Lehimləmə işi yerinə yetirən şəxsdən böyük diqqətlilik, ehtiyatlılıq tələb
olunur. Lehimləmə zamanı orqanizmin müxtəlif hissələrinin yanması, zəhərlənmə
kimi bədbəxt hadisələr baş verə bilər.
Lehimləmə işlərini görməzdən qabaq şagird və tələbələr tibbi müayinədən
keçməli, müəllim və ya tədris ustasından işlə bağlı təlimat almalı, xüsusi geyim və
fərdi mühafızə vasitələri ilə təmin olunmalıdırlar.
Lehimləmə işləri aparılan otaqlar mövcud normativ tələblərə cavab
verməlidir.
İş zamanı ərinti və kimyəvi maddələri əl ilə götürmək olmaz. İşdən sonra bu
kimyəvi maddələri, eləcə də yarımçıq qalmış işi yığışdırmaq, iş yerini sahmana
salmaq lazımdır.
Lehimləmə işındə 42V dərginlikli və izolə edilmiş dəstəkli elektrik
lehimləyicisindən istifadə olunur. Gərginliyi aşağı salrnaq üçün iki sarğılı
transformatordan istifadə olunur.
Bərk lehimlərlə iş zamanı lehimləyici lampalardan istifadə edilməlidir.
Lehimləmə işlərini yerinə yetirərkən şagirdlər dielektrik ayaqaltılar üzərində
olmalıdırlar.
Dostları ilə paylaş: