Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə39/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   35   36   37   38   39   40   41   42   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

 
 
Mühazirə 9


 
Məktəb və tədris emalatxanalarında əmək təhlükəsizliyi
Plan
1. Maşın və avadanlıqların təhlükəli zonaları və onlardan mühafizə 
tədbirləri 
2. Metal emalı işlərində təhlükəsizlik tədbirləri 
3. Ağac emalı işlərində təhlükəsizlik tədbirləri 
4. Qaynaq və lehimlə mə iş lərində təhlükəsizlik tədbirləri 
Maşın və avadanlıqların təhlükəli zonaları və onlardan
mühafizə tədbirləri 
Maşın və avadanlıqlarda elə potensial təhlükəli sahələr olur ki, işçilərin əli, 
paltarı, saçı və ya özü bu sahələrə düşərsə, yaxud da toxunarsa, travmatizm alına 
bilər. Belə sahələrə təhlükəli zonalar deyilir. Qayış və ya zəncir ötürməsində 
aparılan hissə ilə qasnaq (ulduz) arasındakı zona, dişli ötürmədə dişlərin görüşdüyü 
zona, burğu, tokar, itiləyici və s. dəzgahlarda işçi hissə ilə becərilən materialın 
toxunma sahələri ətrafındakı zona, kranlarda yükün altındakı zona və s. buna misal 
ola bilər (şəkil 1). 
Maşınların bəzi hərəkətötürən və ya işçi orqanları da qapalı, yaxud açıq 
potensial təhlükəli zona ola bilər (məsələn, həmin hissələrin qəfildən qırılması, 
örtüyün açılması və s.). 
Maşın və mexanizmlərin təhlükəli zonalarına düşmənin qarşısını almaq üçün 
çəpərləmə texnikası, mühafizə-bloklama quruluşları, distansion idarəetmə və 
siqnalizasiya sistemləri, təhlükəsiz iş aparmaq üçün fərdi mühafizə avadanlığı və s. 
kimi mexanikləşdirmə və avtomatlaşdırma vasitələrindən istifadə olunur. 
Mühafizə çəpərləmə texnikası dedikdə, maşın və avadanlığın təhlükəli 
zonalarına və ya mexaniki müqavimət hesabına təhlükəli zonaya düşmənin 
qarşısını alan texniki vasitələr nəzərdə tutulur. Bu vasitələr müəyyən standart 
quruluşda olmayıb, maşın və avadanlıqda yaranan təhlükəli zonaya görə, tor 
məftildən, posa təbəqəsindən, plastik kütlədən, ağacdan və s. materiallardan 
hazırlana bilər. Bunlar bütün hallarda tullanan hissəciyin yaratdığı zərbəyə davam 
gətirməlidir. 
Çəpərlərin hündürlüyü 1,2...2,4 metr hüdudunda olmalıdır. Çəpərləmə 
texnikası ilə yanaşı, avtomatlaşdırma və məsafədən idarəetmə sistemlərindən də 
geniş istifadə olunur. Bu halda avtomatlaşdırma sistemi hər hansı pozğunluq baş 
verdikdə, operatora səs və ya işıq siqnalı verməklə ona xəbərdarlıq edır. 


Şəkil 1. Maşın və mexanizmlərin təhlükəli zonaları. 
a-zəncir ötürməsi; b-qayış ölürməsi, c-sonsuz vint ötürməsi, ç-ötürücü rolik; 
d-dişli çarx; e-lentli transportyor; ə-tokar dəzgahının supportu; f-burğu; g-abraziv 
dairə; ğ-dairəvi mişar; h-lentli mişar;x-frez, l-eninə düz yonma dəzgahın kəskisi;i, j, 
k-presdə təbəqə ştamplama əməliyyatları. 


Məsafədən idarəetmə sistemi işçinin təhlükəli zonada bilavasitə iştirakına 
imkan verir. Belə sistemlər prinsip etibarı ilə mexaniki, hidravlik, pnevmatik və 
elektriklə ola bilər. Bunlardan stasionar şəraitdə ən əlverişlisi elektriklə 
işləyənlərdir. 
Maşın və avadanlıqlarda bloklayıcı quruluşlar da işlədilir. Bunlar avadanlığın 
təhlükəli zonalarının açıq qaldığı hallarda xəbərdaredici səs və ya işıq siqnalı 
sistemini işə salır, yaxud maşının işə düşməsinə imkan vermir. Dəzgahların, sınaq 
stendlərinin, təhlükəli gərginiik altında olan qurğuların təhlükəli zonalarında 
çəpərləmələrin idarəetmə quruluşları ilə bloklanması buna misal ola bilər. Bundan 
başqa, sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında tətbiq olunan əlavə 
quruluşların və ya zəhərli qaz, tüstü və s. ayrılan iş yerlərində qurulan yerli sorucu 
ventilyasiya sisteminin əsas avadanlıqları idarəetmə orqanlan ilə bloklanaraq birgə 
idarə olunması müsbət nəticələr verir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin