837) Klimakterik sindromun orta dövrünün ağırlaşmalarına bunlar aiddir.
A) Emosional-psixi dəyişikliklər, ateroskleroz
B) Urogenital pozğunluqlar, dəri və onun törəmələrində dəyişikliklər
C) Ürək-damar xəstəlikləri, urogenital pozğunluqlar
D) Osteoporoz, vazomotor dəyişikliklər
E) Dəri və onun törəmələrində dəyişikliklər, vazomotor dəyişikliklər
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
838) Klimakterik sindromun gecikmiş ağırlaşmalarına aşağıdakılardan hansı aiddir?
A) Urogenital pozğunluqlar, vazomotor dəyişikliklər
B) Osteoporoz, emosional-psixi dəyişikliklər
C) Ürək-damar xəstəlikləri, osteoporoz
D) Dəri və onun törəmələrində dəyişikliklər, ateroskleroz
E) Vazomotor dəyişikliklər, ürək-damar xəstəlikləri
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
839) Klimakterik dövrün başlanğıcında aşağıdakı hormonal dəyişikliklər baş verir.
A) Follikulstimuləedici hormon azalır, hiperestrogenemiya olur
B) Lüteinləşdirici hormon azalır, hipoestrogenemiya olur
C) Follikulstimuləedici hormon azalır, hipoestrogenemiya olur
D) Follikulstimuləedici hormon artır, hiperestrogenemiya olur
E) Lüteinləşdirici hormon artır, hiperestrogenemiya olur
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
Dostları ilə paylaş: |