Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə43/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   39   40   41   42   43   44   45   46   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

Mühazirə 10 
 
Laboratoriyalarda və tədris kabinetlərində
məĢğələ zamanı əmək təhlükəsizliyi 
 
 
Plan 
 
1. Tədris otaqlarının normativ ölçüləri və iş yerlərinin parametrləri 
2. Fizika, kimya, hesablama texnikası kabinetlərində təhlükəsizlik tədbirləri 
3. Rəsmxət və xidmət əməyi kabinetlərində təhlükəsizlik tədbirləri 


Tədris otaqlarının normativ ölçüləri və iş yerlərinin parametrləri 
Tələbə və şagirdlərin sağlam, təhlükəsiz iş və təhsil şəraitinin təminatı kabinə 
və laboratoriya otaqlarının ölçülərindən, orada olan sanitar-gigiyenik şəraitdən, 
habelə laboratoriya avadanlıqlarının yerləşdirilməsindən, tipindən də çox asılıdır. 
Tədris otaqlarında təlim şəraiti sənaye müəssələrinin sexlərində olan əmək 
şəraitindən fərqlənir. Belə ki, sexlərdə stasionar avadanlıq mühafizə örtüyü, 
qoruyucu qurğular və başqa muhafızə vasitələri ilə təmin olunur. Lakin belə 
stasionar şərait tədris laboratoriyalarında nəinki olmur, hətta, dərsin mövzusundan 
asılı olaraq tez-tez dəyişir. Bununla əlaqədar olaraq, orta və ali təhsil oçaqlarında 
otaqların sahə normaları nisbətən artırılmış qiymətdə götürülür. Standarta görə otaq 
sanitar gigiyenik tələblərə tam çavab verməlidir. Kabinetlərin (laboratoriyaların) 
sahəsi 54..72m
2
, (məsələn, fızika kabinetində 66m
2
) laborant otağının sahəsi ən azı 
15m
2
, hündürlüyü 3,3m olmalıdır. 
Ali təhsil oçaqlarında tədris və laboratoriya otaqlarının sahələri cədvəl 1-də 
göstərildiyi kimi olmalıdır. 
Cədvəl 1 
Tədris laboratoriya otaqlarının sahələri 
Otağın adı 
Sahəsi, m

Ölçü vahidi 
50-500 nəfərlik mühazirə otağı 
1,5...0,9 
1 yer 
25 nəfər üçün qrup otağı 

1 yer 
12 nəfər üçün yarımqrup otağı 
2,5 
1 yer 
25 nəfərlik tədris kabineti 
2,0...2,8 
1 yer 
Çertyoj zalı 
3,6 
1 yer 
Laboratoriyalar 
Fizika 
54 
12 yer 
Elektrotexnika 
90 
25 yer 
Hidravlika 
108 
25 yer 
Nasos 
36 
25 yer 
İstilik texnikası 
72 
12 yer 
İstilik maşınları 
90 
12 yer 
Ümumi kimya 
108 
25 yer 
Riyaziyyat 
90 
25 yer 
Linqafon kabinetləri 
36 
12 yer 
Fonozal 
72 
12 yer 
Auditoriya nəzdində preparator 
otağı 
0,25 
1 yer 
Qeyd: Tədris otaqlarının həcmi, havanın kondisiyalaşdırılması olmadığı 
hallarda, 1 adam üçün 4 kub metrdən az olmamalıdır.
Kabinet və laboratoriyalar standarta uyğun olan stol və stullarla təmin 
olunmalıdır. 


Kabinetlərdə (laboratoriyalarda) avadanlıqların yerləşdirilməsi elə olmalıdır ki, 
keçidlərin, eləcə də lövhənin birinci və axırıncı sıra stollardan məsafəsinin optimal 
qiymətləri cədvəl 2-də göstərilən normalara uyğun gəlsin. 
Cədvəl 2 
Tədris otaqlarında avadanlıqlar arasındakı məsafə 
Normalaşdırılan məsafə 
Məsafənin ən kiçik 
qiyməti, sm 
Stollar arasındakı məsafə (stulların yeri daxil olmaqla) 
70 
Audilor stolların kənarları arasındakı məsafə (50 
nəfərlik kabinet üçün) 
60 
Stollar arasındakı və divar boyu (keçid olmayan halda) 
məsafə 
10 
Müəllimin stolu ilə lövhə arasındakı məsafə 
90 
Nümayiş stolu ilə lövhə arasındakı məsafə 
100 
Kabinetlərdə lövhə ilə birinci sıra stollar arasındakı 
məsafə 
200 
Auditoriyalarda nümayiş stolu ilə birinci sıra arasındakı 
məsafə 
110 
Döşəmədən lövhənin aşağı hissəsinə qədər olan məsafə 
90 
Qeyd. Auditoriyalarda keçidlərin eni 1...1,8m; 200 yerliyə kimi auditoriyalarda 
yazı lövhəsinin eni -3m; 200 yerlikdən yuxarı -5m; tələbə və şagirdlər üçün 
skamyalar: eni 0,55m, oturacaqların hündürlüyü 0,45; stolun işçi müstəisinin ölçüsü 
1200xl600mm. 
Laboratoriya otaqlarında havanın temperaturu 40-60% nəmlikdə, 17-20°S 
olmalıdır. Otaqlardakı iş yerləri və keçidlər yaxşı işıqlandırılmalı, hər yerdə bərabər 
işıqlanma olmalıdır. Otaqlarda günəş işığının şüaları şagird və tələbələrin sol 
tərəfindən düşməlidir. Təbii işıqlanmanın gücləndirilməsi üçün pəncərələrdə gül 
dibçəklərinin qoyulması məsləhət deyil, bundan başqa pəncərələr ildə 3-4 dəfə, işıq 
lampaları isə ən azı 3 ayda 1 dəfə toz və çirkdən təmizlənməlidir, habelə 
lümenessent və adi közərmə lampalarını işıq səpələyici armaturasız istifadə etmək 
olmaz, çünki bu lampalar açıq tətbiq olunduqda göz qamaşdırıcı təsir göstərir. Belə 
halda insanın nəzəri parlaqlığı müxtəlif olan başqa cismə keçirsə, o səmti qısa 
müddətli itirə də bilər. Bu isə həm görmə orqanlarına mənfi təsir göstərir, həm də 
travmatizmə səbəb ola bilər. 
Tələbə və şagirdlərin işçi stollarına verilən dəyişən cərəyanlı gərginlik 42V-
dan, sabit cəryanh gərginlik isə 1l0V-dan artıq olmamalıdır. 
Kabinetin elektrik dövrəsinin şəbəkəyə qoşulması və açılması bir ümumi 
qoruyucu avtomatik açar vasitəsi ilə yerinə yetirilir. 
Qaz şəbəkəsi ilə təchiz olunmuş kabinetlərdə bir sıra təhlükəsizlik tədbirləri 
nəzərə alınmalıdır. Belə ki, qaz şəbəkəsi tamamilə kipləşdirilmiş, möhkəm 
bağlanmış halda olmalı, kipliyinin yoxlanılması mümkün olmalıdır. Qaz 


şəbəkəsində fərdi kranlardan başqa,qazın verilməsini dayandıran ümumi kran da 
olmalıdır. Uzunluğu 3m-dən artıq olmayan borulara xüsusi ştutserlər geydirilir. 
Tədris otaqlannm divarlarını aboy və kağızla örtmək olmaz, ağac divarları və 
tavanlan yağlı və nitroboyalarla rəngləmək olmaz. 
Kabinetlərdə, laboratoriyalarda və emalatxanalarda məşğələlərin aparılmasına 
dərs ilinin əvvəlində təhsil idarəsinin təşkil etdiyi komissiyanın verdiyi icazə 
aktından sonra yol verilir. Bu aktda şagird və tələbələrin iş yerlərinin əmək 
mühafizəsi üzrə normalara və onların yaş xüsusiyyətlərinə uyğun gəlməsi 
göstərilməlidir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin