Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


Metal emalı işlərində təhlükəsizlik tədbirləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/66
tarix27.12.2023
ölçüsü5,01 Kb.
#198887
1   ...   36   37   38   39   40   41   42   43   ...   66
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirələr)

Metal emalı işlərində təhlükəsizlik tədbirləri 
Çilingərlik işləri zamanı baş verə biləcək zədələnmələrin qarşısını almaq üçün 
çilingərin iş yeri işə münasib təşkil edilməlidir. Bu zaman çilingər stollarının 
yerləşdirilməsinə diqqət yetirilməlidir. Əgər stol bir neçə işçi üçün nəzərdə 
tutularsa, onda məngənələrin oxlan arasındakı məsafə 1,25... 1,8 metr olmalıdır. 
Çilingər stolunun hündürlüyü elə olmalıdır ki, işçi məngənə qarşısında düz 
vəziyyətdə dayanıb əlini üzünə qoyduqda dirsəyi məngənənin dodaqlarına dəysin. 
Ümumiyyətlə, iş yerinin təşkili sanitar-gigiyenik normalara uyğun olmalıdır. Belə 
ki, iş yeri təşkil olunarkən çilingər stolu üçün oturacaq və ya stolun hündürlüyü elə 
olmalıdır ki, işçi düz dayandığı vəziyyətdə qolunu yanına salıb barmaqlarını 
yumduqda yumruğu stolun üst səthinə toxunsun. Çilingər stolu divar boyunca, 
pəncərə qabağında və ya təbii işıqlanması yaxşı olan münasib yerlərdə qoyulmalıdır. 
Əgər çilingər stolu, işci üzü başqa iş yerinə tərəf qoyulmalı olursa, onda stolun 
qabaq və yan tərəfındə 0,6 ... 0,8m hündürlüyündə metal tordan (0,03x0,03m) və ya 
taxtadan mühafizə çəpəri qoyulmalıdır ki, metal yonqarı , qəlpələr və ya əldən çıxan 
alətlər başqa işçiləri zədələməsin. Əgər stol işçilərin qarşı-qarşıya işləməsi üçün 
nəzərdə tutulursa, stolun ortasından yenə də metal tor və ya taxtadan mühafizə 
çəpəri qoyulmalıdır. 
Stol üçün yerli işıqlanma nəzərdə tutulmalı və işçilərin hərəkət zonası ayaqaltı 
ilə təchiz edilməlidir ki, yonqar və ya metal qırıntılan işçinin ayağını zədələməsin. 
Çilingərin iş yerində stoldan başqa şkaf, köməkçi avadanlıqlar qoyulmalı və 
təhlükəsiz iş üsullarını göstərən plakatlar asılmalıdır. 
Çilingərlik işləri (əymə, düzəltmə, qayçı ilə kəsmə, çapma, yeyələmə, 
burğulama, məmulatların yığılması) zamanı bədbəxt hadisələrin əsas səbəblərindən 
biri də nasaz və işə yararsız alətlərdən istifadə etməkdir. Ona görə də alətlərin 
sazlığına xüsusi fıkir vermək lazımdır. Çilingər çəkicinin zərbə sahələri hamar və 
azacıq qabarıq formada olmalı, dəstəkləri kifayət qədər sıx və kövrək olmayan ağac 
növlərindən hazırlanıb en kəsiyi oval formalı, uzunluğu isə çəkicin ağırlığından asılı 
olaraq standart ölçülərdə hazırlanmalıdır. Rezin araqatı qoyulmaqla (bu səs 
rəqslərini və yerli titrəyişləri söndürmək üçündür) dəstəyin oxu çəkicin oxuna 


perpendikulyar vəziyyətdə möhkəm oturmalı və qabaq tərəfdən polad pazla 
möhkəmləndirilməlıdir. 
Çilingər qələmlərinin uzunluğu 0,15m, yastı hissəsi 0,06 m olmalı və 65-75° 
bucaq altında itilənməlidir. Qələmlərin zərbə qəbul edən arxa hissəsi hamar və 
azacıq qabarıq olmalıdır. Arxa hissəsi əzilmiş və qəlpə qopacaq vəziyyət almış 
qələmlərdən istifadə olunması qadağandır. Əlləri çəkicin zərbəsindən qorumalı, 
metalı çapan zaman qələmin zərbə sahəsinə deyil, kəsən ucuna baxmaq lazımdır. 
Sərt və ya qəlpələnən metalı çaparkən əlcək və müdafıə eynəyi taxmaq lazımdır. 
Yeyələr, şaberlər, metalkəsən mişarlar, vintaçanlar və s. kimi alətlərin işlək 
olmayan dəstək hissəsinə bərk ağac növündən 0,14... 0,16 m uzunluğunda fıqurlu 
dəstək, dəstəyin qabaq hissəsinə isə sıxıcı metal halqa geydirilməlidir. 
Açarların ağızlarında əzilmə və genəlmə olmamalı, qayka və boltun ölçüsünə 
uyğun gəlməlidir. Böyük ölçülü açarlarla kiçik ölçülü qayka və ya boltları açmaq 
üçün açarla qayka arasına əlavə metal parçası qoymaq, habelə əlavə açarla, yaxud 
boru ilə açarın boyunu uzatmaq olmaz. 
Metalların mişarlarla kəsilməsi zamanı mişarların tiyəsi möhkəm çəkilib 
bağlanmalıdır. Kənarları iti və ya çıxıntılı olan hissələr emal edilərkən əlcək 
geyməli və ya xüsusi tutucu quruluşdan istifadə etmək lazımdır. 
Çilingər - quraşdırma işlərində çalışan işçilər xüsusi geyim və fərdi mühafizə 
vasitələri (kombinezon, əlcək, sınmayan şüşəli eynək və s.) ilə təmin olunmalı və 
şəxsi gigiyena qaydalarını yerinə yetirmələri üçün şərait yaradılmalıdır. 
Metalların emalı zamanı tokar, burğu, itiləyici, cilalayıcı və s. kimi 
dəzgahlardan geniş istifadə olunur. 
Dəzgah işə buraxılıb dayandırılarkən və ya yoxlama apararkən patronun əl ilə 
tormozlanması, habelə bəzi hissələrin çilingər yiyələri vasitəsilə cilalanması, 
dəzgahda fırlanan hissənin ölçülməsi qadağandır. Cilalanma üçiin xüsusi 
quruluşlardan istifadə edilməlidir. Dəzgahda uzun metallar emal edilərsə, mütləq 
arxa dayaqdan istifadə olunmalıdır. Ağır hissələr (l0kq-dan artıq) dəzgaha bağlanıb 
emal olunarsa və ya dəzgahın üst hissələri sökülüb yığılarsa, qaldırma 
mexanizmlərindən və xüsusi asma tərtibatlarından istifadə edilməlidir. 
Emal edilən məmulatı və kəskini möhkəm bərkitmək lazımdır. Məmulatı 
patronda bərkitdikdən sonra açarı patronda qoymaq olmaz, çünki təsadüfən dəzgah 
işə düşərsə, açar sıçrayaraq ətrafdakıları zədələyə bilər. 
Burğu dəzgahmda işləyərkən metal mütləq dəzgahın məngənəsinə 
bağlanmalı, burğu düzgün mərkəzləşdirilməlidir. Dəzgah iş sahəsini aydın görməyə 
imkan verən və şpindel ilə bloklanmış qoruyucu çəpərlə təchiz edilməlidir. Burğu 
saxlayan başlıq şpindeldə möhkəm oturmaqla burğunu möhkəm saxlamalı və 
düzgün mərkəzləşdirməyə imkan verməlidir. 
İstər tokar, istər burğu və frez dəzgahlarında yonqar əl ilə deyil, metal şotka, 
qarmaq və s. tərtibatlarla təmizlənməlidir. İtiləyici dəzgahlarda işçi orqan əsasən 
sürətlə fırlanan dairə formalı daşdan ibarətdir. Süni daşlarda çevrə sürəti 35 m/san, 
təbii daşlarda isə 12m/san-dən artıq olmamalıdır. İtiləyici daşların saxlanmasına və 
yoxlanıb saz halda işlədilməsinə xüsusi fikir verilməlidir. Belə ki, itiləyici daşlar azı 
3°S temperatur və 65% nəmlik şəraitində saxlanmalıdır. İstifadə edilərkən 


qablaşdırma materiallarından təmizlənib hər hansı metal çubuğa keçirilərkən taxta 
çəkiclə yüngül zərbə ilə vurulmalıdır. Bu zaman cingiltili səs alınarsa, bu daşdan 
istifadə etmək olmaz. 
Daşlar dəzgahda bağlanarkən ciddi mərkəzləşdirilməli və möhkəm 
bağlanmalıdır. Daşlar elə seçilməlidir ki, daş və mühafizə örtüyünün diametrləri 
fərqi 0,02...0,03 m, yan səthlər arasındakı məsafə isə 0,1...0,015 m olsun. Əgər 
diametrlər fərqi 0,l m-dən çox olarsa (istər işlənib yeyildikdən sonra və istərsə də 
yeni qoyularkən), onda ya daş, ya da örtük dəyişdirilməlidir. 
Bundan başqa, dəzgahda qoyulan saxlayıcı dayaq nizamlanan olmalı və 
bunun qabaq tərəfi ilə daş arasındakı məsafə 0,003m-dən artıq olmamalıdır ki, 
itilənəcək alət daşın mərkəzindən keçən üfüqi müstəvi səviyyəsində və ya ondan 
0,01.. .0,015m yuxarıda daşa toxunsun. Dəzgahlarda yerli sorma sistemi və ya toz-
yonqartutan quruluş qoyulmalıdır. 
Dəzgahlarda hərəkətli və elektrikli bloklama mühafizə ekranı (ekranın baxış 
sahəsi sınmayan üzvi şüşə olmalıdır) olmalıdır ki, işçinin sifəti və gözləri isti metal 
ovuntusundan mühafızə olunsun. Ekran elə bloklanmalıdır ki, yalnız işçi vəziyyətdə 
olduqda dəzgah işə düşsün. Dəzgahların, habelə dəzgah üzərində quraşdırılıb 
dəzgahdan izolə edilmiş elektrik avadanlıqlarının gövdələri ümumi mühafizə yerlə 
birləşdirilmə sisteminə birləşdirilməlidir. 
Əgər dəzgahda mühafizə örtüyu yoxdursa, onda işçiyə mütləq mühafizə 
eynəyi verilməlidir. Dəzgahlarda işləmək üçün yalnız xüsusi kurs keçib texniki 
bilikdən və təhlükəsizlik texnikasından imtahan verərək müstəqil işləməyə vəsiqə 
almış şəxslərə icazə verilməli və bunlar ildə bir dəfədən gec olmayaraq yoxlamadan 
keçirilməlidir. Təhsil alan tələbələr və şagirdlər tibbi müayinədən keçirilməli və 
onun sağlamlıq vəziyyətinin bu işə yol verib-vermədiyi müəyyənləşdirilməlidir. Hər 
bir dəzgahın yanında təhlükəsiz iş üsullarını göstərən plakatlar vurulmalı və iş 
yerində təlimat olmalıdır. İşçilər qıpçaq iş paltarı (kombinezon) geyinməli, 
paltarların qollarının ağzı və kəməri bağlanmalıdır. Saçlar baş geyiminin altına 
yığışdırılmalıdır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin