Əməyin mühafızəsi sahəsində rolu az
olmayan təlimatlar hər bir
müəssisənin özündə həmin müəssisənin həmkarlar təşkilatı ilə birlikdə hazırlanır
və təsdiq olıunur. Əməyin mühafizəsi sahəsində qanunvericilik aktlarına uyğun
olaraq nazirliklər, baş idarələr,
dövlət konsernləri, assosiasiyalar və birliklərdə
sahə həmkarlar ittifaqları təşkilatının mərkəzi komitələri ilə birlikdə təlimatlar
hazırlayır və onu təsdiq edirlər. Bundan başqa müəssisələrdə işçilərə əmək
təhlükəsizliyinin öyrədilmə növləri və qaydaları,
əmək təhlükəsizliyinin
öyrədilməsi barədə DÜİST 12.0.004-89 əsasında müəyyən edilir. Qüvvədə olan
normativ sənədlərə və əsasnaməyə uyğun olaraq müəssisə və təşkilatlarda işə
qəbul edilənlər əməyin təhlükəsizliyi üzrə təlimatlandırılmalı və işləyənlər ixtisas
dərəcələrini artırmalıdırlar. Əlavə təhlükəsizlik şərtləri tələb edən işlərdə çalışan
işçilər
xüsusi proqramla öyrədilir, imtahan verir və həmin işləri aparmaq hüququ
verən vəsiqə alırlar.
Əməyin mühafızəsinin təşkilində işəgötürənin (müdiriyyətin) ən başlıca
vəzifələrindən biri mövcud qaydalarla işçiləri tanış etməkdən ibarətdir. İşəgötürən
işçini işə qəbul edərkən, onu təhlükəsizlik texnikası, istehsalat sanitariyası, eləcə
də yanğından mühafızə qaydaları ilə tanış etməlidir. Həmin tanışlıq qanunvericilik
əsasında rəsmiləşdirilir.
Nəzərdə tutulan qaydalarla tanışlıq, yaxud izahat işlərinin vacib və zəruriliyi
haqqında
kollektiv müqavilələrdə, habelə digər normativ sənədlərdə xüsusi
göstərişlər vardır.
Əmək təhiükəsizliyi standartlar sistemi DÜİST 12.0.004-89 və digər
normativ hüquqi aktlara uyğun işçilərə keçilən təlimatların növləri aşağıdakılardır:
1.
Giriş təlimatı;
2.
İş yerinə görə (peşə üzrə) təlimat:
3.
Təkrar təlimat;
4.
Növbədənkənar təlimat;
5.
Məqsədli təlimat.
Müəssisədə işə yeni qəbul edilən bütün işçilərə,
o cümlədən müvəqqəti və
mövsümi işlər, ezamiyyətə gəlmiş şəxslərə, istehsalat təcrübəsinə göndərilmiş
şagird və tələbələrə təhsilindən, iş stajından və vəzifəsindən asılı
olmayaraq
təhlükəsizlik texnikası üzrə giriş təlimatı keçilməlidir.
Giriş təlimatı
dedikdə yeni işə qəbul olunan və başqa işə keçirilən işçi ilə
fərdi olaraq aparılan təlimat nəzərdə tutulur. Giriş təlimat işçilərlə tək-tək, yaxud
qrup halında söhbət, mühazirə formasında aparılır. Giriş təlimatını əmək
mühafızəsi mühəndisinin iştirakı ilə uyğun sahənin baş mütəxəssisi keçir.
Giriş təlimatının xüsusi təşkil edilmiş əmək mühafızəsi
kabinetində
aparılması nəzərdə tutulur. Giriş təlimatı aparıldıqdan sonra əmək
qanunvericiliyinə uyğun olan jurnal və şəxsi vərəqə formalarında sənədləşdirilərək
rəsmiləşdirilir.
Giriş təlimatı zamanı təlimatı keçən təlimat alan işçilərə aşağıdakı
məsələləri başa salır: müəssisənin daxili əmək intizamı qaydalarını; sanitariya-
gigiyena, təhlükəsizlik texnikası, əmək haqqından ümumi qaydaları; müəssisə
ərazisində özünü gözləmək qaydalarını; zərər çəkən şəxslərə ilk yardım göstərmək
qaydalarını; baş vermiş hadisənin bir neçəsinin səbəbini və təhlilini izah etmək və
s..
Giriş təlimatı sənədləşdirildikdən sonra işçi əvvəlcədən müəyyən olunmuş iş
yerinə (sex, sahə) göndərilir.
Dostları ilə paylaş: