Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/66
tarix27.12.2023
ölçüsü5,01 Kb.
#198887
1   ...   24   25   26   27   28   29   30   31   ...   66
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirələr)

Havanın hərəkət sürəti.
Havanın hərəkəti öz sürətindən asılı olaraq insan 
orqanizminə müxtəlif dərəcədə təsir göstərir. Havanın hərəkəti zamanı bədən 
səthindən istiliyin aparılması bəzən eyni temperaturlarda kəskin sürətdə fərqlənir. 
İnsan bədənini əhatə edən havanın temperaturu az və hərəkət sürəti çox olarsa
bədən səthindən istiliyin hava ilə aparılması daha çox olur. Bu da insan bədəninin 
soyumasına və nəticədə soyuqdəymə xəstəliyinə səbəb olur. 
Havanın sürəti müxtəlif cihazlarla ölçülür: 
a)
29
0
C temperaturda və kiçik sürətlərdə katatermometrlərdən (şəkil 2);
b)
0,3 m/san – dən yuxarı sürətdə ACO-3 tipli anemometrlərdən;
c)
Böyük sürətlərdə isə fincanlı anemometrlərdən (şəkil3) istifadə edilir. 
Katatermometrlər genişləndirilmiş yuxarı hissədən və kürədən, yaxud 
silindirşəkilli tutum 
və kapillyardan 
ibarətdir. 
Havanın sürətinin 
katatermometrlərlə ölçülməsi prinsipi spirt tutumu ilə onu əhatə edən havanın 
doyması arasındakı asılılığa əsaslanır. Bu cihazla havanın sürətini ölçmək üçün 
katatermometrin spirtli tutumu temperaturu 60-70
0
C olan suya salınır və suda o 
vaxta qədər saxlanılır ki, rəng qatılmış spirt cihazın yuxarı tutumunun yarısına 
qədər qalxmış olsun. 
Katatermometri qurulayıb asdıqdan sonra spirtin düşmə xəttini 38-35
0

intervalında qeyd etmək lazımdır. Bu intervalda temperatur istiliyin verilməsi 
hesabına azalır. 
Cihazın soyuma sürəti otaq havasının sürətindən və temperaturundan asılıdır 
ki, bunu təyin etmək üçün havanın soyutma qüvvəsini hesablamaq lazımdır: 



0418
,
0
2
1




t
t
H

burada 

- aşağı tutumu 1
0
C- yə qədər soyutduqda istilikvermə miqdarının 
göstəricisi olan cihazın əmsalı, C/sm
2

0

1
t
və 
2
t
- katatermometrin göstərişinin başlanğıc və son temperaturu, 
0
C. 

- soyutma vaxtı, san. 


Şəkil 3. Finçanlı anemometr 
Şəkil 2. Katatermometr
a- silindirli; b- kürəli
Hava axını 0,3m/san sürətindən yuxarı olduqda isə qanadlı anemometrlərdən 
istifadə edilir. Bu əl çihazı pərləri alüminium və ya slyudadan hazırlanmış yüngül 
çarxdan, oxdan, yivdən və bir sıra dişli çarxlar vasitəsilə hərəkəti əqrəblərə ötürən 
sistemdən ibarətdir. Çihazın əqrəbləri hava axınının kecdiyi yolu (təklik, onluq, 
yüzlük, minlik, onminlik və yüzminlik) metrlərlə göstərir. 
Hava axınının böyük sürətlərində fincanlı anemometrlər işlədilir. Cihaz xac 
şəklində bərkidilmiş və şaquli ox üzərində hərəkət edən dörd yarımkürədən 
ibarətdir. Hava axını həmin yarımkürələrin çökək tərəflərində daha çox təzyiq 
yaradaraq xacı fırlanmağa məcbur edir. Fırlanma hərəkəti dişli çarxlar vasitəsilə 
anemometrin əqrəblərinə ötürülür. 
Fincanlı anemometr elə qurulmalıdır ki, cihazın oxu hava axını istiqamətinə 
perpendikulyar olsun, hava axını fincana və ya qanadlara dəysin və cihaz ölçü 
aparılan bütün hallarda hava axınına qarşı eyni vəziyyətdə qalsın. 
Anemometrlə havanın hərəkət sürəti 
bölgü/san
ilə ölçülür. Təcrübə müddəti
2- 4 dəq
olmalıdır.Ölçü aparıldıqda cihazın sonuncu göstərişindən birincisini çıxıb 
fərqləri toplamaq və alınan rəqəmləri təcrübə müddətinə (san) bölmək lazımdır:
san
ü

t
t
t
t
n
c
b
a
n
c
b
a
lg
...
...











Alınan qiymətə görə cihazın cədvəlindən sürətin həqiqi qiyməti (m/san) 
tapılır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin