756) Estroma üçün xarakter hormonal dəyişikliklər hansıdır?
A) Qonadotrop hormonların səviyyəsinin artması
B) AKTH-ın artması
C) AKTH-ın azalması
D) Qanda androgenlərin səviyyəsinin artması
E) Qanda estrogenlərin səviyyəsinin artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
757) Estroma zamanı böyrəküstü vəzilərdə nə baş verir?
A) Bir vəzi böyüyür, o birinin ölçüləri dəyişmir
B) Hər iki vəz normal ölçüdə
C) Bir vəzi böyüyür, o biri hipoplaziyaya uğrayır
D) Hər iki vəz hipoplaziyaya uğrayıblar
E) Hər iki vəz hiperplaziyaya uğrayıblar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
758) Birincili aldosteronizmin ən geniş rast qələn etiopatogenetik variantı hansıdır?
A) Böyrəküstü vəzinin torlu qatının diffuz hiperplaziyası
B) Böyrəküstü vəzinin beyin qatının adenoması
C) Böyrəküstü vəzinin yumaqcıqlı qatının adenoması (aldosteroma)
D) Böyrəküstü vəzinin torlu qatının hüceyrələrinin ikitərəfli düyünlü hiperplaziyası
E) Böyrəküstü vəzinin dəstəli qatının hüceyrələrinin ikitərəfli düyünlü hiperplaziyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
Dostları ilə paylaş: |