Adətən, kabinetdə şagird üçün 4,4-5m
2
sahə nəzərdə tutulmalı, optimal
temperatur 17...21°S. havanın nəmliyi 40-60% və kabinetdə ventilyasiya sistemi
olmalıdır.
Yuxarı siniflərdə mikroprosessorla fasiləsiz işləmə müddəti 25-35 dəqiqədən
çox olmamalıdır. Fərdi kompüterlər üçün gərginlik 42B-dan çox olmamalıdır,
onlar üç ayda bir dəfə sınaqdan keçirilməlidir.
Şagirdlərə məşğələ zamanı kabinetdə gəzmək, maşınları açmaq, onlara tanış
olmayan düyməni basmaq qadağandır.
Maşınlarda nasazlıq aşkar edilərsə, onu söndürmək və bu haqda müəllimə
xəbər vermək lazımdır.
Kompüteri təcili olaraq aşağıdakı halda söndürmək lazımdır.
a)detallar qırıldıqda
b)elektrik avadanlığında nasazlıq aşkar edildikdə
c)iş zonasında yanğın baş verdikdə və s.
Zərərli və təhlükəli istehsalat amillərindən müdafiə tədbirlərindən biri də
maşınən və ya avadanlığın müəyyən məsafədən idarə olunması və bu işdə
robotlardan və ya avtomat manipulyatorlardan istifadə etməkdir.
Dostları ilə paylaş: