Ən müasir avadanlıqlarla təchiz olunan klinikada bəzi həkimlərin xəstələri müayinə üçün başqa klinikalara göndərməsi universitetimizin



Yüklə 11,36 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix01.01.2017
ölçüsü11,36 Mb.
#4192
1   2   3   4

vaqif ŞADLİNSKİ,

Kafedranın müdiri, əməkdar elm 

xadimi, professor 

İctimai Səhiyyə və İslahatlar Mərkəzi 



öz  kadr  ehtiyatları  ilə  unikal  bir  səhiyyə 

təşkilatıdır.  Mərkəzdə  tibb  işçiləri  ilə 

yanaşı  digər  ixtisaslı  mütəxəssislərin,  o 

cümlədən  hüquqşünas,  iqtisadçı,  memar, 

ekoloq,  mühəndis,  psixoloq,  səhiyyə 

kommunikatoru,  sosioloq  və  jurnalistlərin 

də  fəaliyyət  göstərməsi  ictimai  səhiyyə 

anlayışına müasir yanaşma ilə səsləşir. Belə 

çoxixtisaslı  heyətin  yaradılması,  şübhəsiz, 

ictimai  səhiyyə  sahəsində  layihələrin 

həyata  keçirilməsi  üçün  əlverişli  şərait 

yaradır.

Son illər Azərbaycanda həyata keçirilən 

sosial-iqtisadi siyasət nəticəsində müşahidə 

olunan uğurlu inkişaf həyatımızın hər bir 

sahəsini əhatə edir. Bu inkişaf əhalinin 

sağlamlığının qorunması kimi vacib bir 

sahədən - səhiyyədən də yan keçməyib. 

Səhiyyəyə diqqət və qayğının artırılması 

Azərbaycanın səhiyyə sistemini dövrlə 

ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən 

və tərəqqi edən bir sahəyə çevirməkdədir. 

Səhiyyədə bir çox istiqamətlər üzrə 

islahatlar aparılır, səhiyyə infrastrukturunun 

təkmilləşdirilməsinə irihəcmli investisiyalar 

qoyulur, genişmiqyaslı işlər görülür. 

İslahatların səmərəliliyinin artırılması 

və ümumiyyətlə ictimai səhiyyənin 

müvəffəqiyyətli təşkili üçün mükəmməl 

elmi-nəzəri bazanın mövcud olması zəruri 

şərtlərdən biridir. Buna görə də 2006-cı ilin 

sentyabrında Azərbaycan Respublikasının 

Səhiyyə Naziri Oqtay Şirəliyevin İctimai 

Səhiyyə və İslahatlar Mərkəzinin yaradılması 

barədə qərarı səhiyyə sistemində islahatların 

aparılmasında irəliyə doğru atılmış bir addım 

oldu.


İctimai səhiyyə dedikdə, profilaktik, klinik 

xidmətlər, tibb müəssisələrinin xidmətlərinə 

nəzarətlə yanaşı, milli səhiyyə sisteminin 

fəaliyyətinə aid olan - sağlamlığa birbaşa və 

ya dolayı yollarla təsir edən amillərə nəzarət, 

ətraf mühitin mühafizəsi məsələləri, sağlam 

həyat tərzinin təbliği və dəstəklənməsi, 

sağlamlıqla bağlı problemlərin aradan 

qaldırılması üçün strategiyaların, səhiyyə 

proqramlarının hazırlanması, əhalinin tibbi 

xidmətlərlə təminatında sosial bərabərliyin 

təmin edilməsi, səhiyyə siyasəti, iqtisadiyyatı 

və s. kimi daha geniş aspektləri əhatə 

edən mütəşəkkil fəaliyyətlər nəzərdə 

tutulur.  “İctimai səhiyyə insanların sağlam 

olması üçün tələb olunan şəraitin təmin 

edilməsi işində yerli, dövlət, milli və 

beynəlxalq resursların səfərbər edilməsi 

və əlaqələndirilməsi deməkdir” (Detels & 

Breslow, 2002).

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 

(İSİM) Əsasnaməsi də məhz bu 

konsepsiyanın başlıca məqamlarını 

özündə əks etdirir. Beləliklə, İSİM ictimai 

səhiyyə xidmətlərinin təşkili, səhiyyə 

proqramlarının işlənib hazırlanması və 

tətbiqi sahəsində əsas istiqamətlərin 

müəyyənləşdirilməsini, islahatların 

tibb müəssisələrində tənzimlənməsini, 

eləcə də səhiyyənin maliyyələşdirilməsi 

sahəsində islahatların aparılmasının 

metodik əsaslandırılmasını həyata keçirir. 

Eyni zamanda İSİM Azərbaycanda əhalinin 

sağlamlığının qorunması üzrə islahatların elmi 

əsaslandırılması, səhiyyə qanunvericiliyinin 

müasir tələblərə və aparılan islahatlara 

uyğunlaşdırılması, tibb işçilərinin peşəkarlıq 

səviyyəsinin yüksəldilməsi, ilkin səhiyyə 

sahəsində islahatların aparılması və müasir 

texnologiyaların səhiyyədə tətbiqi üzrə 

təklifləri hazırlayır.

(İctimai Səhiyyə və İslahatlar Mərkəzi 

http://www.isim.az/)

İnsan anatomiyası kafedrasının 

elmi-pedaqoji fəaliyyəti

İctimai Səhiyyə və İslahatlar 

Mərkəzi uğurla fəalliyət göstərir

Azərbaycan Tibb Universitetinin insan 

anatomiyası kafedrasında hazırda 33 nəfər 

professor-müəllim heyəti, 2 nəfər baş 

laborant, 1 nəfər muzey müdiri, 16 nəfər 

texniki işçi fəaliyyət göstərir. Kafedranın 

professor-müəllim heyəti tərkibində 8 

nəfər elmlər doktoru, 19 nəfər tibb üzrə 

fəlsəfə doktoru vardır. Kafedraya 1995-

ci ildən indiyədək Rusiya Tibb elmləri 

Akademiyasının akademiki, əməkdar elm 

xadimi, tibb elmləri doktoru, professor 

Şadlinski vaqif Bilas oğlu rəhbərlik edir.

Kafedranın 95 illiyi qarşısında


http://www.amu.edu.az

15 fevral 2014-ъц ил

6



Son 



illərin 

ədəbiyyat 

mənbələrinə görə uşaqlar 

arasında  müxtəlif  region-

larda ürəyin anadangəlmə 

inkişaf  anomaliyalarının 

rast  gəlmə  tezliyi  nəzərə 

çarpacaq  dərəcədə  art-

mışdır. 

Ümumdünya Səhiyyə Təşkilatının 

(ÜST)  məlumatına  əsasən,  hər  il 

doğulan uşaqların 4-5%-də müxtəlif 

anadangəlmə  və  irsi  patoloji  hallar 

qeyd olunur. Statistik təhlillərdə da-

vamlı olaraq  beş yaşa qədər uşaqlar 

arasında ölümün əsas səbəbi kimi, 

müxtəlif  regionlarda  fərqli  olmaqla 

anadangəlmə inkişaf anomaliyaları 

göstərilir. Uşaq ölümü strukturunda 

əsas  səbəb  olaraq  anadangəlmə 

inkişaf  anomaliyalarının  durması 

genetik və ekoloji (fiziki, kimyəvi və 

bioloji  mutagenlər)  amillərin  təsiri 

ilə  sıx  əlaqələndirilir.  Yenidoğulan 

körpələrin  3%-də  tibbi  müdaxilə 

tələb  edən  anadangəlmə  inkişaf 

anomaliyalarına rast gəlinir. Bir sıra 

anomaliyaların  (anadangəlmə  ürək 

qüsurları,  ağ  ciyər  və  böyrəklərin 

inkişaf  anomaliyaları)  diaqnozunun 

sonrakı  vaxtlarda  gec  qoyulması 

faktı nəzərə alınsa, bu rəqəm daha 

da yüksək olur. Tədqiqatçılar neona-

tal dövrdə ölüm faktlarının səbəbini 

40%  halda  anadangəlmə  inkişaf 

anomaliyalarında  görürlər  və  onla-

rın yarıdan çoxunu məhz ürək-qan-

damar  sisteminin  pozulmaları  ilə 

əlaqələndirirlər.  Uşaqlarda  ürəyin 

kiçik quruluş anomaliyaları və ikin-

cili  kardiopatiyalar  86,4%,  ürəyin 

anadangəlmə  qüsurları  isə  13,6% 

halda rast gəlinir. Hal-hazırda uşaq-

larda ürəyin anadangəlmə kiçik in-

kişaf anomaliyalarının (ÜAKİA) 40-a 

yaxın müxtəlif variantları müşahidə 

edilir.  Uşaqlar  arasında  ÜAKİA 

rast  gəlmə  tezliyi  və  klinik  variant-

ları  populyasiyalardan,  müayinə 

üsullarından  və  yaşdan  asılı  ola-

raq  fərqlənir.  Müxtəlif  mənbələrdə 

ÜAKİA  yenidoğulmuşların  təqribən 

2%-də  rast  gəlinsə  də,  perinatal 

dövrdə ölənlərin təşrih nəticələrinə 

əsasən bu artaraq 3-8%-ə çatır. Ya-

ranmış inkişaf qüsurları böyüməkdə 

olan  uşağın  sonrakı  inkişafına  və 

sağlamlığına  bilavasitə  təsir  edir. 

ÜAKİA  olan  uşaqların  50%-dən 

çoxu bir yaşadək, 3%-dən çoxu isə 

müxtəlif  illərdə  tələf  olur.  Müasir 

dövrdə  ürəyin  inkişaf  qüsurlarının 

çoxsaylı və mürəkkəb olması vahid 

təsnifatın  yaranması  və  erkən  di-

aqnostikasının  informativ  meyarlar 

toplusunun 

müəyyənləşdirilməsi 

üçün  çətinliklər  törədir.  Müəyyən 

olunmuşdur  ki,  uşaqlarda  müxtəlif 

klinik  variantlarda  təzahür  edən 

ÜAKİA-nın əsasını onun birləşdirici 

toxumasının  morfoloji,  funksional 

defekti  –  displaziyası  təşkil  edir 

və  meydana  çıxması  determinə 

olunmuş  irsi  -  genetik  amillərdən 

asılıdır.  Buna  baxmayaraq  bu 

günədək  ürəyin  birləşdirici  toxu-

ma  displaziyasının  müxtəlif  for-

malarının  fərqli  populyasiyalar-

da  yayılması,  onların  strukturu, 

diaqnostika  məsələləri  öz  həllini 

tapmamışdır.  Birləşdirici  toxuma 

displaziyası  yenidoğulmuş  uşaq-

larda  orqan  və  toxumalarda  mor-

foloji  defektlərin  inkişafına  səbəb 

olaraq,  gənc  yaşlarda  funksional 

pozulmaların 

manifestləşməsinə 

gətirir,  nəticədə  bir  çox  ciddi  daxi-

li  orqan  və  sistemlərin  xəstəlikləri, 

iş  qabiliyyətinin  itirilməsi,  əlilliyin 

artması  baş  verir.  Təcrübədə 

birləşdirici  toxuma  displaziyası  ti-

pik  klinik  əlamətlərlə  təzahür  edən 

diferensasiya  olunmuş  (Marfan, 

Ehlers-Danlos  sindromları)  və  fe-

notipik  dəyişikliklərlə  təzahür  edən 

diferensasiya  olunmamış  formalar-

la  təsnif  olunur.  Birləşdirici  toxuma 

displaziyası  özünü  əsasən  orqan 

və  sistemlərin  müxtəlif  xarakter-

li  defektləri  şəklində  göstərir:  döş 

qəfəsinin  deformasiyaları,  onurğa 

sütununun  əyrilikləri,  oynaqlarda 

hipermobillik,  dərinin  hiperdartıl-

ması,  miopiya,  çəpgözlük,  uşaqlıq 

sallanması,  kriptorxizm,  nistaqm, 

nitq  defekti  və  ən  ağır  sayılan 

ürək-qan-damar  sistemində  yara-

nan  dəyişikliklər-  ürəyin  kiçik  inki-

şaf  anomaliyaları  və  s.  Uşaqlarda 

ÜAKİA-na  mitral  qapaq  taylarının 

prolapsı,  aorta  və  ağ  ciyər  arte-

riyasının  dilatasiyası,  mədəciyin 

anomal  xordası,  sağ  mədəciyin 

anomal  trabekulası,  qulaqcıqlara-

rası  çəpərin  anevrizması,  aortanın 

üçtaylı  qapağının  asimmetriyası, 

qapaqaltı aparatın çoxsaylı disfunk-

siyaları,  ürək  boşluqlarının  izolə 

olunmuş dilatasiyası və s. aid edilir. 

Bütün  bu  halların  kiçik  yaşlardan 

uşaqlar arasında geniş yayılmasına 

baxmayaraq, hal-hazıradək onların 

müxtəlif  yaş  dövrlərində  diaqnos-

tika  meyarları  tərtib  edilməmişdir. 

Müəlliflər  tərəfindən  öyrənilmişdir 

ki,  birləşdirici  toxuma  displaziyası 

zamanı bir çox displaziya əlamətləri 

qarşılıqlı əlaqə ilə təzahür edir: 46-

78%  halda  mitral  qapaq  prolapsı 

ilə  mədəciyin  anomal  xordası,  18-

91% halda mitral qapaq prolapsı ilə  

mədəcik  ekstrasistoliyası,  16-80% 

halda  uşaqda  mitral  qapaq  pro-

lapsı  ilə  supraventrikulayar  ekstra-

sistoliya,  68%  halda  mitral  qapaq 

prolapsı ilə Reyno sindromu və 43-

65%  halda  miopiya  ilə  yanaşi  rast 

gəlinir.  Mədəciyin  anomal  xordası-

nın  95%  halda  sağ,  5%  halda  isə 

sol  mədəcikdə  aşkarlandığı  qeyd 

edilir. Aparılan tədqiqatlara əsasən 

birləşdirici  toxumanın  displazi-

yası  zamanı  miokardda  asinxron 

aktivləşmə  və  qeyri-bərabər,  fraq-

mentli impuls keçiriciliyi nəticəsində 

50-90%  hallarda  xroniki  paroksiz-

mal və qeyri-paroksizmal taxikardi-

yalar,  sinus  düyününün  zəifləməsi, 

sinus  düyününün  distrofiyası,  Hiss 

dəstəsinin  və  onun  ayaqcıqlarının 

blokadası,  WPW  -  sindromu,  PQ  - 

intervalının qısalması sindromu kimi 

bir çox pozulmalar baş verir. Bu pa-

toloji hallar öz növbəsində mitral re-

qurgitasiyaya,  həyati  təhlükə  yara-

dan ürək ritminin pozulmasına, bəzi 

hallarda  ani  aritmogen  ölüm  sind-

romunun yaranmasına gətirib cıxa-

rır.  Uzun  müddət  davam  edən  ritm 

pozğunluqları  (taxikardiyalar,  eks-

trasistoliyalar,  blokadalar)  miokard 

liflərinin sinxron fəaliyyətini pozaraq 

onun  arxitektonikasını  dəyişməklə 

aritmogen  kardiopatiyaların  inki-

şafına  gətirib  çıxarır.  İnkişaf  etmiş 

ölkələrdə  kardiovaskulyar  ölüm 

strukturunda  aritmogen  kardiopa-

tiyanın  nəticəsi  kimi,  qəfləti  kardial 

ölüm  50%  təşkil  edir.  Hal-hazırda 

ürəyin  mədəcik  ritminin  pozulma-

sının  aşkar  edilməsində  əsas  yeri 

qeyri-invaziv müayinə üsulları tutur. 

Buraya gündəlik Holter monitorlaş-

ması, mədəciklərin repolyarizasiya-

sının variabelliyi və dispersiyasının, 

mədəcik  əzələlərinin  bioelektrik 

sabitliyinin  pozulmasının  təyini  da-

xildir. Son zamanlar exokardioqrafi-

yanın kardiologiyaya geniş tətbqi ilə 

əlaqədar  olaraq  ürəyin  inkişaf  qü-

surlarının diaqnostikası əhəmiyyətli 

dərəcədə yüksəlmişdir. Müasir exo-

kardioqrafik cihazlar ürəyin ayrı-ay-

rı  strukturlarının  yükək  keyfiyyətli 

vizualizasiyasını,  intrakardial  he-

modinamikanın  vəziyyətinin  ob-

yektiv  qiymətləndirilməsini  təmin 

etməklə,  uşaqlarda  ÜAKİA  diaq-

nostikasını yüksək dəqiqliklə qeyri-

invaziv  müəyyənləşdirməyə  imkan 

verir.  Dopglerexokardioqrafiyanın 

istifadəsi isə bu patologiyaların aş-

karlanmasında  geniş  perspektivlər 

açmışdır.  Çoxsaylı  tədqiqatların 

nəticələrinə  görə,  ürəyin  inkişaf 

anomaliyalarının  klinik  variantla-

rı  və  müştərək  təzahür  formaları 

müxtəlif  populyasiyalarda  genetik 

xüsusiyyətlərdən asılı olaraq özünü 

müxtəlif şəkildə göstərir.

 Bu problemin öz həllini gözləyən 

təxirəsalınmaz  məsələlərindən  ən 

vacibi müxtəlif yaş və populyasiya-

larda  ürəyin  anadangəlmə  inkişaf 

anomaliyalarının erkən aşkarlanma-

sı meyarlarının işlənib hazırlanması  

və    adekvat  müalicə  profilaktika 

tədbirlərinin  təkmilləşdirilməsidir. 

Ölkə  əha li  sinin  sağlamlığının  və 

xəs tə    liklərinin 

xüsusiyyətlərinin 

mo     nitorinqi,  epidemiologiya,  mü-

ali cə  və  profilaktika  üsullarının 

təkmilləşdirilməsi  səhiyyəmizin  va-

cib  elmi  istiqamətlərindən  biridir. 

Bu baxımdan Respublikamızda son 

illər  uşaqlar  arasında  çox  yayılmış 

ürəyin  anadangəlmə  inkişaf  ano-

maliyaları  problemi,  onun  erkən 

aşkarlanmasının  və  müalicəsinin 

təkmilləşdirilməsi  pediatrik  prob-

lemlər  sırasında  əsas  yerlərdən 

birini    tutur.  Bakı  şəhərində  yeni-

doğulmuş uşaqlarda anadangəlmə 

ürək  qüsurlarının  epidemiologiya-

sının  monitorinqi  göstərmişdir  ki, 

2001-2007  illər  ərzində  bu  pato-

logiyanın  5%-dən  13,8%-dək  art-

ması  qeyd  olunur.  Bütün  bunlara 

baxmajaraq,  hal-hazıra  qədər  res-

publikamızda müxtəlif yaşlı uşaqlar 

arasında  ürəyin  inkişaf  anomaliya-

larının  fenotipik  əlamətlərininin  və 

instrumental-diaqnostik  meyarları-

nın xüsusiyyətləri öyrənilməmişdir. 

Ürəyin  anadangəlmə  kiçik  inki-

şaf  anomaliyaları  olan  uşaqlarda  

klinik  və  instrumental-funksional 

qiymətləndirmə  meyarlar  toplusu-

nun tərtib edilməsi və onlara  əsasən 

xəstələrin vəziyyətinin vaxtında ob-

yektiv  qiymətləndirilməsi,  neonato-

loq və kardioloqlar tərəfindən erkən 

diaqnostika  və  adekvat  müalicə 

profilaktika  tədbirlərinin  seçilməsi 

işində  geniş  istifadə  oluna  bilər, 

sahə  pediatrları  tərəfindən  yüksək 

keyfiyyətli  dispanser  nəzarətinin 

aparılmasına şərait yaradar.

Yuxarıda  qeyd  olunanları  nəzərə 

alaraq Azərbaycan Tibb Universite-

tinin “Terapevtik və pediatrik prope-

devtika”  kafedrasının  əməkdaşları 

tərəfindən  respublikamızda  uşaq 

əhalisi  arasında  da  kifayət  qədər 

yayılan  və  əksər  hallarda  erkən 

ölümə  və  əlilliyə  səbəb  olan  

“Azərbaycanda  uşaqlar  arasında 

ürəyin  anadangəlmə  kiçik  inkişaf 

anomaliyalarının  erkən  aşkarlan-

ması  meyarları”  mövzusunda  elmi 

tədqiqat  işinin  layihəsi  hazırlanmış 

və  Azərbaycan  Respublıkası  Pre-

zidenti  yanında  Elmin  İnkişaf  Fon-

dunun  “  Fundamental  və  tətbiqi 

xarakterli  elmi-tədqiqat  layihələri 

müsabiqəsi  EİF  -  2012-2(6)  –  FT”  

müsabiqəsinə təqdim edilmışdir. El-

min İnkişaf Fondunun  Səhmdarlar 

Şurasının qərarı ilə layihə qalib elan 

edilmiş  və  bundan  sonra    fondun 

əməkdaşlarının  gərgin  və  opera-

tiv  fəaliyyəti  nəticəsundə    ATU-

nun  Tədris  Terapevtik  klinikasında 

yerləşən  kafedraya  qısa  müddət 

ərzində  layihədə  nəzərdə  tutu-

lan  məsələləri  həll  etməyə  imkan 

verə  bilən  və  ən  müasir  Yaponiya 

(  “Aloka”  Alpha-6  USM  aparatı)  və  

Cənubi  Koreya  (Stress  EKQ  siste-

mi,  6  kanallı  EKQ  aparatı)    isteh-

salı  olan  90000  AZN  məbləğində 

cihaz  və  avadanlıqlar  alınaraq  qu-

raşdırılmışdır.  Hal  hazırda  kafedra 

əməkdaşları  tərəfindən  layihənin 

yerinə yetirilməsi həyata keçirilir.

  Layihədən  gözlənilən  nəticələr, 

onların elmi və təcrübi əhəmiyyəti:

Ürəyin  anadangəlmə  kiçik  inki-

şaf  anomaliyaları  olan  uşaqlarda 

Azərbaycan  populyasiyası  üçün 

xarakter  klinik-fenotipik  əlamətlər 

toplusunun təyini; 

Ürəyin  anadangəlmə  kiçik  inki-

şaf  anomaliyaları  olan  uşaqlarda 

instrumental  müayinələrin  (exokar-

dioqrafik  və  elektrokardioqrafik) 

nəticələrinə əsasən informativ exo-

kardioqrafik  və  elektrokardioqrafik 

meyarlar toplusunun təyin edilməsi;  

Birləşdirici  toxuma  displaziya-

sı  olan  Azərbaycan  populyasiyalı 

uşaqlarda  ürəyin  anadangəlmə  ki-

çik  inkişaf  anomaliyaları  ilə  digər 

displaziya əlamətlərinin əlaqələrinin 

təyin olunması;

Azərbaycan  populyasiyalı  uşaq-

larda  ürəyin  anadangəlmə  kiçik 

inkişaf 

anomaliyalarının 

erkən 

diaqnostikasını  təmin  edən  kli-



nik 

və 


instrumental-funksional 

qiymətləndirmə-meyarlar  toplusu-

nun tərtib edilməsi.

Təyin  olunmuş  klinik-fenotipik  və 

exokardioqrafik  meyarlar  toplusu 

Azərbaycan  populyasiyalı  uşaqlar-

da ürəyin anadangəlmə kiçik inkişaf 

anomaliyalarının  erkən  aşkarlan-

masına imkan verəcəkdir. 

Təklif  olunmuş  qiymətləndirmə 

-  meyarlar  toplusu  bu  uşaqlarda 

ürəyin funksional vəziyyətini obyek-

tiv  qiymətləndirməyə,  dinamikada 

onu  izləməyə  və  vaxtında  kə na-

raçıxmaları  təshih  etməyə  imkan 

yaradacaqdır.

Qeyd  olunanlarla  yanaşı  həyata 

keçirilən  elmi  tədqiqat  layihəsinin 

əsas  məqsədlərindən  biri  də  mü-

asir  avadanlıq  və  cihazlarla  işləyə 

biləcək  gənc  mütəxəssislərin  ha-

zırlanması  və  Tibb  Universitetində 

tədris  prosesinin  ən  yeni  innova-

sion  üsullarla    təmin  edilməsinə 

köməklik göstərməkdən ibarətdir.

İbrahim İSAyev,

Terapevtik ve pediatrik 

propedevtika kafedrasının 

müdiri, professor, əməkdar 

elm xadimi, layihənin rəhbəri

Uşaqlar arasında ürəyin anadangəlmə kiçik inkişaf anomaliyaları 

və onların erkən aşkarlanmasının əhəmiyyəti

ATU-da Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Pilot layihəsi


15 fevral 2014-ъц ил

http://www.amu.edu.az

7

 

Низами Бабайев 1940-

cи  илдя  Бакыда  зийалы 

аилясиндя  дцнйайа  эюз 

ачыб. 1948-cи ил дя Бакыда 

199 сайлы мяктябя дахил 

олмуш вя щямин мяктяби 

1958-cи  илдя  битирмишдир. 

Щямин  илдя  Азярбайcан 

Тибб  İnstitutunun  (in-

diki 

ATU) 


əcзачылыг 

факцлтясиня  дахил  олмуш 

вя  Университети  1963-

cц 


илдя 

битирмишдир. 

1963-1965-cи  иллярдя  16 

сайлы  аптекдя  дефектар 

ишлямишдир.

1968-1972-cи 

иллярдя 

əcзачылыг  кимйасы  ка-

федрасында 

ассистент, 

1972-1984-cц иллярдя баш 

мцяллим, 

1984-1986-

cы  иллярдя  досент  явязи 

вя  1986-cы  илин  август 

айындан досент ишляйиб.

Кафедрада 

ишлядийи 

мцддятдя  52  елми  иши 

чап олунмушдур ки, бун-

ларын яксяриййяти мяркязи 

jурналларда чыхмышдыр.

О, факцлтянин вя кафед-

ранын  иcтимаи  щяйатында 

актив  иштирак  етмишдир. 

Беля  ки,  Н.Бабайев  фа-

кцлтянин  щямкарлар  тяш-

килаты  бцросунун  цзвü 

олуб. 

1983-cц илдя «Səhiyyə 



əlaçısı»  nişanı  ilə  təltif 

olunmuşdur.

Kollektiv  və  tələbələr 

arasında  böyük  nü-

fuz  sahibi  idi.  Gənc 

müəllimlərə 

həmişə 

kö  mək  edir,  pedaqo-



ji  şəriştələrinin  yük səl-

məsinə yardımçı olurdu. 

Nizami  müəllim  həm 

də gözəl ailə başçısı idi, 

iki övladı və nəvələri var.

Gözəl insan, nümunə-

vi  iş  yoldaşı  Nizami  Ba-

bayevin əziz, unu dulmaz 

xatirəsini  universi tetimi-

zin,  həm çi nin  fa  kül tə-

mi zin    əmək daşları  və 

tələbələri heç vaxt unut-

mayacaqlar.

Allah rəhmət eləsin, 

qəbri nurla dolsun!

Яcзачылыг 

факüлтясинин деканлыьы  

 Яcзачылыг кимйасы 

кафедрасынын коллек-

тиви

 

Həqiqət Xudaverdiyeva 1940-cı ildə 

Bakı şəhərində dünyaya göz açmışdır. 

O,  1964-cü  ildə  ATİ-nin  (indiki  ATU) 

pediatriya fakültəsini bitirərək Sumqa-

yıt və Bakı şəhərlərində sahə pediatrı 

kimi çalışmışdır.

O,    1965-ci  ildə  istehsalatdan  ayrıl-

maqla aspiranturaya daxil olmuşdur. 

1970-ci  ildə  sosial  gi gi yena  və 

səhiyyənin  təş kili  kafedrasına  mü-

sabiqə  yolu  ilə  assistent  vəzifəsinə 

seçilmiş, 1987-ci ilə qədər bu vəzifədə 

çalışmışdır. 1988-ci ildən baş müəllim, 

1991-  ci  ildən  isə  kafedranın  dosenti 

idi. 


H.Xudaverdiyava 

1983-cü 


ildə 

Daşkənd  şəhərində    elmləri  na mizədi 

alimlik  dərəcəsi  almaq  üçün  disser-

tasiya  işini  müvəffəqiyyətlə  müdafiə 

etmişdir.  İşlədiyi  müddətdə  kafedra-

nın  tədris-metodik  işlərinin  həyata 

keçirilməsində yaxından iştirak etmiş-

dir.


Həqiqət  xanım  həmişə  özünün  elmi 

və  pedaqoji  səviyyəsini  artırmış,  60-

dan  çox  elmi  məqalənin  və  metodik 

vəsaitlərin 

müəllifi  ol-

muşdur.


H ə q i q ə t 

xa nı mın hə-

yat 

fəl sə-


fəsi, tibb el-

minin  inkişafındakı  xidmətləri  gələcək 

nəslə  örnək  olacaq  qədər  zəngin  və 

çoxcəhətlidir. Onun həyat və fəaliyyəti 

hər  bir  gənc  həkim  və    tələbə  üçün 

mənəviyyat dərsi, kamillik və müdriklik 

məktəbidir.    

Həqiqət  xanımın  zəngin  elmi  irsi 

Azərbaycan  tibb  elminin  parlaq 

səhifələrindəndir.

Gözəl insan, qayğıkeş ziyalı, əsl pe-

daqoq Həqiqət xanımın əziz xatirəsini 

doğma kafedranın əməkdaşları və se-

vimli tələbələri heç zaman unutmaya-

caqlar.

Allah rəhmət eləsin, qəbri nurla 



dol sun!

İctimai sağlamlıq və səhiyyənin 

təşkili kafedrasının əməkdaşları


Yüklə 11,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin