Ən müasir dövr Fiziki-coğrafi rayonlaşdırılmanın əsasları


Fiziki-coğrafi rayonlaşdırılmanın əsasları



Yüklə 21,83 Kb.
səhifə3/4
tarix20.11.2023
ölçüsü21,83 Kb.
#163764
1   2   3   4
0507(

Fiziki-coğrafi rayonlaşdırılmanın əsasları
Azərbaycanın ərazisində müxtəlif relyef formalarına uyğun landşaft kompleksləri vardır. Ona görə də burada bir-birindən fərqlənən fiziki-coğrafi vilayətlər ayrılır. Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz, Lənkəran və Orta Araz ölkədə ayrılan fiziki-coğrafi vilayətlərdir. Onlara bəzən təbii vilayətlər də deyilir.Azərbaycanda fiziki-coğrafi rayonlaşma ölkə → vilayət → yarımvilayət →rayon təsnifatına əsaslanır. Azərbaycanın fiziki-coğrafi vilayətlərə ayrılması, onların rayonlara bölünməsi zamanı geomorfolojı strukturlar və landşaft elementlərinin ümumiliyi əsas amil kimi nəzərə alınır. Onların əsasında burada Böyük Qafqaz və Kür-Araz fiziki-coğrafi vilayətlərinin daxil olduğu Qafqaz ölkəsi, Kiçik Qafqaz, Lənkəran və Orta Araz (Naxçıvan) fiziki-coğrafi vılayətlərinin aid edildiyi Ön Asiya ölkəsi ayrılır. Onlar isə fiziki-coğrafi rayonlaşmada daha kiçik bölgülər sayılan 5 fiziki-cografi vilayətə və 19 fiziki-coğrafi rayona bölünür.
Azərbaycan Respublikası ərazisinin fiziki- coğrafi rayonlaşdırılması son 40-45 il ərzində bir sıra tədqiqatçılar (Şıxlinski, Zavriyev, 1949; Zavriyev, 1955; Gül, Müseyibov, 1958; Kərimov, 1959; Müseyibov, 1961; Qvozdetski, 1964; Müseyibov, Budaqov, Kərimov ,Şirinov 1965 və b. ) tərəfindən aparılmışdır.M.A. Müseyibov, B.Ə.Budaqov (1975) son 30 il ərzində respublika ərazisinin tərtib olunmuş tipoloji landşaft xəritələrinə və mövcud rayonlaşma sxemlərinə əsasən Azərbaycan Respublikasının yeni, daha dəqiq fiziki-coğrafi (landşaft) rayonlaşma sxemini vermişlər. Həmin rayonlaşma sxemində Azərbaycan ərazisi iki ölkənin (Qafqaz və Ön Asiya yaylası), beş vilayətin (Böyük Qafqazın cənub- şərq hissəsi, Kiçik Qafqaz, Kür dağarası çökəkliyi, Lənkəran və Orta Araz) və onların daxilində yayılmış 8 yarımvilayətin (Lənkəran vilayəti yarımvilayətlərə ayrılmır) tərkib hissəsi olub , 19 fiziki- coğrafi (landşaft) rayona ayrılır.
Son 60-65 il ərzində Azərbaycan ərazisinin onlarla fiziki-coğrafi rayonlaşma sxemləri tərtib edilmişdir.Əvvəllər tərtib edilmiş sxemlərin böyük əksəriyyətinin landşaftların ərazi üzrə fərqləndirmə xarakteri kifayət qədər sübut edilməmişdir. Son illərdə Azərbaycanın bütün ərazisi müxtəlif miqyaslı landşaft şəkilləri ilə örtülü olmuşdur. Dağlıq ərazilər üçün orta miqyaslı, dağətəyi və düzən ərazilər üçün isə irimiqyaslı landşaft xəritələri tərtib edilmişdir. Bu müddət ərzində, Azərbaycan ərazisinin bio-iqlim xüsusiyyətlərinin öyrənilməsinə dair bir çox işlər aparılmış və iqlim, hidrologiya, geomorfologiya, torpaqşünaslıq, bitki örtüyü və digər sahələrdə monoqrafiyalar dərc olunmuşdur. Əvvəlki sxemlərdən fərqli olaraq, sonradan tərtib edilmiş sxemlər Azərbaycanın fiziki-coğrafi rayonlaşdırılması probleminin elmi əsaslarla həll edilməsinə imkan verir.Əvvəllər müəyyən dərəcədə regional taksonomik ədəd sistemi, o cümlədən Azərbaycan ərazisinin elmi-nəzəri əsaslarla kompleks rayonlaşdırılması işlənib hazırlanmışdır.
Son illərdə aparılan tədqiqatlar Budaq Budaqov un (1985) orta miqyaslı landşaft xəritəsinə əsaslanaraq, respublikanın rayonlaşdırılması sxemini dəqiqləşdirməyə, oradakı konkret ayrı-ayrı iri və xırda fiziki-coğrafi rayonların kompeks xarakteristikasını verməyə imkan verir.
Hər bir fiziki-coğrafi region daxilində müxtəlif xarakterli məlum fiziki-coğrafi amillərin müxtəlif və unikal birləşməsi, landşaftların yarımtiplərinin, subnövlərinin bioiqlim və torpaq şəraitinin gammalarının müxtəlif növlərini müəyyən edir.Azərbaycan ərazisinin böyük bir hissəsi Qafqaz fiziki-coğrafi regionuna daxildir, onun kiçik bir hissəsi isə - Naxçıvan Muxtar Respublikasının ərazisi - Ön Asiya dağlıq fiziki-coğrafi ölkələrinə aiddir. Azərbaycanda Qafqaz fiziki-coğrafi rayonu özünün cənub-şərq vilayətləri ilə təmsil olunur.
Məlumdur ki, dağlıq rayonlarda hər bir iri regional ayrılmalar üçün (xüsusi fiziki-coğrafi dağlıq ölkələr ərazisində) ərazinin morfostruktur xüsusiyyətləri nəzərə alınır. Məhz buna görə də, Azərbaycanda Qafqaz və Ön Asiya dağlıq ölkələri üçün eyni adlı fiziki-coğrafi rayonlar – Böyük Qafqaz, Kiçik Qafqaz, Mərkəzi Aran (Kür-Araz ovalığı), Orta-Araz və Lənkəran fiziki-coğrafi vilayətləri ayrılmışdır.

Yüklə 21,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin