sahəsinin monoqrafık təhlilində texniki tədqiqat vasitələrindən (mühiti xarakterizə
edən amillərın öiçülməsi, alətlərin sınağı)
də istifadə edilir, nəticədə bədbəxt
hadisələrin səbəblərini aradan qaldırmaq üçün tədbirlərin görülməsinə imkan
yaranır.
İqtisadi üsul
zədələnmələrin iqtisadi ziyanını təyin etməkdən ibarətdir. Bu
üsul müəssisənin əməyin mühafızəsi tədbirlərinə çəkdiyi xərclərin iqtisadi
səmərəsini təyin etməyə imkan verir.
Erqonomik üsul
“insan-maşın-istehsalat mühiti” sisteminin kompleks halda
öyrənilməsinə əsaslanır. Bu üsulda insanın fızioloji, psixo-fizioloji və şəxsi (əqli)
keyfıyyətlərinin, onun əmək fəaliyyətinin növünə uyğunluğu tədqiq edilir. İnsanın
göstərilən xassələrinin konkret iş fəaliyyətinə tam uyğunluğu şəraitində əmək
səmərəli və təhlükəsiz olur. Bunun qeyri-uyğunluğu
isə bədbəxt hadisəyə səbəb
ola bilir.
Psixofizioloji təhlil
üsulunda zədələnmələrin fizioloji, psixoloji və sosial
səbəbləri birlikdə öyrənilir. Bu üsulun tətbiqi üçün “istehsalat zədələnmələrinin
xüsusi təhqiqat və təhlil xəritəsi” tərtib edilir. Xəritənin doldurulmasında
təhlükəsizlik texnikası mühəndisi,
iş rəhbəri, hadisənin şahidləri, fızioloq və ya
psixoloq, tibb işçiləri iştirak edir.
Zədələnmə və peşə xəstəliklərinin maddi nəticələri
İnsanın işləmə qabiliyyəti istehsalatın əçək şəraitindən bilavasitə asılıdır.
Əmək şəraitinin qeyri-normal vəziyyəti texnoloji proses rejiminin pozulmasına,
əmək məhsuldarlığı və hazır məhsulun keyfiyyətinin azalmasına, istehsalat
xəstələnmələri və travmatizmin artmasına, habelə, vəsait itkilərinin əmələ
gəlməsinə səbəb olur. Bunların nəticəsində müəssisəyə
böyük məbləğdə iqtisadi
ziyan dəyir.
Pis əmək şəraitinin nəticəsində yaranan xəstəlik və travmatizmlə əlaqədar
əmələ gələn itkilərin təhlil və hesabatından sonra əldə edilən nəticələri nəzərə
almaqla əmək mühafizəsi sahəsində tədbirlər planı hazırlanır. Bundan sonra
işlənmiş tədbirlərin tətbiq edilməsi sahəsində lazımi işlər aparılır. Əmək
mühafizəsi üzrə tədbirlərin tətbiqi nəticəsində hər bir işçinin orta illik
məhsuldarlığı artır, sosial sığortalanmaya çəkilən xərclərə
qənaət olunur və əmək
itkisi azalır.
İstehsalat xəstələnmələri və zədələnmələri ilə əlaqədar müəssisəyə dəyən
ümumi itkinin cəmi aşağıdakı kimi tapılır:
man
x
t
:
burada
- istehsalat xəstələnmə və zərərçəkmələrindən əmələ gələn
itkilərin ümumi cəmi, man.
t
- travmalarla əlaqədar itkilərin cəmi, man.
x
- xəstəliklərlə əlaqədar itkilərin cəmi: man.
Hər bir zərərçəkmələrin nəticəsində yaranan itkilərin tam cəmi C - aşağıdakı
düsturla hesablanır.
9
8
7
6
5
4
3
2
1
C
Ñ
C
C
C
C
C
C
C
C
burada
C
1
- ambulatoriya müalicəsinin qiyməti, man;
C
2
- kliniki müalicənin qiyməti, man;
C
3
- müalicə dövründə verilmiş əmək haqqı, man;
C
4
- bülletenlə alınan puldan tutulmayan verginin, miqdarı.
C
5
- bülletenlə işçiyə verilən pul, man;
C
6
- bədbəxt hadisənin tədqiq edilməsi xərci, man;
C
7
- hadisə nəticəsində xarab olmuş avadanlığın qiyməti və ya onun təmirinə
çəkilən xərc, man;
C
8
- travma (zərərçəkmə) nəticəsində alınmayan məhsulun ümumi dəyəri,
man.
C
9
– müalicədən qayıdan zərərçəkmiş şəxsin müvəqqəti yüngül işə
keçirilməsi ilə əlaqədar müəssisəyə dəyən ziyandır, man.
İş şəraitinin pisliyi nəticəsində baş
vermiş zədələnmələrdən və
xəstələnmələrdən əmələ gələn itgilərin hesabatı aparılır, nəticəsi analiz edildikdən
sonra bu analizin nəticəsi nəzərə alınmaqla əmək mühafizəsi üzrə tədbirlər planı
işiənib hazırlanır.
Bundan sonra işlənib-hazırlanmış tədbirlər həyata keçirilir, nəhayət ən azı
bir il yeni həm yaxşılaşdırılmış, həm də təhlükəsizləşdirilmiş iş şəraitində
işlədikdən sonra əmək mühafızəsi üzrə tədbirlərin iqtisadi səınərəliliyinin hesabatı
aparılır.
Ümumi qənaət Q aşağıdakı düsturla təyin ediür.
2
1
Q
,
man
burada
1
- tədbirlərdən əvvəl travma və xəstələnmələrdən baş verən itki,
man.
2
- əmək mühafızəsi tədbirləri həyata keçirildikdən
sonra travma və
xəstələnmələr nəticəsində itkilər; man.
Təhlükəsiz iş şəraitinin tətbiqinin səmərəliliyinin hesabatının nəticələri və
travmatizmin, xəstələnmələrin iqtisadi nəticələri hər il mütəxəssislərlə müzakirə
olunmalı, nəticədə buraxılan nöqsanlar aradan qaldırılmalı və gələcəkdə əmək
mühafızəsi tədbirlərini daha səmərəli planlaşdırmağa zəmin yaradılmalıdır.
Əmək mühafizəsi tədbirlərinin tətbiqi hər işçiyə düşən orta illik məhsul
istehsalını artırmaqla bərabər, maddi təminat xərclərinə qənaət edilməsinə və əmək
itkilərinin azaldılmasına səbəb olur.
Dostları ilə paylaş: