Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


Rəsmxət və xidmət əməyi kabinetlərində təhlükəsizlik tədbirləri



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə45/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   41   42   43   44   45   46   47   48   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

Rəsmxət və xidmət əməyi kabinetlərində təhlükəsizlik tədbirləri 
 
Rəsmxət və rəsm kabinetlərində görülən işlərin xarakterinə görə işıqlanma 
yüksək, havanın temperaturu və nəmliyi normal olmalıdır. Təbii işıqlanmadan 
başqa, həmçinin közərmə lampaları və yaxud da lümenessent lampalardan istifadə 
etmək olar. Sinif lövhəsi iki lampa vasitəsilə işıqlandırılmalıdır. 
Rəsmxət və rəsm kabinetlərində iş yerinin parametlərinin şagirdlərin 
antropometrik göstəricilərinə uyğun gəlməsinə riayət olunması çox vacib şərtdir ki, 
bu da şagirdin işçi vəziyyətinin və hərəkətlərinin effektliyini, səmərəliliyini və 
əlverişliliyini təmin edir. Nəticədə, statik və dinamik yüklənmələr, habelə bir sıra 
xəstəliklərin (radikulit, osteoxondoz və s) yaranma ehtimalı azalır. 
Rəsmxət kabinetlərində zədələnmələrin baş vermə səbəbləri bunlardır: 
rəsmxət alətləri (qayçılar, knopkalar, qələm təmizləyən bıçaqlar), ağır əşyaların 
düşməsi, çertyoj stolları arasındakı məsafələrin normadan kənara çıxması. 
Qrafiki işləri yerinə yetirərkən nizam-intizamlı və səliqəli olmalı, 
təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. 
Şagirdlər dərslərdə, əsasən oturaq vəziyyətdə olduqlarından, kiçik fasilələrdə 
fiziki hərəkətlər etmək sərfəlidir. 
Rəsmxət və rəsm kabinetində proyeksiya aparatından təlimatın tələblərinə 
uyğun surətdə istifadə etmək lazımdır. 
Xidmət əməyi kabinetlərində şagirdlər və tələbələr, əsasən parçanın emalı 
texnologiyası və kulinariya işləri üzrə praktik hazırlıq keçirlər. Bu kabinetlərə 
yüksək sanitar-gigiyenik tələblər verilir. Belə ki, hər şagird (tələbə) üçün 2...2,5m
2
sahə nəzərdə tutulmalı, işıqlanma lümenessent lampaları ilə 400 lk, közərmə 
lampaları ilə isə 200 lk olmalıdır. Kabinetdə havanın temperaturu ən azı 18°S, 
nəmliyi isə 40...60% həddində təmin olunmalıdır. 


Xidmət əməyi kabinetləri, adətən, binanın aşağı mərtəbələrində yerləşdirilir 
və səsuducu qurğularla təchiz olunması məqsədəuyğun sayılır. 
Parçanın emalı üzrə aparılan məşğələlərdə ən xarakterik zədələnmə 
növlərinə elektrik, mexaniki və termiki zədələnmələr aiddir. 
Elektrik zədələnmələri tikiş maşınında işləyərkən və ütüdən istifadə edərkən 
baş verir. Mexaniki zədələnmələrə iynə, qayçı və sancaqla işləyərkən alınan 
zədələnmələr aiddir. Termiki zədələnmələr isə parçanın nəmli-istilik rejimində 
emalı zamanı baş verir. 
Elektrik tikiş maşınları yerlə birləşdirilməlidir. Tikiş maşınında işləyən hər 
bir kəs aşağıdakı qaydalara riayət etməlidir: saçlarını baş geyimi altında yığmalı, 
xalatın yaxasını və qollarının manjetini bağlamalı, maşının hərəkət edən hissələrinə 
çox yaxın əyilməməli və s. 
Ütü ilə işləyən zaman onu şəbəkəyə qoşulmuş vəziyyətdə nəzarətsiz qoymaq 
olmaz, ütüləmə zamanı rezin ayaqaltı üzərində dayanmaq lazımdır. Utünü su ilə 
soyutmaq, habelə, onun isinməsini barmaqla yoxlamaq olmaz. 
İynə ilə ehtiyath davranmaq lazımdır. Onu ağıza almaq, paltara sancmaq, 
stolun üzərində saxlamaq, eləcədə paslı iynədən istifadə etmək yolverilməzdir. 
İynə və qayçılar onlar üçün aynlmış yerdə (qutuda) saxlanılmalıdır. 
Kulinariya kabinetlərində təlim keçən şagird və tələbələr sanitar-gigiyenik 
tələbləri, qızdırıcı plitələrdən, kəsici alətlərdən istifadə zamanı verilən tələbləri
habelə yanan mayelərdə davranış qaydalarmı bilməli və onlara əməl etməlidirlər. 
Bütün şagird və tələbələr təlim qabağı tibbi müayinədən keçməlidirlər. 
Şagirdlər və tələbələr xalat və əlcəklərdə işləməli, habelə yaş və boylarına 
uyğun olan alətlərdən istifadə etməlidirlər. 
Yaşı 15-ə kimi olan şagirdlərə ağır yükü qaldırmağa və daşımağa icazə 
verilmir. 
Hər bir yeni işə başlamazdan əvvəl rəhbər müəllim şagirdlərə təlimat keçir, 
düzgün iş priyomlarını göstərir,avadanlıqlardan təhlükəsiz istifadə qaydalarmı başa 
salır. 
Müəllim bütün iş prosesində iştirak etməli və texniki təhlükəsizlik 
qaydalarına əməl olunmasmı təmin etməlidir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin