Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə36/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   32   33   34   35   36   37   38   39   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

Səs-küydən mühafizə üsulları 
Səs-küydən mühafizə üsulları çox olduğuna görə hər bir konkret şərait üçün 
həmin üsullar ayrıliqda seçilməlidir. Səs- küydəm mühafizənin texniki üsullarını 
prinsipcə dörd növə ayırmaq olar:
a) 
Səs-küyün mənbədə azaldılması. 
b) 
İstehsalat otaqlarında və ərazidə səs-küy şüalanmaları istiqamətlərinin 
dəyişdirilməsi. 
c) 
Səs-küyün yayılma yolunda onun səviyyəsinin azaldılması
d) 
Otaqların akustik işlənməsi və müəssisələrin əlverişli planlaşdırılması. 
Maşın və mexanizmlərdə səs-küyün azaldılması üçün: zərbə hərəkətlərinin 
zərbəsiz hərəkətlərlə əvəz olunması, sürtünən hissələrin yağlanması, səs rəqslərinin 
azaldılması (rezin, keçə, bitum və s. köməyi ilə ), plastik və kapron hissələrin 
tətbiqi və s. 
Aerodinamik səslərin azaldılması üçün əsas tədbirlər səs mənbəyinin 
izolyasiyası və qaz axınlarının yolunda səsboğanların qoyulmasıdir. 
Səsudan maneə (ekran) öz üzərinə düşən səs dalğalarını udur, onun səthi 
səsudan materialla örtüldükdə isə səs dalğalarının enerjisi istiliyə çevrilir. Səsudan 
maneələrə xüsusi divarları, arakəsmələri, örtükləri və s. misal göstərmək olar. 
İnşaatda ən geniş tətbiq edilən səsudan materiallar keçə, asbest, mineral 
pambıq, şüşə pambığı, məsaməli polivinnilxlorid və s. dir. Bunlardan hazırlanmış 
rezonans konstruksiyalar lazımı qalınlıqda qat şəklində çəpərləyici konstruksiyaya 
bilavasitə və ya boşluq saxlamaqla bərkidilir.
Səsudan üzlüklər səs-küyün səviyyəsini 5...6 desibel (1,5 dəfə) azaltmağa 
imkan verir.
İstehsalat otaqlarında əks olunan səs dalğalarının enerjisini azaltmaq üçün 
otaqların akustik işlənməsi həyata keçirilir. Otaqların akustik işlənməsində onların 
daxili səthlərinə səsudan üzlüklər çəkir və otaqda ədədi ( həcmli) səsudanlar 
qoyulur. 
Praktikada üzlüklərin qalınlığı 20...200 mm götürülür. Səsudan üzlüklərin 
maksimal səmərəsi orta və yüksək tezlikli səs-küydə alınır. Aşağı tezliklərdə 


onların səsudma qabiliyyətini artırmaq üçün üzlüklə otağın çəpərləyici 
konstruksiyası arasında hava boşluqları qoyulur.
Hazırda otaqların akustik işlənməsində ultranazik şüşə lifi, kapron lifi, 
mineral pambıq, ağac lifi və mineral pambıqlı sərt tavalar və s. materiallardan 
üzlüklər tətbiq edilir. Səsudan üzlüklərin tətbiqi əks olunan səs-küyü 6-8 db 
azaltmağa imkan verir.
İş yerlərində bəzən səs-küyü azaltmaq üçün müxtəlif konstruksiyalı 
səsudanlardan istifadə edilir. Səsudanlar içərisi səsudan materalla doldurulan 
konus, prizma, paralelepiped, kub formalı həcmli cisimlərdən ibarətdir, bunlar 
otağın tavanından müntəzəm qaydada asılır. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin