azaldır.
İşıqlandırmanın təşkilində əsas gigiyenik tələblər aşağıdakılardır;
-iş obyektinin tez və asan seçilməsi üçün işıqlanma kifayət qədər olmalıdır.
-işıqlandırma müntəzəm olmalı, kəskin kölgələnməyə yol verilməməlidir.
-baxılan obyektlə fon arasında müəyyən kontrast olmalıdır.
-işıq mənbəyi baxılan obyekdə ləkə əmələ gətirməməlidir
-işıq mənbəyi gözləri qamaşdırmamalıdır.
-işçi səthlərin işıqlandırılma səviyyəsi zaman ərzində dəyişməməlidir.
İstehsalat otaqlarının işıqlandırılması təbii, süni və birgə ola bilər.
Təbii işıqlandırma. Təbii işıqlandırma insana böyük bioloji və psixoloji təsir
göstərir, onda təbiətlə əlaqə hissiyatı yaradır və sinir sistemini sakitləşdirir. İşıq
bütün orqanizmin fəaliyyətini güçləndirir və tonusu qaldırır. Uzun müddət təbii
işıq olmadıqda bu, insanlara can sıxıcı təsir göstərir və onların ruhunu sarsıdır.
Buna görə də sanitariya normaları bütün istehsalat,
inzibati, köməkçi və məişət
otaqlarında təbii işıqlandırma olmasını tələb edir.
İşıq texnikası mənasında təbii işıqlandırmanın çatışmayan cəhəti də vardır.
Belə ki, təbii işıqlandırma ilin, günün vaxtından; rayonun coğrafi mövqeyindən
pənçərə qapısındakı səthlərin (torpaq, yaşıllıq, binalar) əksetmə xasələrindən asılı
olaraq böyük hüdudlarda dəyişə bilər, ayrı-ayrı iş yerləri qeyri müntəzəm işıqlanır
və s.
İstehsalatda təbii işıqlanma üç şəkildə aparılır.
a) yandan işıqlanma (pəncərə işıqlanması)
b) üstdən işıqlanma (baca işıqlanması)
v) üstdən və yandan işıqlanma
Təbii işıqlandırmanın səmərəliliyi təbii işıqlanma əmsalı ilə xarakterizə
olunur. Təbii işıqlanma əmsalı otaq daxilindəki işçi səthdə müəyyən nöqtənin
işıqlanmasının eyni anda otaq xaricində üfüqi səthdəki işıqlanmaya nisbətidir.(%)
%
100
x
d
E
E
l
Təbii işıqlanma əmsalı otaq daxilindəki nöqtədə işıqlığın xarici işıqlanmanın
hansı hissəsini təşkil etdiyini göstərir. Müəyyən edilmişdir ki, günorta vaxtı
səmanın orta dağınıq işıqlığı il ərzində 4000 lk-dən (dekabırda) 38000
lk-ə qədər
(iyulda) dəyişir. Təbii işıqlandırmada iş yerinin işıqlanması gün ərzində böyük
hüdudlarda dəyişdiyi üçün sanitariya normaları ilə işıqlanmanın qiyməti deyil, təbii
işıqlanma əmsalı normalaşdırılır. İşıqlanmanın normalaşdırması məqsədilə
obyektlər görülən işin növündən (dəqiqliyindən) asılı olaraq 6 yerə bölünür və
bunda sanitariya normalarından verilir. (CH-245-71)
Süni işıqlandırma. Təbii işıqlandırma kifayət etmədikdə süni işıqlandırma
tətbiq edilir. Süni işıqlandırma ümumi və birgə işıqlandırma sistemlərinə bölünür.
İstehsalat otagının bütün sahəsini müntəzəm işıqlandırmaq tələb olunduqda
ümumi işıqlandırma sistemi tətbiq edilir.
İş səthlərində yüksək işıqlanma səviyyəsi yaratmaq lazım gəldikdə birgə
işıqlandırma sistemindən istifadə olunur.
Təyinatına görə süni işıqlandırma 5 növə ayrılır: işçi, növbətçi, qəza,
köçürmə və keşikçi.
İstehsalat otaqlarında və açıq sahələrdə təbii işıqlandırma olmadıqda və ya
çatışmadıqda işlərin
normal gedişini təmin edən, habelə insan və nəqliyyatın
təhlükəsiz hərəkətini təmin edən işıqlandırmaya işçi işıqlandırma deyilir.
İşdən kənar vaxtlardakı işıqlandırma növbətçi işıqlandırma, qəza nəticəsində
işçi işıqlandırma sıradan çıxdıqda işi davam etdirmək üçün tələb olunan
işıqlandırma qəza işıqlandırması adlanır. İşçi işıqlandırmanın qəflətən sıradan
çıxması nəticəsində yanğın, partlayış, zəhərlənmə, zədələnmə təhlükəsi, texnoloji
prosesin və ya rabitə qovşağının, su-qaz təhcizatı qurğuları sistemləri işinin
pozulması hallarında qəza işıqlandırması tətbiq edilməlidir.
İşıqlandırma sıradan çıxdıqda binanı təhlükəsiz
tərk etmək üçün işçilərin
sayı 50 nəfərdən çox olan istehsalat binalarında köçürmə işıqlandırması təşkil
edilir. Köçürmə işıqlandırması binanın hərəkət yollarında azı 0,5 lk işıqlıq təmin
etməlidir. Gecə vaxtı keşik çəkilən ərazinin səhədlərində qurulan işıqlandırmaya
keşikçi işıqlandırması deyilir.
İstehsalat otaqlarında işçi səthlərin minimal işıqlandırması sanitariya
normaları ilə işlərin dəqiqlik dərəcəsindən, obyektin fonla kontrastından, fonun
xarakterindən, işıq mənbəyinin və işıqlandırma sisteminin növündən asılı
olaraq
normallaşdırılır. Yaşayış, içtimai, inzibati, koməkçi, məişət otaqlarının, eləcədə
binadan xaricdə yerləşən iş yerlərinin işıqlandırılması da məsələn, yaşayış
otaqlarında 100 lk, dərs otağında 300 lk, sanitariya-məişət otaqlarında 75-50 lk,
vestibüldə 150 -75 lk, pilləkənlərdə 75…50 lk və s. sanitariya normalarına
əsaslanır.
Süni işıq mənbələri kimi közərmə və lüminessent elektrik lampalarından
istifadə edilir.
Közərmə lampaları 127 və 220 V nominal gərginliklərə
hesablanır və 15…1500 vt gücündə buraxılır. Közərmə lampalarının bir sıra üstün
cəhətləri vardır; onların istismarı və istehsalı sadədir, şəbəkəyə qoşmaq üçün əlavə
quruluşlar tələb etmir, səssiz işləyir ani olaraq işə salınır. Lakin onların
mühit
çatışmamazlıqları da vardır.
Közərmə lampalarının işıq vermə qabiliyyəti azdır.(7…20lk/vt), iş müddəti
nisbətən qısadır (1000 saata qədər), qənaətçil deyil, spektrində qırmızı-sarı şüalar
əsas yer tutduğu üçün bəzi işlərin keyfiyyətli görülməsinə mane olur.
Lüminessent lampaların (qaz-boşalma lampaları) gigiyenik tələbləri
tamamilə ödəyən işıq xarakteristikaları vardır. Bu lampalarda optik spektrin
şüalanmaları inert qazların metal buxarla mühitində elektrik boşalması nəticəsində
yaranır. Bu lampaların iş müddəti 1400
saata qədər, işıq vermə əmsalı 100 lm/vt
olduğu üçün onlar iqtisadi cəhətdən daha səmərəlidir. Bu lampaların çatışmazlığı
işıq selinin döyüngənliyi, elektrik şəbəkəsinə bilavasitə deyil, xüsusi işə salma
qurğusu vasitəsilə qoşulması, yanğın-partlayış təhlükəli və aşağı temperaturlu
mühitdə tətbiqinin məhdud olmasıdır.
Xüsusi armaturla təchiz edilmiş elektrik lampalarına işıqlandırıcılar deyilir.
Armaturun vəzifəsi işıq selinin işçi səthlərə yönəldilməsi, gözü lampanın
qamaşdırıcı
təsirindən mühafizə etmək, lampanı mexaniki zədədən və
çirklənmədən qorumaqdır. Sənayedə 60…1000 Vt gücündə közərmə lampaları,
eləcədə 40 və 80Vt gücündə lüminessent lampalar üçün armaturlar buraxılır.
İşıqlandırıcı cihazlar 2 cür olur: daxili və xarici işıqlandırma üçün. Bunlar da
işığı səpələmə xassəsinə görə 3 qrupa bölünür.
1. Düz işıq cihazları-lampanın işıq selinin azı 90%-ni aşağı yönəldir.
2. Əksetmə işıq cihazları-işıq selinin azı 90%-ni yuxarıya tavana yönəldir. Bu
növ işıqlandırma göz qamaşmasına və kəskin kölgələnməni aradan qaldırır, lakin
qənaətçil olmadığına görə az tətbiq edilir.
3. Dağınıq işıq cihazları-işıq selini hər iki yarım kürəyə təxminən bərabər
miqdarda yönəldir.
Lüminessent lampalı işıqlandırıcılar düz işıq cihazlarıdır. Bürada gözlərin
qamaşmasını məhdudlaşdırmaq üçün ekranlayıcı şəbəkədən, şəffaf plastmas və ya
şüşədən, işıq yayıcılarından istifadə olunur.
İstehsalat
otaqlarının
işıqlandırılmasında
çoxlampalı
lümenesent
işıqlandırıcılardan geniş istifadə edilir. Az tozlanan və normal nəmlikdə istehsalat
otaqlarının işıqlandırılması üçün açıq tipli, çox tozlu və nəmli otaqlarda isə bağlı
tipli (toz və nəmlikdən mühafizə quruluşlu) işıqlandırıcılar işlədilir. Partlayış
təhlükəli otaqların işıqlandırılmasında partlayış mühafizəli cihazlar tətbiq edilir.
Közərmə lampalı işıqlandırıcıların otağın planında kvadratın küncləri üzrə
yerləşdirilməsi əlverişlidir. Lümenesent lampalı işıqlandırıcıları
isə diva rvə
pəncərələrə paralel sıralarlarla yerləşdirmək məsləhətdir. Açıq sahələrin
işıqlandırılmasında, işıqlandırılan səthlərin üstündə görülən işlərin şəraitinə görə
adi işıqlandırıcıların qurula bilmədiyi bütün hallarda projektor işıqlandırması tətbiq
edilir.
Dostları ilə paylaş: