Azərbaycanın fiziki-coğrafi şəraitinin təşəkkülü.Azərbaycan adının mənşəyi haqqında
Etimologiya
"Azərbaycan" toponimi parf və ya orta dövr fars dilində, Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan (Āturpātakān) əmələ gəlmişdir. Makedoniyalı İsgəndərin işğalından sonra Əhəmənilər imperiyasının Midiya satrapı Atropatın öz çarlığının əsasını qoyduğu Midiyanın şimalı Atropat Midiyası və ya sadəcə Atropatena adlandırılır. Qədim müəlliflər həmçinin Atropatena üçün Kiçik Midiya adını istifadə edirlər. "Aturpatkan" toponimindən orta dövr fars dili toponimi "Adərbadqan" vasitəsilə "Azərbaycan" toponimi ortaya çıxır. Bu ərazinin sakinləri irandilli midiyalılar idi. Midiya Atropatenası coğrafi olaraq böyük hissəsi Cənubi Azərbaycanı və həmçinin Araz sərhəd olmaqla Azərbaycan Respublikasının cənub-şərqini əhatə edirdi. Ancaq eramızdan əvvəl II əsrin əvvəllərində Atropatenanın siyasi gücü Azərbaycan Respublikasında yerləşən Naxçıvana qədər yayılmışdı.
Orta əsr ərəb coğrafişünasları ekzonimi fərqli şəkildə, şəxs adı Adarbadordan xalq etimologiyasının nəticəsi kimi əmələ gəlmiş olaraq şərh ediblər. Adarbador atəş məbədi və ya atəş mühafizəçisi (adar — atəş, baykan — mühafizəçi) deməkdir.
Müasir dövr
Səfəvilərin Təbriz (Azərbaycan) bəylərbəyliyinin Qarabağ və Çuxursəəd (indiki Naxçıvan və Ermənistan) bəylərbəylikləri ilə sərhədləriSəfəvilər dövründə bir müddət üçün vergi gəliri əldə etmək məqsədilə Arazdan şimaldakı müəyyən ərazi Azərbaycan əyalətinə birləşdirildi İranika ensiklopediyasına görə Səfəvilər dövründə (XVI–XVII əsrlər) Azərbaycan termini Arazdan şimaldakı bəzi ərazilər üçün istifadə edilib, hansı ki, idarəçilik baxımından Azərbaycan əyalətinin canişininə tabe idi. Ancaq Səfəvilərin süqutundan sonra bu mənada istifadə qismən sıradan çıxdı. XIX əsrdə Rusiyadakı azərbaycanlı müəlliflər (Mirzə Adıgözəl bəy və Mirzə Camal Cavanşir Qarabaği) onu Arazdan cənubdakı ərazilərlə əlaqədar olaraq istifadə edirdi. M. Atkinə görə Səfəvilər dövründə Azərbaycan ekzonimi Şərqi Qafqazın bütün müsəlman xanlıqları, həmçinin Arazdan cənubdakı ərazilər üçün istifadə edilirdi. Rus dilində yazılan sənədlərdə Araz çayından şimaldakı ərazilər (Şəki, Gəncə, Şuşa, Naxçıvan, Şamaxı, Bakının əraziləri) ilk dəfə Azərbaycan kimi 1786-cı ildə Stepan Burnaşov tərəfindən regionun siyasi vəziyyətinin təsvirini tərtib edərkən göstərildi.
XIX əsrin sonlarında imperator III Aleksandrın dövründə (1881–1894) avropalı alim və jurnalistlər Azərbaycan terminini Rusiya imperiyasının Bakı və Yelizavetpol quberniyalarına aid Şirvan və Arran əraziləri üçün istifadə etməyə başladılar. Rusiyada bu örnəyi 1917-ci ildən sonra işlətməyə başladılar, çünki bu ərazilərdə farslara yaxın Azərbaycan türkləri yaşayırdı.