Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


Elektromaqnit şüalanmaları və onlardan mühafizə



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə47/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   43   44   45   46   47   48   49   50   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

Elektromaqnit şüalanmaları və onlardan mühafizə 
Elektromaqnit dalğalarının enerjisindən istifadə edən sənaye sistemlərinin 
tətbiqi (məsələn, müxtəlif materialların termik emalında, radio və televiziya 


verlişlərində) mühitdə elektromaqnit dalğalarının yaranması ilə müşayiət olunur. 
Onların buraxıla bilən həddən yüksək səviyyələri peşə xəstəliklərinə səbəb olur.
Elektomaqnit sahələrinin mənbəyi induksiya dolaqları, generatorun ayrı-ayrı 
elementləri, transformatorlar, antenalar, yüksək gərginlikli elektrik xətləri
mühafizə quruluşları və avtomatikası, elektromaqnitlər və s. ola bilər.
Aşağı tezlikli (0,003 hs…30 khs) elektrik sahəsinin uzun müddətli təsirindən 
insanın mərkəzi sinir və ürək-damar sistemlərində funksional dəyişikliklər əmələ 
gəlir, elektrik sahəsinin yüksək gərginliyində həmçinin qanın tərkibi dəyişir.
Daha yüksək tezlikli elektromaqnit sahələrinin təsiri əsasən istilik və 
aritmiya effektləri ilə əlaqədardır. 
İnsan orqanizminə nüfuz edən elektromaqnit şüalanmalarının enerjisi istiliyə 
çevrilərək üzvlərin, toxumaların, hüceyrələrin yerli qızmalarına və bütünlüklə 
bədənin temperaturunun xeyli artmasına səbəb ola bilər.
Elektromaqnit sahəsinin rəqs tezliyi artdıqca insana bioloji təsiri də artır və 
ən güclü təsir ifrat yüksək tezlikli (300 Mhs…300 Qhs) diapazonlarında yaranır. 
Yüksək intensivlikli elektromaqnit şüalanmaları toxuma və üzvlərdə morfoloji 
dəyişikliklər yarada bilər (yəni həm onların strukturunu, həm də xarici görünüşünü 
dəyişə bilər). Ən ağır hallarda yanıqlar, ölgünləşmə, qansızma, hüceyrələrin 
strukturunun pozulması və s. mümkündür. Morfoloji dəyişikliklər periferik və 
mərkəzi sinir sisteminin toxumalarında daha çox müşahidə olunur. Bu cəhətdən 
desimetrik dalğaların sinir sisteminə təsiri daha güclüdür.
Görmə üzvlərinin marfoloji dəyişikliklərini xüsusən qeyd etmək lazımdır, bu 
dəyişikliklər həm yüksək intensivlikli qısa müddətli şüalanmalarda, həm də aşağı 
intensivlikli, lakin davamiyyətli şüalanmalarda yarana bilər. İmpulslu şüalanmalar 
gözlər üçün fasiləsiz şüalanmalara nisbətən daha təhlükəlidir. 
Kiçik intensivlikli elektomaqnit sahələrinin uzun müddətli xronik (istilik 
effekti yaratmayan) təsiri müxtəlif sinir və ürək-damar pozulmalarına səbəb olur 
ki, onlar baş ağrısı, yorulma, yuxunun pozulması, ürək ağrısı və s. şəkildə təzahür 
edir. Endokrin vəzilər sisteminin pozulması və qan tərkibinin dəyişməsi də 
mümkündür.
Elektromaqnit sahələrinin bioloji təsirindən yaranan funksional dəyişikliklər 
orqanizmidə yığıla bilər, lakin şüalanmaların təsiri kənar edildikdə və əmək şəraiti 
yaxşılaşdırıldıqda həmin dəyişikliklər bərpa olunur. Elektromaqnit şüalanmaların 
gərginliyi və enerji axınının sıxlığı buraxılabilən hədlərdən yüksək olduqda 
xidmətedici heyəti mühafizə etmək üçün aşağıdakı vasitələrdən və üsullardan 
istifadə edilməlidir.
1. qurğuların yükünü azaltmaq və güc uducularından istifadə etməklə 
elektromaqnit sahəsinin, gərginliyin və enerji axını sıxlığının azaldılması; 
2. iş yerinin ekranlaşdırılması
3. iş yerinin şüalanma mənbəyindən uzaqlaşdırılması; 
4. elektromaqnit enerjisini şüalandıran avadanlığın iş otaqlarında əlverişli 
yerləşdirilməsi; 
5. əlverişli iş rejimlərinin təyin edilməsi; 
6. xəbərdaredici siqnalizasiyanın tətbiqi; 
7. fərdi mühafizə vasitələrinin tətbiqi; 


Aşağı tezlikli və radioşüalanmalardan mühafizənin ən səmərəli və çox 
yayılmış üsullardan biri ekranlaşdırmadır. Ekranlar, bir qayda olaraq, elektrik 
keçiriciliyi yaxşı materiallardan (mis, latun, alüminium və onun ərintiləri, polad) 
hazırlanır.
Ekranın əsas göstəricisi onun səmərəliliyi, yəni elektromaqnit sahəsinin 
zəifləmə dərəcəsidir. Elektromaqnit şüalanmalarının rəqs tezlikləri artdıqca 
ekranlaşdırmanın səmərəliliyi artır. Ekran bütöv metal lövhədən və ya metal tordan 
ola bilər ki, o da mütləq yerləbirləşdirilməlidir. 
Elektromaqnit şüalanmalarından fərdi mühafizə vasitəsi kimi içərisində 
metal tellər yerləşdirilmiş parçadan hazırlanan iş paltarından, kombinizon, 
mühafizə eynəkləri və s. tətbiq edilir. Metallaşdırılmış parçadan hazırlanmış iş 
paltarından istifadə edəkən elektrik təhlükəsizliyi tədbirlərinə ciddi riayət 
edilməlidir.

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin