935) İkincili kişi hipoqonadizmi zamanı hansı müalicə məqsədəuyğundur?
A) Antiandrogenlərlə və xorionik qonadotropinlə müalicə
B) Androgenlərlə müalicə
C) Xorionik qonadotropinlə və androgenlərlə müalicə
D) Antiestrogenlərlə müalicə
E) Antiandrogenlərlə müalicə
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
936) Kişi hipoqonadizminə hansı simptomlar xasdır?
A) Dəridə striyalar, kaxeksiya, piqmentasiya
B) Libidonun azalması, piylənmə, dəridə striyalar
C) Sidiyə tez-tez getmə, bədəndə və üzdə tüklənmənin azalması, piylənmə
D) Bədəndə və üzdə tüklənmənin azalması, libidonun azalması, sümüklərdə ağrılar
E) Susuzluq, kaxeksiya, sümüklərdə ağrılar
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
937) Kişi hipoqonadizminin diaqnozunu təsdiq etmək üşün hansı müayinələr vacibdir?
A) EKQ, böyrəküstü vəzilərin USM müayinəsii, hormonal sınaqlar
B) Cinsiyyət vəzilərinin USM müayinəsi, hormonal analizlər, EKQ
C) Döş qəfəsinin R-qrafiyası, cinsiyyət vəzilərinin USM müayinəsi, kariotipin müayinəsi
D) Beynin MRT, döş qəfəsinin R-qrafiyası, böyrəküstü vəzilərin USM müayinəsi
E) Hormonal analizlər, kariotipin müayinəsi, beyinin MRT müayinəsi
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
Dostları ilə paylaş: |