Tədris otaqlarının normativ ölçüləri və iş yerlərinin parametrləri
Tələbə
və şagirdlərin sağlam, təhlükəsiz iş və təhsil şəraitinin təminatı kabinə
və laboratoriya otaqlarının ölçülərindən, orada olan sanitar-gigiyenik şəraitdən,
habelə laboratoriya avadanlıqlarının yerləşdirilməsindən, tipindən də çox asılıdır.
Tədris otaqlarında təlim şəraiti sənaye müəssələrinin
sexlərində olan əmək
şəraitindən fərqlənir. Belə ki, sexlərdə stasionar avadanlıq mühafizə örtüyü,
qoruyucu qurğular və başqa muhafızə vasitələri ilə təmin olunur. Lakin belə
stasionar şərait tədris laboratoriyalarında nəinki olmur, hətta,
dərsin mövzusundan
asılı olaraq tez-tez dəyişir. Bununla əlaqədar olaraq, orta və ali təhsil oçaqlarında
otaqların sahə normaları nisbətən artırılmış qiymətdə götürülür. Standarta görə otaq
sanitar gigiyenik tələblərə tam çavab verməlidir. Kabinetlərin (laboratoriyaların)
sahəsi 54..72m
2
, (məsələn, fızika kabinetində 66m
2
) laborant otağının sahəsi ən azı
15m
2
, hündürlüyü 3,3m olmalıdır.
Ali təhsil oçaqlarında tədris və laboratoriya otaqlarının sahələri cədvəl 1-də
göstərildiyi kimi olmalıdır.
Cədvəl 1
Tədris laboratoriya otaqlarının sahələri
Otağın adı
Sahəsi, m
2
Ölçü vahidi
50-500 nəfərlik mühazirə otağı
1,5...0,9
1 yer
25 nəfər üçün qrup otağı
2
1 yer
12 nəfər üçün yarımqrup otağı
2,5
1 yer
25 nəfərlik tədris kabineti
2,0...2,8
1 yer
Çertyoj zalı
3,6
1 yer
Laboratoriyalar
Fizika
54
12 yer
Elektrotexnika
90
25 yer
Hidravlika
108
25 yer
Nasos
36
25 yer
İstilik texnikası
72
12 yer
İstilik maşınları
90
12 yer
Ümumi kimya
108
25 yer
Riyaziyyat
90
25 yer
Linqafon kabinetləri
36
12 yer
Fonozal
72
12 yer
Auditoriya nəzdində preparator
otağı
0,25
1 yer
Qeyd: Tədris otaqlarının həcmi, havanın kondisiyalaşdırılması olmadığı
hallarda, 1 adam üçün 4 kub metrdən az olmamalıdır.
Kabinet və laboratoriyalar standarta uyğun olan stol və stullarla təmin
olunmalıdır.
Kabinetlərdə (laboratoriyalarda) avadanlıqların yerləşdirilməsi elə olmalıdır ki,
keçidlərin, eləcə də lövhənin birinci və axırıncı sıra stollardan məsafəsinin optimal
qiymətləri cədvəl 2-də göstərilən normalara uyğun gəlsin.
Cədvəl 2
Tədris otaqlarında avadanlıqlar arasındakı məsafə
Normalaşdırılan məsafə
Məsafənin ən kiçik
qiyməti, sm
Stollar arasındakı məsafə (stulların yeri daxil olmaqla)
70
Audilor stolların kənarları arasındakı məsafə (50
nəfərlik kabinet üçün)
60
Stollar arasındakı və divar boyu (keçid olmayan halda)
məsafə
10
Müəllimin stolu ilə lövhə arasındakı məsafə
90
Nümayiş stolu ilə lövhə arasındakı məsafə
100
Kabinetlərdə lövhə ilə birinci sıra stollar arasındakı
məsafə
200
Auditoriyalarda nümayiş stolu ilə birinci sıra arasındakı
məsafə
110
Döşəmədən lövhənin aşağı hissəsinə qədər olan məsafə
90
Qeyd. Auditoriyalarda keçidlərin eni 1...1,8m; 200 yerliyə kimi auditoriyalarda
yazı lövhəsinin eni -3m; 200 yerlikdən yuxarı -5m;
tələbə və şagirdlər üçün
skamyalar: eni 0,55m, oturacaqların hündürlüyü 0,45; stolun işçi müstəisinin ölçüsü
1200xl600mm.
Laboratoriya otaqlarında havanın temperaturu 40-60% nəmlikdə, 17-20°S
olmalıdır. Otaqlardakı iş yerləri və keçidlər yaxşı işıqlandırılmalı, hər yerdə bərabər
işıqlanma olmalıdır. Otaqlarda günəş işığının şüaları şagird və tələbələrin sol
tərəfindən düşməlidir. Təbii işıqlanmanın gücləndirilməsi üçün pəncərələrdə gül
dibçəklərinin qoyulması məsləhət deyil, bundan başqa pəncərələr ildə 3-4 dəfə, işıq
lampaları isə ən azı 3 ayda 1 dəfə
toz və çirkdən təmizlənməlidir, habelə
lümenessent və adi közərmə lampalarını işıq səpələyici armaturasız istifadə etmək
olmaz, çünki bu lampalar açıq tətbiq olunduqda göz qamaşdırıcı təsir göstərir. Belə
halda insanın nəzəri parlaqlığı müxtəlif olan başqa cismə keçirsə, o səmti qısa
müddətli itirə də bilər. Bu isə həm görmə orqanlarına
mənfi təsir göstərir, həm də
travmatizmə səbəb ola bilər.
Tələbə və şagirdlərin işçi stollarına verilən dəyişən cərəyanlı gərginlik 42V-
dan, sabit cəryanh gərginlik isə 1l0V-dan artıq olmamalıdır.
Kabinetin elektrik dövrəsinin şəbəkəyə qoşulması və açılması bir ümumi
qoruyucu avtomatik açar vasitəsi ilə yerinə yetirilir.
Qaz şəbəkəsi ilə təchiz olunmuş kabinetlərdə bir sıra təhlükəsizlik tədbirləri
nəzərə alınmalıdır. Belə ki, qaz şəbəkəsi
tamamilə kipləşdirilmiş, möhkəm
bağlanmış halda olmalı, kipliyinin yoxlanılması mümkün olmalıdır. Qaz
şəbəkəsində fərdi kranlardan başqa,qazın verilməsini dayandıran ümumi kran da
olmalıdır. Uzunluğu 3m-dən artıq olmayan borulara xüsusi ştutserlər geydirilir.
Tədris otaqlannm divarlarını aboy və kağızla
örtmək olmaz, ağac divarları və
tavanlan yağlı və nitroboyalarla rəngləmək olmaz.
Kabinetlərdə, laboratoriyalarda və emalatxanalarda məşğələlərin aparılmasına
dərs ilinin əvvəlində təhsil idarəsinin təşkil etdiyi komissiyanın verdiyi icazə
aktından sonra yol verilir. Bu aktda şagird və tələbələrin iş yerlərinin əmək
mühafizəsi üzrə normalara və onların yaş xüsusiyyətlərinə uyğun gəlməsi
göstərilməlidir.
Dostları ilə paylaş: