Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/66
tarix27.12.2023
ölçüsü5,01 Kb.
#198887
1   ...   43   44   45   46   47   48   49   50   ...   66
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirələr)

ber
qəbul olunur.
Şüalanmanın buraxılabilən həddi
. İnsan orqanizminin müxtəlif toxuma və 
üzvlərinin şüalanmalara həssaslığı eyni deyil . Ona görə də böhran üzv məfhumu 
qəbul edilmişdir. Verilmiş şəraitdə şüalanması sağlamlığa ən böyük zərər verən 
üzv, toxuma, bədən hissəsi və ya bütün bədən böhran üzv adlanır. 
Radiohəssaslığından asılı olaraq böhran üzvlər üç qrupa bölünür. 
I qrup- bütün bədən, cinsiyyət üzvləri, qırmızı sümük iliyi
II qrup – əzələlər, qalxanabənzər vəzi, piy vəzisi, ciyərlər, böyrəklər, göz 
billuru, I və III qrupa daxil olmayan digər üzvlər.
III qrup – dəri örtüyü, sümük toxuması, əllər, bazu önü, topuqlar və ayaq 
pəncələri. 
İonlaşdırıcı təsirdən insanın mühafizəsini təmin etmək üçün şüalanma 
buraxılabilən həddən artıq olmamalıdır. İonlaşdırıcı şüalanmaların buraxıla bilən 
səviyyəyələri «Radiasiya təhlükəsizliyi normalarında» və «Radioaktiv maddələrlə 
və digər ionlaşdırıcı şüalandırma mənbələri ilə işlədikdə əsas sanitariya qaydaları» 
nda göstərilir.
30 yaşa qədər bütün hallar üçün bu norma 60 berdən artıq olmamalıdır.
İonlaşdırıcı şüalanma mənbələri ilə iş görən heyət üçün qoyulmuş buraxıla 
bilən doza həddi 50 il müddətində işcinin şüalanma nəticəsində sağlamlığının 
pozulmasının və irsi xəstəliyin yaranmasının qarşısını alır.


Bədəndə radioaktivliyin toplanması onun tez zədələnməsinə şərait yaradır.
İonlaşdırıcı şüalanmadan mühafizə vasitələri. 
Radioaktiv maddələrlə 
işlərkən təhlükəsizlik məqsədilə xarici və daxili şüalanmadan mühafizə olunmaq 
lazımdır. Xarici şüalanmadan mühafizə üçün zaman amili və şüalanma 
mənbəyindən olan məsafə dəyişdirilməli və ekranlamadan istifadə edilməlidir.

şüaları çox nazik şüşə, folqa və s. ekranlaşdırırsa, 

şüaları üçün daxili 
alüminiumla ötrülmüş qurğuşun ekran, 

şüalar üçün daha qalın ekran tələb 
olunur.
İstilik enerjisindən yuxarı həddə neytronlar maddə tərəfindən zəif udulur. 
Ona görə də neytron seli soyudulub sonra udulur. Soyudulma üçün ağır sudan, 
parafindən, plastik kütlədən və böyük udma qabiliyyəti olan maddələrdən istifadə 
edilir.
Radioaktiv maddələrlə işlərkən xüsusi hazırlanmış şkafdan, hermetik 
kameradan, məsafədən idarə olunmadan və s. istifadə olunmalıdır.
Belə maddələrlə işlərkən fərdi mühafizə vasitələrindən istifadə olunması 
əsas şərtdir. 
Təcrübələr göstərir ki, pambıq parça, polietilen, polixlorvinil və bəzi rezin 
maddələrdən hazırlanmış iş geyimləri radioaktiv maddələrdən və tozlardan 
asanlıqla təmizlənə bildiyi üçün onların tətbiq edilməsi məsləhətdir. 
Əllərin mühafizəsi üçün rezin və qurğuşunlu rezin əlcəklərdən istifadə 
olunur.
Radioaktivlik dərəcəsi yüksək olan yerlərdə təmir işində plastik maddədən 
hazırlanmış pnevmatik geyimdən (LQ-4, LQ-5) istifadə edilir.
Nəfəs yollarını respirator, yaxud əleyhqaz vasitəsilə, gözləri isə pleksiqlaz, 
qurğuşunlu şüşə və s. hazırlanmış gözlüklərlə radioaktiv təsirdən qorumaq olur.
Radioaktiv maddələrlə işləmək üçün istifadə olunan xüsusi geyimlərlə iş 
yerindən xaricə çıxmaq qadağandır. Kənara çıxmazdan qabaq geyimlərin 
təmizliyini yoxlamaq, əlləri yumaq, yaxud çimmək lazımdır.
Qəza hallarında bütün işçilər dərhal dozimetrik nəzarətdən keçirilməlidir.
Radioaktiv çirki su və sabunla, sintetik maddələrlə yumaq, 5%-li azot 
turşusu məhlulu və s ilə aktivsizləşdirmək lazımdır.
Radiasiyadan mühafizə üçün iş otaqlarında sanitar gigiyena şəraitinə riayət 
edilməsinin böyük əhəmiyyəfti vardır. Otaqlar azı beş qat hava mübadiləsi olan 
ventilyasiya və hava ilə isidilmə sistemi ilə təchiz edilməlidir. Hər gün otaqlar və 
avadanlıqlar yaş əski ilə silinib təmizlənməli, ayda bir dəfə isə qaynar su ilə əsas
təmizləmə işləri aparılmalıdır. Otaqda radioaktiv maddələr iş yerindən kənarda
mexanikləşdirilmiş quyularda saxlanılır.
Radioaktiv maddələrlə və ionlaşdırıcı şüalandırma mənbələri ilə əlaqədar 
olan bütün işlərdə çalışan işçilər ilk və vaxtaşırı həkim müayinələrindən 
keçirilməlidir. Bu işlərdə hamilə qadırlar bütün hamiləlik dövründə, açıq radioaktiv 
maddələrlə işləyən qadınlar isə bütün uşaq əmizdirmə dövründə işdən azad olunur.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin