804) Aşağıda yazılanlardan hansı daha çox böyrəküstü vəzi çatışmazlığına səbəb olur?
A) Böyrəküstü vəzin autoimmun zədələnməsi
B) QİÇS infeksiyası
C) Böyrəküstü vəzin vərəmi
D) Adrenoleykodistrofiya
E) Böyrəküstü vəzin göbələk mənşəli zədələnməsi
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
805) Böyrəküstü vəzin çatmamazlığına gətirib çıxaran ən az rast gəlinən səbəbi göstərin?
A) Adrenoleykodistrofiya
B) Uoterxaus- Frederiksen sindromu
C) Böyrəküstü vəzin vərəmi
D) Böyrəküstü vəzin autoimmun zədələnməsi
E) Böyrəküstü vəzin göbələk mənşəli zədələnməsi
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
806) Birincili böyrəküstü vəzi çatmamazlığına xarakter olmayan simptomu göstərin?
A) Hiperqlikemiya
B) Arterial hipotenziya
C) Çəki itkisi
D) Selikli qişaların və dərinin hiperpiqmentasiyası
E) Astenik sindrom
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
807) Addison xəstəliyi zamanı pəhriz məsləhətlərinə aşağıdakılardan hansı aid deyil?
A) Qida duzunun çox istifadəsi
B) Natriumla zəngin qidaların çox mənimsənilməsi
C) Gün ərzində karbohidrat qəbulunun hissələrlə qəbulu
D) Qidanın kalorisinin 20–25% artırılması
E) Kaliumla zəngin qidaların çox mənimsənilməsi
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
Dostları ilə paylaş: |