Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


Elektrik cərəyanının canlı orqanizmə təsiri



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə51/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   47   48   49   50   51   52   53   54   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

Elektrik cərəyanının canlı orqanizmə təsiri 
Canlı orqanizmdən keçən elektrik cərəyanı ona termiki, elektrolitik və
bioloji təsir göstərir. 
Termiki təsir özünü bədəndə yanıqların, isitmənin əmələ gəlməsində və 
qan damarlarının zədələnməsində, ürəyin, beyinin və başqa orqanların həddindən 
artıq qızmasında biruzə verir ki, bunlar da həmin orqanlarda funksional
pozğunluqlara səbəb olur. 
Elektrolitik təsir özünü üzvi mayenin, o cümlədən qanın parçalanmasında 
göstərir, bu da onun tərkibinin, habelə bütövlükdə toxunmanın xeyli dərəcədə


pozulmasına səbəb olur. 
Bioloji təsir özünü başlıca olaraq, normal fəaliyyət göstərən orqanizmə 
xas olan və onun həyati funksiyları ilə sıx bağlı daxili bioelektrik proseslərin 
pozulmasında göstərir. Bioloji təsir nəticəsində orqanizmdə hüceyrələr
qıcıqlanır, əzələlər iflic olur. 
Eektrik cərəyanı ilə əlaqədar bədbəxt hadisələr iki yerə ayrılır. 
1. Elektrik zədəsi
2. Elektrik zərbəsi. 
Elektrik zədələri yanıq, elektik nişanı, dərinin metallaşması, mexaniki 
zədələnmələr və elektrooftalmiya formalarında ola bilir. Elektrik yanığı bədənin 
səthinin və ya daxili orqanların elektrik qövsünün və yaxud insanın bədənindən 
keçən böyük cərəyanların təsirilə zədələnməsidir. Cərəyan yanığı elektrik 
enerjisinin istilik enerjisinə çevrilməsinin nəticəsidir, bir qayda olaraq, bu dərinin 
yanmasıdır, çünki insanın dərisinin elektrik müqaviməti bədənin başqa 
toxumalarının müqavimətinə nisbətən dəfələrlə böyükdür. Elektrik nişanı insan 
bədəninin cərəyan daşıyan hissə ilə təmasda olduğu yerdə dərinin sarımtıl rəngli, 
qabar şəklində şişməsindən ibarətdir. Dərinin metallaşması isə elektrik 
cərəyanının təsirindən sıçrayan və buxarlanan (qaynaq zamanı və s.) hissəciklərin 
dərinin səthinə nüfuz etməsi nəticəsində əmələ gələn ləkələrdir. 
Elektrik cərəyanının təsirindən insanın huşunu itirməsi nəticəsində 
hündürlükdən düşdükdə və digər hadisələrdə aldığı zədələr elektrik cərəyanının 
təsirindən alınmış mexaniki zədələr adlanır. 
Elektrooftalmiya isə elektrik qövsü şüaları nəticəsində gözün aldığı 
zədələrə deyilir. Belə şüalanma elektrik qövsü (qısa qapanma) baş verdikdə 
mümkün ola biılər ki, bu da intensiv olaraq nəinki görünən işıq, həm də
ultrabənövşəyi və infraqırmızı şüalar buraxır. 
Elektrik cərəyanı əgər bütünlükdə orqanizmdən keçərsə və bu zaman
tənəffüs orqanları, ürək, sinir sistemi, digər üzvlər tam və ya qismən iflic olarsa, 
belə hadisəyə elektrik zərbəsi (şok) deyilir. Şokun iki fazası vardır. 
1. Təsirlənmə fazası 
2. Əsəb sisteminin tormozlanması və zəifləməsi fazası. 
İkinci fazada nəbz artır, nəfəsalma zəifləyir, ruh düşgünlüyü və huşu 
saxlanılmaqla ətraf mühitə qarşı tam laqeydlik halı yaranır. Şok halı bir neçə 
dəqiqədən sutkaya kimi davam edə bilər,bundan sonra orqanizm ölür. 
Elektrik cərəyanı ilə zədələnmənin nəticəsi aşağıdakı amillərdən asılıdır. 

cərəyanın gücündən 

insan və digər canlı orqanizmin müqavimətindən, 

gərginliyin miqdarından,

cərəyanın tezlik və növündən,

cərəyanın təsir müddətindən 

insanın fərdi xüsusiyyətlərindən, 

cərəyanın orqanizmdən keçmə yolundan,

ətraf mühitin vəziyyətindən. 
Elektrik cərəyanı ilə zədələndikdə əsas amillər cərəyanının insan 


bədənindən keçdiyi yol və onun təsir müddətiidir. Bununla əlaqədar olaraq
cərəyanın təsir xarakterinə görə onu 1 – ci cədvəldəki kimi qiymətləndirirlər. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin