bədənə döğru olmalıdır.
Əgər barmaqlar zədələnməyibsə, onları sarğıdan kənarda
saxlamaq məsləhətdir. Çox sıx bağlanmış sarğı qan dövranını zəiflədir və güclü
ağrıya səbəb olur. Bərk bağlanan sarğıda dırnaqlar sürməyi, yaxud ağ rəng olur. Bu
zaman dırnaqlar çəhrayı rəng alana kimi sarğı boşaldılmalıdır.
Əldə, yaxud qolda böyük arteriyadan axan qanı burma (jqut) ilə saxlamaq
lazımdır.
Rezin borucuq, qayış və dəsmaldan, kəndir və əl altında olan başqa
şeylərdən sıxac kimi istifadə etmək olar. Dərini zədələməmək üçün sıxac paltarın
üstündən qoyulmalı, yaxud da onun altından parça sarınmalıdır. Zəif qoyulmuş
sıxac ancaq venanı sıxır, nəticədə qanaxma daha da güclənir. Bərk sıxılmış
sinir
damarları əzilib iflicə səbəb ola bilər.
Sıxacı 1,5 – 2 saatdan artıq saxlamaq olmaz. Əgər bu vaxt xəstəni
xəstəxanaya çatdırmağa kifayət olmazsa, sıxacı 10-15 dəqiqə açıb yenidən
bağlamaq lazımdır.
Qan venadan axarsa, sıxac qoymağa ehtiyac yoxdur. Qan axmanı adi sarğı
ilə saxlamaq olur.
Daxili qanaxmanı sifətin kəskin ağarması, zəiflik, nəbzin tez-tez döyünməsi,
təngnəfəslik,
başgicəllənmə, susuzluq və ürəkgetmə vəziyyətlərinə görə təyin
edirlər. Bu halda həkim gələnə qədər zərərçəkənə tam rahatlıq yaradılmalıdır.
Qarnına və ya digər zədələnmiş yerə buzlu kisəcik qoyulur ki, onun soyuğu
damarları daraldaraq qanın kəsilməsinə kömək edir.
Burundan
qan gələrsə, zərərçəkənin başını azacıq arxaya oturdur, yaxasını
açır, sonra burnunun üstünə soyuq islatma qoyur və barmaqla burnunun pərəklərini
sıxırlar.
Dostları ilə paylaş: