki havanın temperaturlar fərqi onların xüsusi
çəkilərində də fərq əmələ
gətirir ki, nəticədə otağa xaricdən soyuq hava gəlir və otaqdakı isti havanı
sıxışdırıb çıxarır. Sanitariya normalarına görə bütün istehsalat otaqlarında təbii
ventilyasiya tələb olunur.
Təbii ventiyasiyada hava mübadiləsi binanın hava sorucu kanalları, şaxtaları,
nəfəslikləri, həmçinin qapı, pəncərə və başqa örtüklərin kip olmaması nəticəsində
gedir. Təbii ventilyasiya sistemi ucuz başa gəlir. Bu ventilyasiyanın
çatışmamazlığı onun səmərəsinin xarici havanın temperaturundan, küləyin
gücündən və istiqamətindən asılı olmasıdır.
Təbii ventilyasiyanı gücləndirmək məqsədilə deflektorlar tətbiq edilir.
Quruluşuna görə deflektorlar küləyin istiqamətindən asılı
olmayaraq, bina
daxilindən havanın sorulmasını təmin edir.
Təbii ventilyasiya kifayət etmədikdə süni ventilyasiya nəzərdə tutulur. Bu
halda istinilən miqdarda havanın vurulması ilə metroloji şərait təmin edilə bilər.
Mexaniki (süni) ventilyasida hava mübadiləsi elektrik enerjisi ilə işləyən
ventilyator və ya ejektorlarla aparılır. Bu ventilyasiyanın üstünlüyü ondadır ki,
temperatur və küləklənmədən asılı olmayaraq, təmiz havanı otağın istənilən
hissəsinə vermək, zərərli maddələri bilavasitə əmələ gəldiyi yerdən sorub kənar
etmək, verilən havanı təmizləmək, nəmləşdirmək, qızdırmaq və ya soyutmaq, eləcə
də çirklənmiş havanı mühitə buraxmazdan əvvəl təmizləmək olur və s. Lakin, süni
ventilyasiya nisbətən mürəkkəb olur, sox yer tutur və baha başa gəlir.
Ventilyasiya qurğularında mərkəzdənqaçma
və ox tipli ventilyatorlar, açıq
və qapalı hava soruçu bacalar tətbiq edilir.
Sanitariya – texniki normalarına əsasən vurulan təmiz hava sexin hakim
küləklər tutan tərəfindən qəbul edilir, külək tutmayan tərəfdən xaric edilir. Bu
nöqtələr arasındakı məsafə və hündürlüklər fərqi uyğun olaraq 15 və 5 metrdən az
olmamalıdır.
Mexaniki ventilyasiya sisteminin səmərəliliyi onun təşkilində müəyyən
texniki və sanitariya-gigiyena qaydalarına əməl edilməsindən asılıdır. Bu qaydalar
aşağıdakılardır:
1. Otağa verilən havanın miqdarı kənar edilən havanın miqdarına uyğun
gəlməlidir.
2. Havaüfürücü və havasorucu xətlər otaqda düzgün yerləşdirilməlidir. Belə
ki, təmiz hava otaqda zərərli maddələrin az ayrıldığı
hissəyə yönəldilməli, kənar
edilən hava isə həmin maddələrin ən çox ayrıldığı hissədən götürülməlidir. Adətən,
hava axını işçi zonaya yönəldilir, kənar edilən hava isə otağın yuxarı hissəsindən
sorulur. Otaqda ayrılan zərərli maddələr havadan ağır olduqda kənar edilən hava
otağın aşağı hissəsindən sorula bilər.
3. Ventilyasi sistemi işləyənlərin orqanizminin həddən artıq soyumasına və ya
qızmasına səbəb olmamalıdır.
4. Ventilyasiya sistemi iş yerlərində buraxılabilən səviyyədən artıq səs-küy
yaratmamalıdır.
5. Ventilyasiya sistemi elektrik təhlükəsizliyi və yanığın partlayış
təhlükəsizliyi tələblərini ödəməlidir.
Adi ventilyasiya sistemləri istehsalat otaqlarında
mikroiqlimin bütün
parametrlərini nizamlaya bilmədiyinə görə komfort şərait yaratmaq üçün hava
kondisiyalaşdırılır. Bu məqsədlə istənilən kondisionerlər havanın temperaturunu,
nəmliyini, hərəkətini və təmizliyini avtomatik tənzimləməklə bərabər həmdə onu
ozonlaşdıra və ionlaşdıra da bilər. Havanın tam kondisiyalaşdırılmasında həmin
əməliyyatların hamısı, natamam kondisiyalaşdırmada
isə bir hissəsi həyata
keçirilir.
Havanın kondisiyalaşdırma sistemi mərkəzi və yerli sistemlərə ayrılır.
Bundan başqa kondisiyalaşdırma bütün il boyu və movsümü işləyən ola bilər.
Mövsümü işləyən kondisionerlər yayda havanı təmizləyir və sərinlədir; qışda isə
təmizləyir və qızdırır. İnzibati binalarda otaqların mikroiqlimini tənzimləmək üçün
BK-1500 və BK-2500 tipli kondisionerlərdən istifadə edilir. BK-1500 sahəsi,
25m
2
; BK-2500 isə sahəsi 35 m
2
olan otaqlara hesablanmışdır.
Dostları ilə paylaş: