prosesində 250V gərginlikdən yuxan gərginlikli qurğulardan istifadə etmək lazım
gəlir. Belə halda bu tip qurğularda ən azı iki nəfər işləməlidir ki, bunlardan da bir
nəfəri bu tip qurğularda işləmək bacarığma və hüququna malik olmalıdır.
Bir sıra laboratoriya işlərində müxtəlif maddələr, o cümlədən, turşu, qələvi və
duz məhlulları, yanan qazlar istifadə olunur. Bu maddələr zəhərlənmə və yanıq
yarada bilərlər.
Laboratoriyalarda zəhərli maddələrin buxarları ilə zədələnmənin əsas səbəbi
kimyəvi reaktivlərlə, eləcə də bu reaktivlərin olduğu cihazlarla (məsələn,
akkumulyatorla) düzgün davranmamaqdır. Bunun qarşısını almaq üçün tələbələri
(şagirdləri) və tədris-köməkçi heyəti əmək təhlükəsizliyi qaydaları ilə tanış etmək,
onlara müvafıq təlimatlar keçmək lazımdır.
Kimyəvi reaktivlərin saxlanması və ondan istifadə
müvafiq təlimatlar üzrə
olmalıdır. Orta məktəblərdə civə ilə işləməyə icazə verilmir, ali məktəb
laboratoriyalarında belə işlər xüsusi mühafizə tədbirlərinə riayət olunmaqla məhdud
şəkildə və xüsusi şəraitdə aparıhr.
Laboratoriya və kabinetlərdə istilik şüalanma mənbələri ilə iş zamanı da ciddi
təhlükələr meydana çıxa bilər. Bununla əlaqədar olaraq, qızdırıcı cihazları nəzarətsiz
qoymaq olmaz, qızdırıcıları yalnız müəllimin iştirakı ilə işə salmaq lazımdır.
Elektrik qövsündən, proyeksiya aparatından, stroboskop və lazer qurğusundan
işığın bir başa gözə düşməsinə yol verilməməlidir.
İstilik balansının təyin edilməsi üzrə işlərin aparılmasında suyu 60-70°S-dək
qızdırmaq lazımdır.
Sıxılmış və təzyiq altında olan qaz balonları reduktor və manometrlə təchiz
olmalı və onları xamutun köməyi ilə şaquli vəziyyətdə bərkitmək lazımdır.
Nəzərdən keçirilən analoji təhlükəsizlik tədbirlərinə ali məktəblərin
elektrotexnika, hidravlika və istilik texnikası laboratoriyalarında
da riayət
olunmalıdır.
Müasir dövrdə orta ümumtəhsil məktəblərində informatika və hesablama
texnikasının əsasları öyrənilir ki, burada da məqsəd şagirdlərdə kompüterin
imkanlarını dərk etmək və ondan müxtəlif məsələlərin həllində praktik istifadə
etmək üçün tələb olunan bilik, bacarıq və vərdişlərin formalaşdırılmasıdır.
İnformatika və hesablama texnikasımn əsasları fənni əmək təlimi
üzrə tədris
planına uyğun olaraq ali məktəblərdə də öyrədilir. Bu baxımdan hesablama
texnikası kabinetlərində də təhlükəsizlik tədbirlərinə riayət etmək vacibdir.
Hesablama texnikası kabinetlərində əsas avadanlıq fərdi kompüterlər və
mikrokalkulyatorlar hesab olunur.
Müəyyən olunmuşdur ki, kabinetdə bu avadanlıqların sayı, yerləşdirilməsi,
habelə şagirdlərin sayı və avadanlığın buna müvafıq bölüşdürülməsi onların işçi
qabiliyyətinin və təlimin təhlükəsizliyinə təsir göstərir.
Adətən, kabinetdə şagird üçün 4,4-5m
2
sahə nəzərdə tutulmalı,
optimal
temperatur 17...21°S. havanın nəmliyi 40-60% və kabinetdə ventilyasiya sistemi
olmalıdır.
Yuxarı siniflərdə mikroprosessorla fasiləsiz işləmə müddəti 25-35 dəqiqədən
çox olmamalıdır. Fərdi kompüterlər üçün gərginlik 42B-dan çox olmamalıdır,
onlar üç ayda bir dəfə sınaqdan keçirilməlidir.
Şagirdlərə məşğələ zamanı kabinetdə gəzmək, maşınları açmaq, onlara tanış
olmayan düyməni basmaq qadağandır.
Maşınlarda nasazlıq aşkar edilərsə, onu söndürmək və bu haqda müəllimə
xəbər vermək lazımdır.
Kompüteri təcili olaraq aşağıdakı halda söndürmək lazımdır.
a)detallar qırıldıqda
b)elektrik avadanlığında nasazlıq aşkar edildikdə
c)iş zonasında yanğın baş verdikdə və s.
Zərərli və təhlükəli istehsalat amillərindən müdafiə tədbirlərindən biri də
maşınən və ya avadanlığın müəyyən məsafədən idarə olunması
və bu işdə
robotlardan və ya avtomat manipulyatorlardan istifadə etməkdir.
Dostları ilə paylaş: