1004) Şereşevski-Terner sindromuna aşağıdakı simptomlar xasdır.
A) Dəridə striyalar, piylənmə, ikincili cinsi əlamətlərin inkişaf etməməsi, piqmentasiya
B) Piylənmə, qısaboyluluq, sonsuzluq, ikincili amenoreya, uşaqlıq və yumurtalıqların hipoplaziyası
C) Rudimentar uşaqlıq və yumurtalıqlar, ucaboyluluq, dəridə striyalar, birincili amenoreya
D) Qısaboyluluq, ikincili cinsi əlamətlərin olmaması, rudimentar uşaqlıq, yumurtalıqlar və borular, birincili amenoreya
E) Kaxeksiya, ikincili amenoreya, uşaqlıq və yumurtalıqların hipoplaziyası, piqmentasiya
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
1005) Şereşevski-Terner sindromunu prepubertat dövrdə aşağıdakı preparatlarla müalicə edirlər.
A) Oksandrolon, estradiol-valerat/gestagen
B) Xorionik qonadotropin, etinilestradiol/gestagen
C) Testosteron propionat, xorionik qonadotropin
D) Etinilestradiol/gestagen, somatropin
E) Somatropin, oksandrolon
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
1006) Şereşevski-Terner sindromunu pubertat dövrdə və sonra aşağıdakı preparatlarla müalicə edirlər.
A) Rekombinant boy hormonu preparatları ilə müalicə
B) Natural estrogen-gestagen preparatları ilə müalicə
C) Anabolik steroidlərlə müalicə
D) Androgenlərlə müalicə
E) Sintetik estrogen-gestagen preparatları ilə müalicə
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
1007) Şereşevski-Terner sindromunun estrogenlərlə əvəzedici hormonal müalicəsi neçə müddət aparılmalıdır?
A) 1 aylıq əvəzedici hormonal terapiya
B) 6 aylıq əvəzedici hormonal terapiya
C) 1 illik əvəzedici hormonal terapiya
D) 5 illik əvəzedici hormonal terapiya
E) Ömürlük əvəzedici hormonal terapiya
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
Dostları ilə paylaş: |