Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


Səs-küydən fərdi mühafizə vasitələri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/66
tarix27.12.2023
ölçüsü5,01 Kb.
#198887
1   ...   33   34   35   36   37   38   39   40   ...   66
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirələr)

Səs-küydən fərdi mühafizə vasitələri 
İş yerlərində səs-küyün əhəmiyyətli dərəcədə azaldılması mümkün 
olmadıqda fərdi mühafizə vasitələrindən istifadə edilir. 
Səs-küyə qarşı tətbiq edilən fərdi mühafizə vasitələrinə tıxac, qulaqlıq və 
başlıq formalarında tətbiq edilən antifonlar aiddir. 
Ən sadə və ucuz vasitə qulağın eşitmə kanalına qoyulan tıxaclardır.Yumşaq 
tıxaclar mum, qliserin, vazelin hopdurulmuş pambıqdan və ya digər nazik lifdən 
ibarətdir. Sərt tıxaclar konus formalı ebonitdən, rezindən hazırlanır. Tıxaclar səs-
küyü 5....20 db azaltmağa imkan verir, amma bəzən insanda narahatlıq hissi 
yaradır.
Qulaqlıqlar qulaq seyvanını xaricdən kip əhatə edir və qövsvari yay 
vasitəsilə yerində dayanır. Bunlar yüksək tezlikli səs-küyə qarşı səmərəlidir və səs 
səviyyəsini 10...40 db azaltmağa imkan verir.
Tıxac və qulaqlıqlar yüksək səviyyəli ( 

120 db) səs-küydən insanı lazımı 
qədər mühafizə edə bilmir, çünki bu zaman səs-küy bilavasitə beyinə təsir göstərir. 
Bu halda həm qulaq seyvanını, həm də başın çox hissəsini kip örtən başlıqlardan 
istifadə edilir.
 
Titrəyişlərin insan orqanizminə təsiri
 
Bərk cisimlərin mexaniki rəqsləri titrəyiş adlanır. İnsan bədəni tezliyi 
12...2000 Hs olan mexaniki rəqsləri hiss edir . Bu rəqslərin təcili 40..50 sm/san
2
olduqda insanda xoşagəlməz təəssürat yaranır. 
Titrəyişlər insan orqanizminə titrəyən cisimlə təmas zamanı keçir. İnsanın 
bədəni mexaniki rəqsləri yaxşı keçirdiyi üçün titrəyişlər bədəndə asanlıqla yayılır. 
Titrəyişlər insanın yalnız əllərinə təsir etdikdə yerli, bütün bədənə təsir 
etdikdə isə ümumu titrəyişlər adlanır. 
Bəzən işçi eyni zamanda yerli və ümumi titrəyişlərin birgə təsirinə də məruz 
qala bilər.
Müxtəlif mexanikləşdirilmiş pnevmatik və elektrik alətləri ilə işləyən heyətə 
iş vaxtı yerli titrəyişlər təsir edir.
İnsanlar ümumi titrəyişlərin təsirinə nəqliyyatda, vibromeydançalarda, inşaat 
maşınlarında və s. məruz qalırlar. 
Ümumi titrəyişlərin davamiyyətli təsiri mərkəzi sinir sisteminin, damarların 
və vestibulyar aparatın pozulmasına səbəb olur. Yerli (lokal) titrəyişlər əzələ-sinir 


və dayaq-hərəkət aparatlarını zədələyir və periferik damarların yığılmasına səbəb 
olur. Titrəyişlərin təsirindən insanda pataloji vibrasiya xəstəliyi yarana bilər. Bu 
xəstəliyin əlamətləri əl barmaqlarının titrəməsi, soyuğa həsaslığı, oynaqların 
ağrımasıdır. Bundan əlavə xəstəlik baş ağrısı, yuxusuzluq, əsəbilik və yorğunluqla 
müşaiyət olunur. Vibrasiya xəstəlikləri peşə xəstəliklərinə aiddir və yalnız ilk 
mərhələlərdə müalicə oluna bilər. Müxtəlif tezlikdə titrəyişlər insana müxtəlif 
dərəcədə təsir göstərir. Məsələn, titrəyən səth üzərində dayanmış şəxs üçün iki 
rezonans zirvəsi yaranır. 5…12 Hs və 17…25 Hs, oturmuş şəxs üçün isə 4…6 Hs, 
insanın başı 
üçün 
rezonans tezliklər 20…30 
Hs-dir. Titrəyişlərin 
normallaşdırılmasında bu xüsusiyyətlər nəzərə alınır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin