Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/66
tarix27.12.2023
ölçüsü5,01 Kb.
#198887
1   ...   16   17   18   19   20   21   22   23   ...   66
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirələr)

MÜHAZĠRƏ 5 
 
Ġstehsalat zədələnmələri və peĢə xəstəlikləri 
PLAN
 
1.Zədələnmələrin əsas səbəbləri 
2.İstehsalat zədələnmələrinin uçotu və təhqiqi 
3.İstehsalat zədələnmələri və peşə xəstəliklərinin göstəriciləri 
4.Zədələnmələrin təhlili üsulları 
5.Zədələnmə və peşə xəstəliklərinin maddi nəticələri 
Zədələnmələrin əsas səbəbləri
Müəssisənin təsərrüfat sahələrinin xüsusiyyətlərindən, zərərli və təhlükəli 
amillərindən asılı olaraq işçilərdə yaranan müxtəlif növ travmalar üç növə bölünür: 
İstehsalat travması, peşə xəstəliyi və peşə zəhərlənməsi.
İstehsalat travması
. Qəfil xarici təsir nəticəsində insan orqanizmində 
toxumaların ani olaraq zədələnməsi və ya üzvlərin öz fizioloji funksiyasını 
dəyişməsi travma adlanır. Travmalar, adətən təhlükəli amillərin insana qısa 
müddətli təsiri nəticəsində baş verir. “Travma” – yunan sözü olub, zədələnmə, 
xəsarət alma, əzilmə, qırılma və s. mənasında işlədilir. İstehsalatda əmək 
təhlükəsizliyi qaydalarının pozulması nəticəsində mexaniki zədələnmədən, elektrik 
cərəyanının təsirindən, kimyəvi zəhərlənmədən radioaktiv şüalanmadan, qeyri 
normal əmək şəraitindən alınmış zədə istehsalat travması və bədbəxt hadisə 


adlanır. 
Peşə xəstələnmələri
. Əmək prosesində əmələ gələn zərərli istehsalat 
amillərinin işçinin orqanizminə uzun müddət təsiri onun sağlamlığının 
pozulmasına səbəb olur. Bununla müəyyən iş üçün səciyyəvi olan zərərli istehsalat 
amillərinin təsiri nəticəsində inkişaf edən xəstəlik – peşə xəstəliyi yaranır.
Peşə zəhərlənməsi
. Peşə xəstəliyinin xüsusi halıdır. Peşə zəhərlənmələri 
şiddətli və xronik formada ola bilər. İstehsalat prosesində zəhərli preparatlardan 
ayrılan hissəciklərin insan orqanizminə təsiri nəticəsində zəhərlənmə baş verir. 
İstehsalat zərərçəkmələri və peşə xəstəliklərinin əsas səbəblərini aşağıdakı 
altı qruppa ayırmaq olar:
a) texniki səbəblər – texnoloji proseslərin qeyri mükəmməlliyi; maşın və 
mexanizmlərin, avadanlığın, təchizat və alətlərin konstruktiv nöqsanları; 
çəpərlərin, qoruyucu qurğuların siqnal və bloklama vasitələrinin qeyri-
mükəmməlliliyi, 
nasazlığı; 
ağır 
və 
təhlükəli 
işlərin 
lazımi 
qədər 
mexanikləşdirilməməsi; material və konstruksiyaların qüsurları, maşınlarda 
gözlənilmədən alınan qüsurlar və s.
b) təşkilati səbəblər – istehsalat işlərinin düzgün təşkil edilməməsi; əmək 
intizamı qaydalarının pozulması; işçilərə əmək mühifizəsi qaydalarının və 
öyrətmələrinin düzgün aparılmaması; avadanlıq və alətlərin istismar qaydalaranın 
pozulması; işçilərin fərdi mühafizə vasitələri ilə kifayət qədər təmin edilməməsi; iş 
yerinin təşkilində nöqsanlar və.s.
c) sanitar gigiyenik səbəblər – iş zonasının havasında zərərli qarışıqların 
qatılığının buraxılabilən həddən artıq olması; əlverişsiz işıqlandırma, səs-küy və 
titrəyişlər; qeyri normal meteroloji şərait; şəxsi gigiyena qaydalarının pozulması, 
ventilyasiya sistemində qüsurların olması.
ç) psixofizioloji səbəblər – yorğunluq, diqqətsizlik, yaddaşın zəifləməsi, 
gözlənilmədən keçirilən fizioloji hallar, orqanizmdəki qüsur və çatışmamazlıqlar 
və.s.
d) yanğın səbəbləri – yanğın təhlükəsizliyi qaydalarının pozulması; 
yanğından təhlükəli materialların saxlanılması qaydalarının pozulması; 
materialların öz-özünə alışması; texnoloji proseslərdə yanğın təhlükəsizliyi 
rejiminin pozulması. 
e) maddi səbəblər – təbii fəlakətlərin (məsələn, sel,zəlzələ, ildırım vurması, 
körpünün uçması və .s) baş verməsi. 
İstehsalatda baş verən bədbəxt hadisələrin qarşısını almaq məqsədilə 
aşağıdakı tədbirlərin görülməsi və həyata keçirilməsi lazımdır:
1. İşçilərin müvafiq qaydada təlimatlandırılması
2. Görüləcək işin xüsusiyyətlərinə görə işçilərə təhlükəsiz iş üsullarının 
öyrədilməsi. 
3. Maşınlar üzərində yazıların və təhlükəli iş yerlərinin hasarlanmasının 
təşkili. 
4. İş yerlərində fırlanan hissələrin olması ilə əlaqədar yerlərdə mühafizə 
örtüklərinin və çəpərləmənin qoyulması. 
5. Təhlükənin xəbərdarlığı məqsədi ilə əyani təbliğat vasitələrindən 
(plakatlardan, yazılardan) istifadə etmək. 


6. Fərdi mühafizə vasitələrindən və qoruyucu ləvazimatlardan istifadə 
etmək. 
7. Avtomatik açma qurğularından, siqnal sistemindən və uzaqdan işarə 
vasitələrindən istifadə etmək. 
8. Elektirik avadanlıqlarının gövdəsinin yerlə birləşdirilmə konturu və 
sıfırlama sistemini tələbata uyğun təmin etmək. 
9. Qüvvədə olan əmək mühafizəsi təhlükəsizlik texnikası, istehsalat 
sanitariyası və yanğın təhlükəsizliyi tələblərini müntəzəm olaraq təbliğ etmək. 
10.İşçi yerlərini və istehsalat proseslərini elmi əsaslara uyğun təşkil etmək 
və s. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin