d) elmi tədqiqat müəssisələrinin, habelə ali məktəblərin elmi tədqiqat
bölmələrinin elmlər doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və
onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə
e) müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat
işləri aparan
elmi işçilərə və s.
42 təqvim günü müddətində illik məzuniyyət aşağıdakı işçilərə verilməlidir:
a) uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər
işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə;
b) metodika kabinetlərinin rəhbərlərinə və təlimatçılarına
c) məktəbyanı internatların tərbiyəçilçrinə
d) məktəbdən kənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə
e) musiqi müəllimlərinə
ə) elmi tədqiqat müəssisələrinin, habelə ali məktəblərin elmi tədqiqat
bölmələrinin elmlər namizədi elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və
onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə.
Əmək məcəlləsinin 119-cu maddəsinə görə yaşı 16-dan
az olan işçilərə
əmək məzuniyyəti 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35
təqvim günündən az olmayaraq verilir.
Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən
əlillərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir.
Əlavə məzuniyyətin müddəti
. Əmək məcəlləsinin 115 və 166-cı maddələrinə
uyğun olaraq əmək şəraitinə və əmək funksiyalarının xüsusiyyətlərinə görə əlavə
məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.
Əmək stajından asılı olaraq işçilərə:
a) 5 ildən 10 ilədək əmək stajı olduqda – 2 təqvim günü
b) 10 ildən 15 ilədək əmək stajı olduqda - 4 təqvim günü
c) 15 ildən çox əmək stajı olmaqla –- 6 təqvim
günü müddətində əlavə
məzuniyyət verilir.
Hamiləliyə və doğuşa görə məzuniyyətlər
. Əmək məcəlləsinin 125-ci
maddəsinə müvafiq olaraq aşağıdakı kimidir. Hamiləlik dövründə və doğuşdan
sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim
günü + doğüşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir.
Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı
məzuniyyət 70 təqvim günü müddətində verilir.
Kənd təsərrüfatı istehsalatında çalışan qadınlara hamiləliyə və doğuşa görə
məzuniyyət aşağıdakı müddətlərdə verilir.
a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70
təqvim günü və
doğuşdan sonra 70 təqvim günü)
b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və
doğuşdan sonra 86 təqvim günü).
c) iki və daha çox uşaq doğduqda 180 təqvim günü (doğuşdan əvvəl 70
təqvim günü və doğuşdan sonra 110 təqvim günü).
Ödənişsiz məzuniyyətlər
. Əmək məcəlləsinin 128-ci maddəsində ödənişli
məzuniyyətdən istifadə hüququ, 129-cu maddədə ödənişsiz məzuniyyətlərin
növləri; 130-cu maddədə işçilərin xahişi ilə verilən
ödənişsiz məzuniyyyətlərin
müddətləri nəzərdə tutulmuşdur. Əmək qanunvericiliyinə uyğun odənişsiz
məzuniyyətlərin müddəti işçinin əmək fəaliyyətinin xüsusiyyətinə və məqsədə görə
7 təqvim günündən 1 təqvim ayınadək müddətdə verilə bilər.
Əmək məzuniyyətinin verilmə qaydası
. Əmək məcəlləsinin 131-ci maddəsinə
uyğun olaraq aşağıdakı kimidir. İşçinin 1-ci iş ili üçün əmək məzuniyyəti hüququ
əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işləyəndən sonra əmələ gəlir.
İşçiyə 6 ay işlədikdən sonra 1-ci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında
işə götürənlə razılaşdırıldığı vaxtda verilə bilər. İşçiyə işin ikinci və sonrakı illəri
üçün əmək məzuniyyəti işə götürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda
verilə bilər.
Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün
əmək məzuniyyətindən aşağıdakı işçilərin istifadə etmək hüququ vardır.
a) qadınların hamiləliyə və doğuşa görə sosial
məzuniyyətindən bilavasitə
əvvəl, yaxud sonra;
b) 18 yaşına çatmamış işçilərin
c) müddətli hərbi xidmətdən buraxıldıqdan üç ay keçənədək işə götürülən
işçilərin;
d) əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin;
e) hərbi qulluqçu arvadının (ərinin);
f) təhsil müəssisələrində oxuyan şəxslərin;
g) əlillərin;
Əmək məzuniyyətlərinin verilməsində növbəlik
. Əmək məcəlləsinin 133-cü
maddəsinə uyğun müəyyən edilir. Burada istehsalın və işin normal gedişini
tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək
məqsədilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin
verilməsi üçün
növbətçilik cədvəlləri tərtib edilə bilər. Əmək məzuniyyətlərinin verilmə növbəsi
həmkarlar ittifaqı təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işə
götürən tərəfindən təsdiq edilir.
Aşağıdakı işçilərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan
vaxtda verilə bilər.
a) yaşı 18-dən aşağı olan işçilər;
b) işləməklə yanaşı təhsil alan şəxslər;
c) 14 yaşınadək iki və daha çox uşağı və ya 16 yaşınadək əlil uşağı olan
qadınlara;
d) əlillərə;
e) hərbi qulluqçunun arvadına (ərinə) və s.
Dostları ilə paylaş: