xəs tə kimi qəbul edilər, buna
gö rə yaxın ətrafdan təcrid
olu na bilərlər. Zamanında mü-
raciət etməmək isə proble-
min daha da dərinləşməsinə
səbəb olur və xəstəlik xroni-
ki hala keçir. Bəs xəstəliyin
ağır
formaya
keçməməsi
üçün vaxtında hansısa tədbir
görülürmü?
Ümumiyyətlə,
bu istiqamətdə görülən iş-
lər hansı səviyyədədir? Bu
kimi suallarla Azərbaycan
Tibb Universitetinin psixiat-
riya kafedrasının müdiri,
Azərbaycan Respublikasının
Baş psixiatrı, tibb elmləri
doktoru, professor Gəray
Gəraybəyliyə müraciət etdik.
-
Ölkədə psixi sağlamlıq sistemi
ilə bağlı fikirlərinizi bölüşmək
istərdik.
- Psixi sağlamlıq insan sağlamlı-
ğının ən vacib tərkib hissələrindən
biridir. Bu da təsadüfi deyil ki, bir
neçə il bundan öncə Ümumdünya
Səhiyyə Təşkilatı (ÜST) tərəfindən
belə bir şüar irəli sürülmüşdü ki,
“psixi sağlam olmayan insan heç
vaxt fiziki sağlam ola bilməz”. Bu
həqiqətən belədir. Düzdür, postsovet
dövründə psixi sağlamlıq məsələsinə
elə də diqqət ayrılmır, xəstələr tam
qayğı ilə əhatə olunmurdular. Amma
indi tamamilə fərqlidir. Son illər bu
sahədə müsbət mənada böyük dönüş
hiss olunur. Buna 2011-ci ilin may
ayında “Psixi Sağlamlıq Sahəsində
Milli Strategiya”nı, “Psixiatriya
yardımı haqqında” qəbul edilmiş
Azərbaycan Respublikasının Qa-
nununa əlavə və dəyişiklikləri mi-
sal çəkmək olar. Milli strategiyada
əsas məqsəd isə əhali arasında psixi
sağlamlığın möhkəmləndirilməsi,
keyfiyyətli psixo-sosioloji yardı-
mın göstərilməsi, psixi pozun-
tulardan əziyyət çəkən hüquq və
maraqların qorunması sahəsində
praktik fəaliyyəti və s. tənzimləmək
və həyata keçirməkdir.
Bu sənəddə həmçinin bir sıra
yeniliklər də öz əksini tapıb. Belə ki,
psixi sağlamlıq məsələsinə təkcə psi-
xiatrlar deyil, digər ixtisas həkimləri
də cəlb olunublar.
-
Son zamanlar psixi poz ğun luq-
ların əhatə dairəsinin geniş lənməsi
müşahidə olunur. Buna
səbəb nədir?
- Buna səbə sosial fak-
torlar,
informasiyanın
həd dən artıq çoxluğu,
vaxt məhdudiyyəti, daim
tələskənlik, istirahətə düz-
gün riayət etməmək, təbii
fəlakətlər, müharibələr və
s. Bunlar hamısı stres fak-
torlarının artmasına səbəb
olur.
Adi bir misal çəkim:
məsələn, gecə yuxusunun insan psi-
xikasında çox önəmli əhəmiyyəti
var. Vaxt var idi ki, gecələr küçədə
avtomobil olmazdı. Gecələr yatar,
səhər tezdən dincəlmiş şəkildə oya-
nardın. İndi gecə avtomobillərin sayı
yollarda çoxalıb. Verilmiş siqnallar
və səs istər- istəməz insanların nor-
mal istirahətinə mənfi təsir göstərir,
stresin yaranmasına səbəb olur.
-
Avropa ölkələrində xəs təxana-
lar da
çarpayı
fondu
azaldılır,
xəstələrin stasionar şəraitdə deyil,
ambulator şəraitdə müalicəsinə və
ya alternativ formalara üstünlük
verilir. Bizdə də gələcəkdə bu tipli
addımların atılması gözlənilirmi?
- Doğrudur, Avropa xəstəxana-
la rında çarpayı fondu azaldılaraq
stasionar müalicədən qeyri-stasio-
nar formalara keçilib. Biz də artıq
o tendensiyaya doğru gedirik. Son
bir ildir Bakıda ilk dəfə olaraq Psi-
xi Sağlamlıq Mərkəzi açılıb. Hazır-
da özəl fəaliyyət göstərir. Ölkədə
yeganə müəssisədir ki, burada təkcə
psixiatrlar deyil, kliniki psixoloqlar,
sosial işçilər də fəaliyyət göstərir.
Bu müəssisədə reablitasiya və krizis
şöbələri də yaradılıb. 24 saat ərzində
“Qaynar xətt” fəaliyyət göstərir. Qa-
dınlar üçün xörəkbişirmə dərnəkləri
və ağırçəkililər üçün idman otağı
da təşkil olunub. Fikrimiz var ki, bu
tipli mərkəzləri respublikanın böyük
şəhərlərində də təşkil edək. 3 saylı
Respublika Şəhər Xəstəxanasında da
24 çarpayılıq psixosematik şöbə açı-
lıb. Avropada psixiatriya şöbəsi ümu-
mi profilli xəstəxanaların tərkibində
fəaliyyət göstərir. Bu cür şəraitin
olması isə xəstələrin cəmiyyətdə
stiqmatizasiya (mənası, “ləkələnmə”
deməkdir-red) olunmasının qarşı-
sını əngəlləyir. Onlar rahat şəraitdə
psixatrlara müraciət edir, vaxtın-
da müalicə oluna bilirlər. Hazırda
“Maştağa xəstəxanası” deyiləndə
cəmiyyətdə sanki bir qorxu hissi ya-
ranır. Amma gedib oradakı şəraitlə
yaxından tanış olsanız, ölkədə 2-ci
belə bir xəstəxananın olmadığının
şahidi olarsınız.
-
Bəs xəstələrin qohumları ilə
işləyən hər hansı bir qurum da
fəaliyyət göstərirmi?
- Heç bir ay olmaz Avropa Şura-
sının və Litva hökumətinin Azər-
baycandakı səfirliyinin dəstəyi
ilə ikillik bir layihə başa çatıb.
Bu layihədə bizim kafedranın da
payı olub. Məqsəd isə Bakıda və
Azərbaycanın digər 6 rayonunda
psixiatriya sa hə sində xidmətlərə
uzunmüddətli xəstəllərin qohumları-
nı cəlb etmək və aparılan müalicənin
daha da effektli olmasını təmin
etmək idi. Bunun üçün 6 rayonun
xəstəxanasında xüsusi kabinet yara-
dıldı və xəstənin qohumlarının baxış-
ları öyrənildi. Bu isə psixi xəstələrin
cəmiyyətə reablitasiyasına müsbət
təsir göstərən amillərdəndir.
-
ÜST intihar edənlərin çox az
qisminin psixi problemli olduğu
qənaətindədir. Bəs cəmiyyətdə belə
xoşagəlməz halların baş verməsinin
səbəbini nə ilə izah edərdiniz?
- Sovet dövründə özünə qəsd edən
hər bir adam psixi xəstə hesab olu-
nurdu. ÜST-ün verdiyi məlumata
görə, cəmi 15 faiz insanlar psixi
xəstəlikdən ciddi əziyyət çəkənlərdir.
İntihar edənlərin əksəriyyətini
tənhalıq qorxudur. Kritik vəziyyət
və düyün hər bir kəsdə yarana bilər.
Bu vəziyyətə çatmış şəxs əgər tək
deyilsə, dərdini kiminləsə bölüşə
bilirsə, o, intihar etməyə bilər. Hətta
intihar haqqında fikri olarsa belə.
Şükür ki, biz intihar hallarına görə
dünyda sonuncu yerləri bölüşürük.
Amma belə halların qarşısının alın-
masında məktəbdə psixoloqların,
pe daqoqların,
hüquqşünasların,
di gər ixtisaslı həkimlərin və din
xadimlərinin də rolu olmalıdır.
-
Rəhbərlik etdiyiniz kafedrada
pedaqoji kadr hazırlığı hansı sə-
viyyədədir?
- Psixiatriya, psixi sağlamlıq sahə-
sində kadr hazırlığı prob lemlərdən
biridir. Psixiatriya ağır sahə oldu-
ğundan hər kəs burada işləyə bilməz.
Psixiatriya sahəsi təsadüfi adam-
ların yeri deyil. Çünki psixiatriya-
nı sevməyənlər bu sahədə həqiqi
mənada işləyə bilməz. Ona görə də
bu sahəyə elə də tələbə axını olmayıb.
Bunun da nəticəsində Bakıda bir çox
psixiatriya xəstəxanalarında hazırda
boş həkim yerləri var. Təsəvvür edin,
birinci il rezidentura səviyyəsində
psixiatriyaya cəmi bir nəfər sənəd
veribsə, indi bu göstəricini normal
hesab etmək olar. Artıq 12 nəfər
sənəd verib, onlardan 2-si psixiatr
olmaq istəmədiyi üçün uzaqlaşdı-
rılıb. Bu problem hörmətli rektoru-
muzun iştirakı ilə olan iclasda da
səsləndirilib. Biz Səhiyyə Nazirliyi-
nin rəhbərliyi qarşısında məsələ qal-
dırmaq istəyirik ki, psixatriya üçün
rezindentura müddəti uzadılmalı-
dır. Bizdə bu müddət iki il, Avropa
ölkələrində isə ən azı 3 ildir.
Qabil ABDULLAyev
G.GƏRAYBƏYLİ:
“Psixiatriya ağır sahə olduğundan
burada təsadüfi adamlar işləyə bilməz”
Müsahibə
m
Zeytun yağı-olein, linol, palmitin və stearin turşularının
qliseridlərindən ibarət sarımtıl rəngli, duru, zəif xarakter iyə və
xoş yağlılıq tamına malik yağdır.
Tibbi, yeyinti və texniki zeytun
yağlarına ayrılır. Tibbi zeytun yağı əsasən trioleindən ibarət,
rəngsiz və şəffaf yağdır. Onun turşuluq ədədi 2-yə yaxın, yod
ədədi isə 75-88-dir. Zeytun yağının texniki sortu sabunbişirmə
sənayesində istifadə olunur. Yeyinti zeytun yağı isə orqanizm
üçün çox faydalı olan qiymətli ərzaq məhsuludur.
Əsas təsiri. yağı ödqovucu. yarpağı hipotenziv və antiaritmik.
Son zamanlar zeytun yarpaqlarından oleuropein maddəsi alın-
mış və farmakoloji cəhətdən öyrənilmişdir. Heyvanlar üzərində
aparılan təcrübələrdən məlum olmuşdur ki, oleuropein qan
təzyiqini əhəmiyyətli dərəcədə aşağı salır. Onun hipotenziv təsir
etmə müddəti beş saata qədər davam edir. Bundan əlavə ole-
uropein ürəyin tac damarlarını genişləndirir, ürəkdəki aritmiyanı
götürür (V.Petkov, 1988).
Belə hesab olunur ki, zeytun yarpaqlarından alınmış dəmləmə
və spirtli duru ekstrakt ürək-damar sistemi xəstəliklərinin
müalicəsində istifadə oluna bilər.
Zeytun yağı yaxşı ödqovucu maddə olmaqla yanaşı, həm də
zəif işlədici təsirə malikdir. Mədə-bağırsaq xəstəliklərində yaxşı
effekt göstərir. Öd daş-
larının
orqanizmdən
kənar edilməsinə səbəb
olur. Kamfora, cinsiyyət
hormonları,
onların
analoqlarının və digər
inyeksiya məhsullarının
hazırlanmasında çox
gözəl həlledicidir.
Almaniyada zeytun
yarpaqlarından alınan
“Olivysat” adlanan standartlaşdırılmış ekstrakt buraxılır. O, hi-
potenziv maddə kimi, qan təzyiqi yüksək olanlara (gündə 3 dəfə,
hər dəfə 40 damcı) məsləhət görülür.
Fransada Avropa zeytununun yarpaq tumurcuqlarından alın-
mış spirtli cövhər hipertoniya, ateroskleroz və piy mübadiləsi
pozğunluğuna qarşı istifadə olunur.
Rus xalq təbabətində zeytun yağından ödqovucu, öd daşla-
rı xaric etmək, həzmi yaxşılaşdırmaq, habelə yüngül işlətmə
məqsədilə istifadə edilir.
Əbu Əli İbn Sina duza qoyulmuş zeytunun mədəni
möhkəmləndirdiyini, iştahı artırdığını, zeytun yağının herpes və
qızılyel xəstəliklərində, oturaq sinirinin iltihabında faydalı olduğu-
nu qeyd etmişdir.
Istifadə qaydası. Zeytunun qurudulmuş yarpaqlarından
10,0/200,0 nisbətində hazırlanmış isti sulu çıxarışdan hipoten-
ziv, aritmiyanı götürən və tac damarları genişləndirən maddə
kimi istifadə edilir. Alınmış çıxarışdan gündə üç dəfə, hər dəfə
1/3 hissəsi qəbul edilir. Bu məqsədlə onun öksəotu və digər
bitkilərlə qarışığından da istifadə edilir.
Mədənin və qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədi
ilə yemək zamanı və ya ondan sonra zeytun meyvələrindən ha-
zırlanmış konservlərdən istifadə etmək məsləhət görülür.
Xalq təbabəti mənbələrində öd daşlarının orqanizmdən kənar
edilməsi üçün zeytun yağından istifadənin müxtəlif qaydaları
göstərilir. Onlardan bir neçəsini təqdim edirik:
I. Güclü öd ifrazına nail olmaq və öd daşlarını orqanizmdən
xaric etmək üçün, bir neçə gün səhər-səhər acqarına hər dəfə 60
ml zeytun yağı qəbul edilir. Bu zaman ürəkbulanma və qusmanın
qarşısını almaq üçün, yağı qəbul edən kimi üstündən qreyfrut
şirəsi içilir.
II. Öd daşlarının orqanizmdən kənar edilməsi məqsədi ilə
zeytun yağının miqdarı tədricən artırılır. Bunun üçün yeməkdən 30
dəqiqə əvvəl zeytun yağı içilir. yağın miqdarı yarım çay qaşığından
başlanır və 15-20 gün ərzində tədricən artırılmaqla bir stəkana
(200 ml) çatdırılır.
III. Başqa bir reseptə görə öd daşlarını orqanizmdən kənar etmək
üçün 24 saat ac qalmaq (bu müddətdə yalnız su içmək olar), sonra
bağırsaqları imalə etməklə təmizləmək məsləhət görülür. İmalədən
bir saat sonra bir stəkan zeytun yağı, onun üstündən isə bir stəkan
qreyfrut şirəsi içib uzanmaq lazımdır. Qusma hissi əmələ gələrsə
limon sormaq olar (su içmək olmaz). yağı içəndən 15 dəqiqə sonra
işlədici qəbul edilir. Aclığı davam etdirməklə, yuxarıdakı prosedura
beş gün təkrar edilir.
Mənbə:
N.Əliyev. «Azərbaycanın
dərman bitkiləri və fitoterpiya»
ZeyTUN
Dərman bitkiləri
15 fevral 2014-ъц ил
http://www.amu.edu.az
5
1995-2013-cü illərdə kafedrada 8 doktorluq,
19 tibb üzrə fəlsəfə doktorluğu dissertasiyası
hazırlanıb.
Kafedranın yerinə yetirilən elmi-təd-
qiqat işlərinin əsas istiqamətini postnatal
ontogenezdə insanda və eksperimentdə bo-
rulu daxili orqanların divarlarında olan kiçik
ekzokrin vəzilərinin və onların əhatəsində
yerləşmiş limfoid törəmələrinin, bir sıra en-
dokrin vəzilərinin struktur elementlərinin
makro-mikroskopik və mikroskopik anato-
miyasının yaş, cinsi və fərdi xüsusiyyətləri,
onların morfogenezinin qanunauyğunluqla-
rı, periferik sinirlərin mieloarxitektonikası,
makro-mikroskopik və topoqrafik anato-
miyası, antropoloji tədqiqatlar, həmçinin,
müxtəlif rejimli fiziki yük zamanı skelet və
ürək əzələləri toxumalarında baş verən mor-
fo-funksional dəyişikliklərin müqayisəli
cəhətdən qiymətləndirilməsi təşkil edir və
bununla yanaşı kafedrada süd vəzilərinin
normada və bəzi patoloji proseslər zamanı
vaskulyarizasiya və angioarxitektonikasının
xüsusiyyətləri mövzusunada iş aparılır.
Kafedra əməkdaşlarının yerinə yetirdikləri
elmi-təqdiqat işlərinin nəticələri morfoloji
və kliniki kafedralarda səhiyyə praktikasına
tətbiq edilir.
1995-2013-cü illərdə kafedra əməkdaşları
tərəfindən 700-ə yaxın elmi iş, o cümlədən
3 dildə (Azərbaycan, rus, latın) “Anato-
mik atlas” (V.B.Şadlinski, N.T.Mövsümov,
Ş.İ.Qasımov, 1998), Azərbaycan, latın, rus və
ingilis dillərində “Anatomik terminologiya”,
kitabı (V.B.Şadlinskinin redaktorluğu ilə),
“İnsan anatomiyası kafedrası – 1919-2009”
adlı monoqrafiya (V.B.Şadlinski, M.Q.Allah-
verdiyev,
N.T.Mövsümov,
Ş.İ.Qasımov,
G.A.Hüseynova),
“Anatomiya
təsviri
sənətdə və poeziyada” kitabı (V.B.Şadlinski,
S.Əmirova) – bu kitab Moskvada keçirilən
müsabiqədə III dərəcəli diploma layiq gö-
rülüb, “Anatomiya müzeyinin dünəni, bu
günü, sabahı” (V.B.Şadlinski, R.Ə.Əsgərov,
M.Q.Allahverdiyev, G.A.Hüseynova) –Azər-
baycan və rus dillərində və s. kitab və mo-
noqrafiyalar çap olunmuşdur. 345 elmi iş son
6 ildə çap olunmuşdur ki, onlardan da 209-u
respublikamızda (71-i məqalə, 99-u tezis, 8-i
monoqrafiya, 41-i dərslik və dərs vəsaitləridir),
126-sı xarici mətbuatda (49-u məqalə, 77-
si tezis) dərs olunmuşdur. V.B.Şadlisnkinin
müəllifliyi ilə ABŞ-da çap olunmuş işlərdən
5-i İmpakt faktorlu jurnallarda nəşr olunub.
Bu illər ərzində kafedrada beynəlxalq
iştiraklı 9 elmi-praktik konfrans keçiril-
mişdir. Əməkdar elm xadimi, professor
K.Balakişiyevin, əməkdar ali məktəb işçisi,
professor G.Hacıyevin, əməkdar elm xadimi,
professor M.Abdullayevin, əməkdar elm xa-
dimi, professor R.Əsgərovun yubileylərinə,
həmçinin ATU-nun insan anatomiyası ka-
fedrasının yaradılmasının 80 və 90 illik
yubileylərinə həsr olunmuş konfransın mate-
rialları toplu şəklində çap olunmuşdur. Pro-
fessor G.Hacıyevin yubileyinə həsr olunmuş
topluda, kafedranın tarixində ilk dəfə olaraq,
Tələbə Elmi Cəmiyyətinin elmi konfransla-
rında çıxış edən tələbələrin hazırladıqalrı
elmi-tədqiqat işlərinin nəticələrinə aid mate-
riallar çap olunmuşdur. Son 2 ildə insan ana-
tomiyası kafedrası əməkdaşları respublikanın
burun-boğaz-qulaq xəstəlikləri kafedrasının
mütəxəssisləri ilə birgə 2 beynəlxalq iştiraklı-
“Gicgah sümüyünün disseksiyası”, ikincisi isə
“Burunətrafı ciblərin disseksiyası” mövzusu-
na həsr edilmiş elmi konfrans keçirmişdir.
Uzun illərdən bəridir ki, kafedrada Tələbə
Elmi Cəmiyyəti fəaliyyət göstərir. Son 5 ildə
kafedrada elmi-tədqiqat işi aparan tələbələr
35 məruzə ilə kafedranın, fakültənin, eləcə də
ATU-nun hər ilin may ayında keçirilən Tələbə
Elmi Cəmiyyətinin elmi konfranslarında çı-
xışlar etmişlər. Ümumilikdə, 14 nəfər tələbə
diploma, 21 nəfər sertifikata layiq görülmüş-
dür. Diploma layiq görülən tələbələrdən bir
neçəsi hazırda Türkiyə Universitetlərinn tibb
fakültəsində təhsillərini davam etdirirlər.
Bundan əlavə kafedranın müəllimlərindən 5
nəfər rektorun imzaladığı xüsusi diploma la-
yiq görülmüşdür.
Kafedranın müdiri, ə.e.x., professor
V.Şadlinski Beynəlxalq Morfoloqlar Assosi-
asiyası Rəyasət Heyətinin, Beynəlxalq Pato-
loqlar Assosiasiyasının, Sankt-Peterburqada
“Morfologiya”, Voronejdə “Anatomiya və
histopatologiya”, Tbilisidə “Eksperimental və
kliniki təbabət” jurnallarının və Kutaisidə çap
olunan “Elmi-praktik Tibb Jurnalı”nın redak-
siya heyətinin üzvü, kafedranın professoru
N.Mövsümov isə Beynəlxalq Morfologiya As-
sosiasiyası Koordinasiya şurasının üzvüdür.
Kafedra əməkdaşlarının böyük əksəriyyəti
Amerika Birləşmiş Şatatlarında, Türkiyə
Cümhuriyyətində, Almaniyada, İsraildə,
Çində, Kanadada, Rusiya Federasiyasında,
Belarusda, Ukraynada, Özbəkistanda, Gür-
cüstanda və digər xarici ölkələrdə keçirilən
elmi konfrans və konqreslərdə, simpoziumlar-
da elmi məruzələrlə çıxışlar edib, məqalə və
tezislər çap etdiriblər.
Kafedra əməkdaşlarının elmi-tədqiqat
işlərinin nəticələri kafedrada fənn üzrə tibb
təhsilinin tədrisinin optimallaşdırılmasına,
yeni texnologiyaların vaxtında və münasib
yerdə tətbiqinə əlverişli şərait yaradır. Tədris
elmə, elm də tədrisə xidmət edir. Hazırda in-
san anatomiyası fənninin tədrisini elmi texno-
logiyalar üzərində qurmadan müvəffəqiyyətə
nail olmaq mümkün deyildir. İndi dünyanın
inkişaf etmiş ölkələrinin ali məktəblərinin
tibb fakültələrinin insan anatomiyası ka-
fedrasında klassik meyit preparatlarından
istifadə etməklə yanaşı, müasir aparatlardan
istifadə etməklə insan bədəni quruluşunun
canlı insan üzərində öyrənilməsinə prioritet-
lik verilir. Kafedranın əməkdaşları kredit sis-
temi ilə aparılan tədrisin test üsulu ilə yerinə
yetirilməsini daha da mükəmməlləşdirmək
üçün var gücü ilə çalışır. Anatomiyanı canlı
insan üzərində öyrənmək məqsədilə ultrasəs
müayinəsi üsullarından, kompyuter tomoq-
rafiyasından, rəqəmsal rentgen aparatından
istifadənin təşkili üçün axtarışlar aparılır.
Kafedra əməkdaşları Azərbaycan Respub-
likasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun imkanlarından yararlanmaq, canlı
insan orqanizmini rəqəmsal rentgen aparatı
ilə öyrənmək məqsədilə qrant müsabiqəsində
iştiraklarını lazım biliblər və buna nail ola-
caqlarına əmindirlər, çünki bu, xalqımıza,
millətimizə, onların övladlarına lazımdır.
Elmi innovasiyaların tədrisə tətbiqinə kafed-
rada həmişə üstünlük verilib, bü gün də insan
anatomiyası kafedrası bu əqidədədir. Dövlətin
göstərdiyi qayğıdan bəhrələnərək, hər şeyi
xalq üçün, xalqın rifahı naminə etməyə çalı-
şır. Elmi-tədqiqat işləri də bu yönümdə davam
etdirilir.
Kafedrada səhiyyə nazirinin əmri ilə
ölkəmizin tibb kollecləri müəllimlərinin in-
san anatomiyası fənni üzrə ixtisasartırma
kursu keçmələri üçün kurs yaradılmışdı. Hər
tədris ilinin payız və yaz semestrlərində 6-8
nəfər anatomiya müəllimi kafedrada 2 aylıq
kurs keçir, fənnin tədrisinin və elmi-tədqiqat
işlərinin təşkili, muzey preparatlarının hazır-
lanması, yeni texnologiyaların elmə və tədrisə
tətbiqi mexanizmi ilə tanış olurlar.
Kafedranın kompyuterləşdirilmiş otaqla-
rında dərslər təqvim-mövzu planına uyğun
olaraq elektron variantı sistemi ilə aparılır,
animasiyalardan istifadə edilir. Mühazirələr
notebuklar, elektron variantı sistemləri, moni-
torlarla, mövzular üzrə 19 animasiya diski ilə
təchiz edilmişdir.
Kafedra əməkdaşları ATU-nun tarixində
ilk olaraq tədrisdə test üsulunun tətbiqini,
Azərbaycan, rus və ingilis dillərində test ki-
tabları çap etdirərək, tələbələrin kredit sis-
teminin tələblərinə uyğun dərs vəsaitləri ilə
təmin olunmalarını həyata keçirmişlər. ATU-
nun tələbələri və rezidentləri üçün Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının test ban-
kına tələb olunan qədər test sualları hazırlanıb
salınmışdır ki, bütün bunlar da elmi əsaslar
üzrə yerinə yetirilmişdir.
Dostları ilə paylaş: |