845) Erkən klimaks bu yaş dövrünə təsadüf edir.
A) 30-40 yaş
B) 40-45 yaş
C) 46-55 yaş
D) 35-40 yaş
E) 50-55 yaş
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
846) Postmenopauzal osteoporozun müalicəsində aşağıdakı hansı dərman qruplarından istifadə olunur?
A) Antiandrogen preparatları, sintetik estrogen-gestagen preparatları
B) Sintetik estrogen-gestagen preparatları, bisfosfonatlar
C) Qonadotropinlərin analoqları, antiestrogen preparatları
D) Kalsium və D vitamini preparatları, antiandrogen preparatları
E) Bisfosfonatlar, kalsium və D vitamini preparatları
Ədəbiyyat: Дедов И.И., 2006
847) Klimakterik sindromun urogenital pozğunluqlarını aşağıdakı preparatlarla müalicə edirlər.
A) Kalsium və D vitamini preparatları, natural estrogen-gestagen preparatları
B) M-xolinolitiklər, bisfosfonatlar
C) Sintetik estrogen-gestagen preparatları, kalsium və D vitamini preparatları
D) Bisfosfonatlar, sintetik estrogen-gestagen preparatları
E) Natural estrogen-gestagen preparatları, M-xolinolitiklər
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
Dostları ilə paylaş: |