253) Aşağıdakılardan hansı hipotireozlu xəstənin daha düzgün təsviridir?
A) Yanaqlarda ˝kəpənək˝ formalı qizartı,akrosianoz
B) Amimik üz,qırmızı yanaqlar
C) Avazımış sifət,sivri üz cizgiləri
D) Amimik ödemli sifət,proqnatizm
E) Ödemli,tərli üz,isti dəri səthi
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
254) Aşağıda sadalanan tiroid hormonlardan hansı periferik toxumalarda əsas təsir göstərir?
A) Tiroksin
B) Monoyodtirozin
C) Triyodtironin
D) Diyodtirozin
E) TTH
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
255) Triyodtironinin tiroksinlə müqayisədə bioloji aktivliyi necədir?
A) Eyni
B) 5 dəfə çox
C) 100 dəfədən çox
D) 100 dəfədən az
E) 5 dəfə az
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
256) Orqanizmdə tiroid hormonların artıqlığı nəyə səbəb olur?
A) Zülal sintezinin artmasına və katabolizmin ləngiməsinə
B) Katabolizmin sürətlənməsinə
C) TTH sintezinin sürətlənməsinə
D) Lipid sintezinin sürətlənməsinə
E) İnsulinin aktivliyini artırır
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
Dostları ilə paylaş: |