Elektrik zədələnməsindən mühafizə üsulları və vasitələri
Mühafizənin texniki üsul və vasitələri dedikdə, əsasən, aşağı gərginlikdən,
etibarlı izolyasiyadan, çəpərləmə və bloklama qurğularından, avtomatik
söndürücülərdən, mühafizə yerləbirləşdirməsindən və digər tədbirlərdən istifadə
başa düşülür.
Elektrik gərginliyinin təhlükəsini azaltmaq üçün istifadə edilən aşağı
gərginlik 42 V-dan az olan gərginlik hesab edilir. Belə gərginlik, əsasən, əlverişsiz
işçi şəraitində işləyənlər üçün vacibdir. Bu zaman cərəyan mənbəyi qalvanik
element batareyaları, akkumulyator, alçaldıcı transformator ola bilər.
İzolyasiya
. Elektrik şəbəkələrində başlıca təhlükəsizlik tədbirlərindən biri
izolyasiyanın vəziyyətini yüksək səviyyədə saxlamaqdır. İzolyasiyanın pozulması
qısaqapanmalara, odtutmaya, avadanlığın gövdələrinə gərginliyin düşməsinə və
həmin səbəblərdən insanların elektrik cərəyanı ilə zədələnməsinə səbəb ola bilər.
Gərginliyi 1000 V-a qədər olan dəyişən cərəyan şəbəkələrində izolyasiyanın
müqaviməti 0,5 mOm-dan az olmamalıdır.
Elektrik şəbəkəsinin hər hansı sahəsində müxtəlif fazalar arasında və ya
xətlə yer arasında izolyasiyanın müqaviməti azı 500 kOm olmalıdır. İzolyasiya
müqaviməti meqometr adlı xüsusi cihazla yoxlanılır.
İkiqat izolyasiya
. Elektrik təhlükəsizliyini təmin edən əsas vasitələrdən biri
də ikiqat izolyasiyanın tətbiqidir. İkiqat izolyasiya əlavə və işçi izolyatordan ibarət
olur. Bu vaxt işçi izolyator xarab olduqda işçini əlavə izolyator zədələnmədən
qoruyur. Məsələn, əllə gəzdirilən səyyar lampa və digər elektrikləşdirilmiş alətlər
bu qəbildəndir.
Çəpərləmə və bloklama
. Elektriklə işləyən işçilərin izolyasiyasız cərəyan
daşıyan hissələrə təsadüfən toxunmasının qarşısını almaq üçün müxtəlif çəpərliyici
və bloklayıcı qurğulardan istifadə edilir. Elektrik qurğularında izolyasiyasız
naqillər, kontakt birləşmələri, kəsən açarlar, qoruyucular və s. elə çəpərlənməlidir
ki, onları xüsusi açar və ya alətsiz açmaq mümkün olmasın. Çəpərlər örtük, lövhə,
tor və s. tipli ola bilər. Maşın və mexanizmlərin işə salma quruluşları elə
yerləşdirilməlidir ki, onları təsadüfən və ya kənar şəxslər tərəfindən işə salmaq
mümkün olmasın. İdarəedici lövhənin üstündə yerləşdirilmiş açarlar və digər
idarəedici ləvazimatlar mütləq bütöv örtük ilə bağlanmalıdır.
Təhlükəli vəziyyətlərdə elektrik dövrəsini avtomatik olaraq kəsməklə işciləri
zədələnmədən qorumaq üçün bloklama qurğuları tətbiq edilir. Çox vaxt bloklama
və çəpərləmə eyni qurulur. Bloklamanın iş prinsipi ondan ibarətdir ki, şkafların,
elektrik qurğusu çəpərinin və ya elektrik avadanlığı örtüyünün qapıları açıldıqda
elektrik dövrəsi kəsilir, qurğu və avadanlıq avtomatik olaraq qida mənbəyindən
ayrılır. Qurğulara elektrik enerjisini vermək üçün daha təhlükəsiz vermək və ya
kəsmək üçün maqnit isə salıcıdan istifadə edilir.
Avtomatik ayırma
. Qəza vəziyyətində elektrik qurğularını ani olaraq
(0,1…0,2 san) dövrədən ayırmaq üçün avtomatik ayırıcılar tətbiq edilir. Fazanın
elektrik avadanlığının gövdəsinə qapanması, faza izolyasiyası müqavimətinin
müəyyən həddən aşağı düşməsi, şəbəkəyə daha yüksək gərginlik düşməsi, insanın
cərəyandaşıyan hissəyə toxunması hallarını qəza vəziyyətinə misal göstərmək olar.
Bu zaman elektrik şəbəkəsinin bəzi parametrilərinin dəyişməsi mühafizə ayırma
qurğusunu işə salır. Məsələn, qaynaqcı elektrodu dəyişdikdə onu tutucudan çıxaran
kimi transformator şəbəkədən ayrılır və aparatdan gərginlik götürülür.
Mühafizə yerləbirləşdirməsi
. İnsanları elektrik cərəyanının təsirindən
qorumanın ən geniş yayılmuş üsullarından biri mühafizə yerləbirləşdirmədir.
Gərginlik təsadüfən mexaniki avadanlığın cərəyan daşıyan hissələrinə keçdikdə
yerləbirləşdirmə (torpaqlama) insanı mühafizə edir.
Yerləbirləşdirmə qurğusunun müqaviməti gərginliyi 1000 Volta qədər olan
qurğularda 4 Om-a qədər, gərginliyi 1000 Voltdan yüksək olan qurğularda isə 10
Om-a qədər olmalıdır.
Yerləbirləşdirmənin əsas məqsədi qurğunun gövdəsindəki gərginliyi
təhlükəsiz həddə çatdırmaqdan ibarətdir.
Əgər adam avadanlığın gövdəsinə toxunursa, bu zaman o, mühafizə
yerləbirləşdirməsinə paralel olaraq cərəyan dövrəsinə qoşulur və onun bədənindən
cərəyan keçir; lakin yerləbirləşdirici saz olduqda bu cərəyan cüzi olar və orqanizm
üçün təhlükə törətməz. Bu paralel budaqlarda cərəyan, budaqların müqavimətinə
mütənasib olaraq paylanır. Alçaq gərginlik qurğuları üçün R
j
125/J
q
şərtindən
(burada
R
j
-
yerləbirləşdiricinin
müqaviməti, J
q
–elektrik qurğusunun
yerləbirləşdirmə cərəyanının ən böyük qiymətidir), yüksək gərginlik qurğularında
isə R
j
250/J
q
şərtindən yerləbirləşdiricini maksimum müqaviməti uyğun olaraq 4
Om-a və 10 Om-a qədər tapılır.
Yerləbirləşdiricinin elektrik müqaviməti insanın elektrik müqavimətindən
dəfələrlə kiçik olduğu üçün yerləbirləşdirilmiş gövdəyə toxunan insana elektrik
cərəyanı təsir etmir.
Mühafizə yerləbirləşdirməsi yerləbirləşdirici elektrodlardan və onları
birləşdirən naqillərdən ibarətdir. Yerləbirləşdiricilər təbii və süni olur. Təbii
yerləbirləşdirici kimi yeraltı su kəmərindən və digər metal boru xətlərindən (yanar
maye və qaz xəttindən başqa), bina və texniki qurğularda yerlə əlaqəsi olan metal
konstruksiyalardan və s. istifadə edilir. Süni yerləbirləşdirici kimi şaquli
basdırılmış polad mil, boru, tilli polad, üfiqi vəziyyətdə qoyulan polad zolaq, lövhə
və s. tətbiq olunur.
Yerləbirləşdirici naqillər elektrik qurğusunun hissələrini yerə basdırılmış
elektrodlara birləşdirən izolyasiyalı məftillərdir.
Elektrik qurğuları aşağıdakı hallarda mühafizə yerlə birləşdirməsi ilə təchiz
edilməlidir.
a) gərginliyi 36 V-dan yüksək olan dəyişən cərəyanlı xarici qurğular
b) gərginliyi 110 V-dan yüksək olan sabit cərəyanlı xarici qurğular
c) xüsusi təhlükəli otaqlarda qoyulmuş elektrik qurğuları
d) gərginliyi 500 V-dan yüksək olan qurğular (bütün hallarda)
Mühafizə sıfırlanması
. Gərginliyi 1000 V-a qədər olan, neytralı yerlə
birləşdirilmiş elektrik şəbəkələrində mühafizə yerləbirləşdirməsi əvəzinə həmin
məqsədlə mühafizə sıfırlanması tətbiq edilir.
Elektrik qurğularının normal vəziyyətdə gərginlik altında olmayan metal
hissələrinin «sıfır» xəttinə birləşdirilməsi sıfırlanma adlanır. Bu halda «sıfır» xətti
özü etibarlı yerləbirləşdirilmiş olmalıdır. Adətən, «sıfır» xətti şəbəkənin əvvəlində
və sonunda, xətt ayrıclarında, eləcə də xətt boyunca hər 100 metrdən bir yerlə
birləşdirilir.
Dostları ilə paylaş: |