2.
İzolyasiyanın və ya qoruyucu quruluşların nasazlığı üzündən
gərginlik altına düşmüş elektrik avadanlığının cərəyan aparmayan, lakin cərəyn
keçirən hissələrinə toxunmaq.
3. Addım gərginliyinin təsiri altına düşmək.
4. Elektrik qurğularının texniki istismar qaydalarının və təhlükəsizlik
texnikası qaydalarının pozulması.
Elektriklə işləyən avadanlıqlar, elektrik mühərrikləri, idarəetmə və
mühafizə aparatları, nəzarət ölçmə cihazları və s.istehsal olunarkən onların iş
şəraiti nəzərə alınaraq konstruksiya edilir. İstehsalat müəssisələrində bu şərait
nəzərə alınmadan elektrik qurğuları seçilib yerləşdirildikdə avadanlığın sıradan
çıxmasına, işçilərin elektrikdən zərər çəkməsinə, yanğın hadisələrinin törənməsinə
səbəb olur.
Elektrik cərəyanı ilə zədələnməyə təhlükəlilik dərəcəsinə görə bütün
binalar əsasən üç kateqoriyaya bölünür:
1. Yüksək təhlükəli binalar. Bu binalar aşağıdakı əlamətləri ilə xarakterizə
olunur:
a) cərəyankeçirən döşəmə (metal, torpaq, daş, beton, asfalt, dəmir – beton)
b) yüksək temperatur (30
0
S və daha yüksək – metallurgiya sexi)
c) mühitin yüksək rütubətliliyi (75% - dən çox)
d) avadanlığın və yerlə birləşdirilmiş metal konstruksiyanın gövdələrinə
eyni vaxtda toxunmaq imkanının olması.
2. Xüsusi təhlükəli binalar. Bu binalar aşağıdakılarla xarakterizə olunur:
a) Mühiti yüksək nisbi rütubətli (100%) – Camaşırxanalar, qalvanik
hopdurma sexləri.
b) Mühitin kimyəvi aktivliyi – qalvanik sexlər, elektrik üyütmə sexləri,
heyvandarlıq fermaları.
c) Yüksək təhlükəli binalara xas olan iki əlamətin eyni vaxtda mövcud
olması.
3. Az təhlükəli binalar. Bu binalar elə binalara deyilir ki, onlarda birinci
iki kateqoriyadan olan binalar üçün xarakterik sayılan yuxarıdakı amillər
yoxdur. Bunlar idarə və məişət binaları, mənzillər və başqa binalardır.
Bütün qurğular 500V və daha yüksək gərginliklərdə yerlə birləşdirilir və
yaxud sıfırlanır, lakin yüksək təhlükəli və ya xüsusi təhlükəli binalarda
yerləşdirilmiş qurğular isə dəyişən cərəyan gərginliyi 36V – dan çox və sabit
cərəyan gərginliyi 110V – dan böyük olduqda yerlə birləşdirilməlidir. Partlayış
təhlükəli zonalarda qurğular istənilən gərginlikdə yerlə birləşdirilir.
Dostları ilə paylaş: