297) Miasteniya ilə birgə müşahidə olunan toksik ur zamanı hansı əlamət müşahidə edilmir? A) Udqunmanın pozulması
B) Ətrafların proksimal hissəsində xarakter zəiflik
C) Göz almalarının əzələlərində zəiflik
D) Çeynəmə əzələlərində zəiflik
E) Danışığın pozulması
298) Tireotoksikoz zamanı reproduktiv sistemdə baş verən dəyişikliklərə nə aid deyil? A) Kişilərdə libidonun və potensiyanın azalması
B)
Aybaşı tsiklinin pozulması
C) Yumurtalıqlarda və uşaqlıqda gedən degenerativ və atrofik prosesslər
D) Qızlarda aybaşı siklinin və ikincili cinsi əlamətlərin əmələ gəlməsinin ləngiməməsi
E) Uşaqsalmaya və sonsuzluğa meyllilik
299) Krauss simptomu nə zaman müşahidə olunmur? A) Hipotireoz
B) Revmatizm
C) Tuberkulez
D) Diffuz toksiki zob
E) Sinir sistemini funksional dəyişiklikləri
300) I dərəcəli oftalmopatiya üçün nə xarakter deyil? A) Göz qapaqlarının şişkinliyi
B) Konyuktiva tərəfindən dəyişikliyin olmaması
C) Diplopiya
D) Orta ekzoftal (16 mm)
E) Gözü hərəkətə gətirən əzələlərin normal funksiyası
301) II dərəcəli oftalmopatiya üçün nə xarakter deyil? A) Gözdə qum hissiyatı
B) Görmə sinirinin atrofiyası
C) Kəskin ekzoftalm (18 mm)
D) Davamsız diplopiya
E) Gözyaşarma
302) III dərəcəli oftalmopatiya üçün nə xarakter deyil? A) Keratit
B) Kəskin ekzoftalm (22-23 mm)
C) Davamlı diplopiya
D) Ekstraokulyar əzələlərin kəskin pozulmaları
E) Davamsız diplopiya
303) Uşaqlarda müşahidə olunan toksiki urun gedişində hansı biri müşahidə olunmur? A) Düyünlü formaların nadir rast gəlməsi
B) Qalxanabənzər vəzin kəskin böyüməsi
C) Qalxanabənzər vəzin döş sümüyü altı yerləşməsinin nadir hallarda rast gəlməsi
D) Sümükləşmə proseslərin sürətlənməsi
E) Ürək ritminin pozulması