Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


Ağac emalı işlərində təhlükəsizlik tədbirləri



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə41/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   37   38   39   40   41   42   43   44   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

 
Ağac emalı işlərində təhlükəsizlik tədbirləri
Ağac materialların əl ilə və mexanikləşdirilmiş yolla emalı işləri ilə bağlı 
mövzular orta ümumtəhsil məktəblərində şagirdlərin əmək hazırlığının, eləcə də ali 
təhsil müəssisələrində Texnologiya müəllimliyi ixtisasında oxuyan tələbələrin əmək 
hazırlığının əsas tərkib hissələrindən birini təşkil edir. Buna görə də, hal-hazırda orta 
məktəblərdə istifadə olunan əmək təlimi proqramlarında yuxarı siniflərdə oduncağın 
emalı işlərinə kifayət qədər yer verilmişdir. 
Ağacın emalı zamanı baş verəcək müxtəlif zədələnmələrin əsas səbəbləri
əsasən nasaz alətlə işləmək, iş priyomlarını düzgün yerinə yetirməmək, alətlərin 
saxlanma qaydalarının pozulması, təhlükəsizlik texnikası qaydalarına riayət 
olunmaması və s.-dir. 
Tədris emalatxanasında ağac emalı ilə bağlı məşğələlərdə şagird yalnız 
müəllimin verdiyi tapşınğı yerinə yetirməli, iş zamanı diqqətli olmalı, işdən 
yayınmamalı, başqasını işdən yayındırmamalıdır. 


Ağac materiallarının əl ilə emalı zamanı işlədilən əl alətləri yaxşı və düzgün 
itilənməli, eyni zamanda bu alətin ölçüləri və kütləsi şagirdlərin fizioloji 
imkanlarına uyğun gəlməli və işin təhlükəsizliyini təmin etməlidir. 
Əl alətlərinin dəstəyi, əsasən ağacdan hazırlanır. İş zamanı ən çox alətin polad 
hissəsinin dəstəklərdə kip oturub-oturmamasına fikir verilməlidir, dəstək alətə 
möhkəm pərçimlənməlidir. Balta, çəkic, iskənə, qələm və başqa ağac dəstəkli 
alətlərin sapı düyünsüz möhkəm ağac materiallarından olmalıdır. 
İşə başlamazdan əvvəl baltanın itilənməsi, mişar dişlərinin itilənməsi və 
onların aralanması yoxlanmalı, iş üçün lazım olan materiallar əlverişli 
yerləşdirilməli, elektrik alətinin işləməsi və onun yerləbirləşməsinin sazlığı 
yoxlanmalıdır. İş prosesində alətləri iş üçün rahat olan yerlərə qoymaq lazımdır ki, 
onları çətinlik çəkmədən götürmək mümkün olsun. 
Ağac materialların emalı zamanı taxta material məngənədə və ya dəzgahın 
sıxıcı vintlərində möhkəm bərkidilməlidir. Dəzgahda işləyərkən xüsusi geyim və 
eynəkdən istifadə edilməlidir. Oduncağı liflərin eninə istiqamətdə mişarlama zamanı 
istiqamətləndirici tərtibatdan istifadə edilməlidir. Düzgün itilənmiş və saz mişarla 
işləməli, əməliyyat prosesində mişar zolağınm kəsiyinə əl vurulmamalı, həmin 
zolağın əyilməsinə imkan verilməməlidir. 
Rəndə ilə işlədikdə yonmanı təhlükəsiz aparmaq üçün sağ əli rəndənin 
kəskisinə doğru basmalı, aləti yerə dabanı üstə qoymalı, bıçaq tiyəsinin həddindən 
artıq kənara çıxmasma yol verilməməli, bütün diqqət rəndənin hərəkəti istiqamətinə 
yönəldilməlidir. 
Burğu, iskənə və qələm ilə işləyərkən oduncaq tərpənməz vəziyyət alana 
qədər bərkidilməlidir, belə olmazsa oduncaq çevrilər və burğu bədəni zədələyə bilər. 
Qələm dəstəyinin kəski ilə birləşdiyi yerə polad mufta geydirilməlidir. 
Deşmə prosesində burğu patrona etibarlı bərkidilməlidir. Bu zaman drel 
irəliləmə hərəkəti istiqamətində fırladılmalıdır. Üfüqi döşəmədə drelin başlığına sinə 
ilə deyil, ovuc içi ilə təzyiq edilməlidir. Yalnız yaxşı itilənmiş kəsici alətlərlə 
təhlükəsiz işləmək mümkündür. Burğunu, iskənəni, qələmi və digər kəsici alətləri 
ilk dəfə ustanın köməyi ilə itiləmək lazımdır. Alətləri eynəksiz itiləmək qəti 
qadağandır. Mərkəz burğusunu və vint şəklində burğunu itiləyərkən onların 
diametrlərini kiçiltmək olmaz. Burğunun mərkəzi itiləndikdə onun yerini 
dəyişməməli, hər tərəfı eyni dərəcədə itilənməlidir. 
Oduncağın emalı zamanı elektriklə işləyən əl alətləri şəbəkəyə qoşulan zaman 
onun mühərrikinin gövdəsi yerlə birləşdirilir. Mühərrikin cərəyan keçirən 
kabelindəki dörd naqilin biri gövdəni yerlə, yaxud sıfır keçirici ilə birləşdirmək 
üçündür. Bu birləşdirmə mühərrikin gövdəsində və ya başqa hissədə təsadüfən 
ərnələ gələn cərəyanın insana zərər vermədən yerə keçməsi üçün tətbiq edilir. Yerlə 
birləşdirmə məqsədi ilə yerlə birləşdiriləcək cisim, yerə basdırılan metal boruya, 
yaxud çubuqlara məftillər vasitəsilə bərkidilir. Yerlə birləşdirmə, elektrik aləti ilə 
işləmənin təhlükəsizliyini təmin edir. 
Elektrikləşdirilmiş əl alətləri ilə ehtiyatla rəftar etmək, onlan təsadüfi 
zərbələrdən qorumaq lazımdır. Bu alətlərlə işə başlamazdan əvvəl məftillərin


açarların sazlığı və şəbəkədəki cərəyan gərginliyinin alətin həddi cərəyanına 
uyğünluğu yoxlamlmalıdır. 
Bu alətlərin böyük sürətlə işləyən kəsici hissələri vardır. Həmin kəsici 
hissələrlə ehtiyatsız davrandıqda yaralanma hallan baş verə bilər. Ona görə də 
istismar və təhlükəsizlik texnikası qaydalarını yaxşı bilməyən adamlar elektrik 
alətləri ilə işləməyə buraxılmırlar. 
Elektrik mühərrikinin həddindən artıq qızmasma yol vermək olmaz. Bir 
materialın emalını qurtardıqda və ya digər materialın emalına başladıqda mühərriki 
dövrədən ayırmaq lazımdır. Alətdə kəsici diskin dişlərini və qoruyucu hissənin 
daxilini taxta kəpəyindən təmizləmək lazımdır. İş zamanı aləti pəstahın səthinə çox 
basmaq olmaz. 
Yadda saxlamaq lazımdır ki, elektrik alətləri, adətən, təkrar olunan 
qısamüddətli iş şəraiti üçün hesablanmışdır. Uzun müddət fasiləsiz işləmək 
mühərriki şiddətli qızdırır və aləti qismən korlayır. Alət səthinin maksimal istiliyi 
əlin tab gətirəcəyi 70°S-dən artıq olmamalıdır. Qızma bu həddi keçdikdə alət 
dayandırılıb soyudulmalıdır. 
Ağacın emalı zamanı ağac emal edən dəzgahlar böyük sürətlə işlədiyindən, 
onları etibarlı hasarlarla, tozu, yonqarı soran qəbuledicilərlə, eləcə də mişarlanmış 
materialları verməkdən ötrü olan mexanizmlərlə təchiz edirlər. Işəsalma aparatını 
dəzgahlarda elə quraşdırırlar ki, dəzgahçı ondan rahat istifadə edə bilsin. İşəsalma 
qurğulu hasar elə quraşdınhr ki, hasarm qalxmış vəziyyətində dəzgahın işə düşməsi 
aradan qaldırılmış olsun. 
Dəzgahların kəsici alətlərinin veriş mexanizminin bütün hərəkət edən 
hissələrinin-qayış, zəncir və dişli ötürmələrinin yaxşı mühafizə vasitələri olmalı və 
bu vasitələr möhkəm bərkidilməlidir. 
Pəstahların geri sıçramasınm qarşısını almaq üçün dəzgahlarda geriyə sıçrama 
əleyhinə qurğu, pazlayıcı bıçaqlar, qapaqlar qoyulur. Mühafizə vasitələri elə quraş-
dırılır ki, iş prosesində və dəzgaha xidmət göstərilən zaman çətinlik törətməsin. 
Dəzgahların yanındakı hər bir iş yerində təhlükəsizlik texnikasının əsas 
qaydaları asılmalıdır. İşə başlamazdan əvvəl eynək taxmalı, xüsusi iş paltarı gey-
məli, iş yeri qaydaya salınmalı, lazımsız əşyalar kənar edilməli və dəzgahların yerlə-
birləşdirilmə vəziyyəti yoxlanılmalıdır. 
Dəzgahların kəsici hissələri yaxşı itilənməli və yerində düzgün 
oturdulmalıdır. Rəndə dəzgahında biçaqların kəsən tiyələrinin qabaq tavanın 
səthindən 3mm-dən çox çıxmasına yol verilməməlidir. 
Dəzgah işləyə-işləyə onu təmizləmək, yağlamaq, qasnaqlara qayış keçirmək, 
bıçaqları, frezləri və başqa kəsici alətləri açmaq və yerinə taxmaq və s. qəti 
qadağandır. 
Ümumiyyətlə, təlim prosesində bədbəxt hadisələrin və müxtəlif 
zədələnmələrin qarşısının alınması üçün şagird və tələbələr təhlükəsizlik texnikası 
qaydalarım yaxşı bilməklə bərabər, onlara ciddi əməl etməlidirlər. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin