Ən müasir dövr Fiziki-coğrafi rayonlaşdırılmanın əsasları



Yüklə 21,83 Kb.
səhifə2/4
tarix20.11.2023
ölçüsü21,83 Kb.
#163764
1   2   3   4
0507(

Ən müasir dövr


XX əsrin əvvəllərində Avropa mənbələri Azərbaycan terminini yalnız Arazdan cənubdakı, hazırkı İran əyaləti kimi işlədirlər. Rusiyada Arazın şimalındakı ərazilər (müasir Azərbaycan Respublikasının ərazisi) bir qayda olaraq "Şərqi Zaqafqaziya" adlandırılırdı və o, Arran və Şirvan adlandırılan ərazilərin daxil olduğu tarixi vilayət idi. Brokhauz və Efronun ensiklopedik lüğətinə görə Azərbaycan rus Ermənistanının (cənubi Zaqafqaziya) şimalında idi, hansından ki, o, Arazla ayrılırdı. Vasili Bartolda görə, əgər hal-hazırda Azərbaycan Respublikasını əmələ gətirən bütün vilayətlər üçün termin tapmaq lazım olsa idi, onda, yəqin ki, Aran adını qəbul etmək olardı. İqor Dyakonov qeyd edir ki, XX əsrə qədər "Azərbaycan" termini İranın şimal-qərbinin türkdilli ərazisilə əlaqədar işlənirdi. Bu fakt bölgənin tarixi üzrə aparıcı mütəxəssis olan Vladimir Minorski tərəfindən təsdiq edilir. 1920-ci illərin əvvəllərində Azərbaycan ekzonimi Zaqafqaziyada az işlənirdi.
1917-ci ilin 15–20 aprel tarixləri arasında Bakıda Qafqaz müsəlmanlarının Konqresinin iclası keçirildi. Burada yeni inqibali çevriliş vəziyyətində azərbaycanlıların arzularını müəyyən etmək üçün ilk cəhd edildi. Konqresin iclası ərzində Azərbaycan üçün muxtariyyət statusu tələbi açıqca dilə gətirildi. Ancaq Hacı Zeynalabdin Tağıyevin təklifi ilə "Azərbaycan" adı qətnamənin yekun mətnindən çıxardıldı. "Azərbaycan" adı ilk dəfə Zaqafqaziya seyminin müsəlman fraksiyası tərəfindən 27 may 1918-ci ildə rəsmi olaraq istifadə edilmişdir. Fraksiya öz iclasında Azərbaycanın müstəqilliyini elan etmək üçün qərar qəbul etdi və özünü müvəqqəti Azərbaycan Milli Şurası elan etdi..Rus etnoloqu Viktor Şpirelman yazır: "bu arada, Albaniyanın və Cənubi Azərbaycanın (Atropatenanın) erkən tarixini qarışdırmaq üçün heç bir elmi səbəb yoxdur. Antik dövrdə və erkən orta əsrlərdə orada nə mədəni, nə sosial, nə də dil baxımından əlaqəsi olan tamamilə müxtəlif əhali qrupları yaşamışdır."[25] İrandilli tayfaların miqrasiya axınlarını tədqiq edən sovet iranisti Qrantovski qeyd edir ki, eramızdan əvvəl I minilliyin ilk əsrlərinə aid (Son Tunc dövrü və Erkən Dəmir dövrü) Qərbi İran abidələrinin xarakterik xüsusiyyətləri onu Şərqi Zaqafqaziyanın mədəniyyəti ilə əlaqələndirir. Tarixçi Kamilla Trever hesab edirdi ki, eramızdan əvvəl VI–V əsrlərə aid arxeoloji tapıntılar albanlar və midiyalılar arasında mədəni yaxınlığın olduğu göstərir.
Cənubi Azərbaycan və Şərqi Zaqafqaziyada yaşayan türkdilli xalqların özünü adlandırdığı "Azərbaycanlılar" termini (müxtəlif fonolojik formalarda) avropalı etnoqraflar tərəfindən elmə daxil edilib; azərbaycanlılar arasında o, ilk dəfə 1891-ci ildə liberal Bakı qəzeti Kəşkül tərəfindən sadə xalqın "müsəlman" kimliyi ilə rəqabət aparacaq yeni kimlik ortaya qoymaq məqsədilə istifadəyə gətirilib. Bu termin 1936-cı ildə rəsmi olaraq tətbiq edildi. XX əsrə qədər azərbaycanlıların ortaq etnonimi yox idi, regiondakı köçəri əhali özünü aid olduğu tayfa vasitəsilə, oturaq əhali isə yaşadığı yerə görə adlandırırdı. Məişətdə istifadə edilən və ümumiləşən termin "müsəlmanlar" idi. XX əsrin əvvəllərində yeni siyasi cərəyanlar "türklər" terminini dəbə saldı.

Yüklə 21,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin